Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir
08.12.2018 [10:12]
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Başqa sözlə, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir.
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Arif Rəhimzadə qeyd edib ki, 15 ildir ki, Ulu öndər Heydər Əliyev cismən bizimlə olmasa da, Onun ideyaları yaşayır və hər zaman yaşayacaq: “Çünki bugünkü və gələcək inkişafımız Heydər Əliyevin qurduğu bünövrə üzərində ucalıb. Azərbaycanın böyük oğlu Heydər Əliyevin parlaq şəxsiyyəti və misilsiz xidmətləri qədirbilən xalqımızın xatirəsində əbədi yaşayacaq”.
YAP İdarə Heyətinin üzvü əlavə edib ki, Ulu öndər Heydər Əliyevin iki dəfə respublikanın rəhbəri olduğu 30 ildən artıq bir dövr Azərbaycanın çoxəsrlik tarixində, dövlətçiliyimizin və xalqımızın mənlik şüurunun formalaşmasında tarixi bir mərhələ təşkil edib: “Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsinə, çiçəklənmə, cəmiyyətdə yeni dünyabaxışının formalaşması, insanların öz qüvvə və imkanlarını dərk etməsi dövrünə çevrilib. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ilə, ilk növbədə, Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu. Heydər Əliyevin dühası, çox böyük nüfuzu və insanları Öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başının üstünü almış təhlükələr aradan qaldırıldı, Azərbaycan inkişaf yoluna çıxdı”.
“Bu gün Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. 2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra ölkənin inkişafında yeni mərhələ başlandı. Bu gün ölkəmiz dünyada böyük nüfuz sahibidir, Azərbaycan heç kimdən asılı olmadan müstəqil siyasət həyata keçirir. Bu gün dövlətimizin təhlükəsizliyi tam təmin olunub, müstəqilliyimiz qorunur, Azərbaycan bütün sahələrdə, o cümlədən dünya birliyinin layiqli üzvü kimi beynəlxalq müstəvidə möhtəşəm uğurlar qazanır”, - deyə A.Rəhimzadə vurğulayıb.
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri misilsizdir. Onun sözlərinə görə, müasir müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin şah əsəridir: “Ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan dövlətinin və xalqının xoşbəxt gələcəyi uğrunda fədakarlıqla çalışıb. Başqa sözlə, Ulu öndərimiz müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görüb”.
“14 iyul 1969-cu il tarixində Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olması respublikamızın tarixində dönüş nöqtəsi idi. Yəni həmin tarixdən başlayan böyük inkişaf yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu. 1993-cü ildə isə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə sabitlik təmin edildi, inkişaf və yüksəlişin əsası qoyuldu. Respublikamızın beynəlxalq mövqeyi möhkəmləndi”, - deyə E.İbrahimov əlavə edib.
YAP İdarə Heyətinin üzvü vurğulayıb ki, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olaraq respublikamızın hərtərəfli inkişafı təmin edilib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycan dövlətinin qüdrətinin daha da artmasını təmin edib, ölkəmiz bütün sahələrdə möhtəşəm uğurlar əldə edib”.
AMEA-nın vitse-prezidenti, Milli Məclisin komitə sədri, akademik İsa Həbibbəyli deyib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin, bütövlükdə yeni Azərbaycanın qüdrətli yaradıcısı və böyük qurucusudur: “Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri hələ Sovet dövründə hakimiyyətdə olduğu zaman milli dövlətçilik təfəkkürünü yaratmasından və milli ideologiyanın əsaslarını formalaşdırmasından ibarətdir. Ulu öndərin digər bir misilsiz xidməti isə müstəqil Azərbaycanın təməlini qoymasıdır. Dahi şəxsiyyət Azərbaycanı təhlükələrdən xilas etməklə yanaşı, müstəqilliyimizin əbədiliyini təmin etdi”.
“Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixində ilk dəfə olaraq Azərbaycançılıq ideyasını dövlətin siyasi ideologiyası səviyyəsinə yüksəldib. Azərbaycan və Azərbaycançılıq anlayışları qədim tarixə malik olsalar da, uzun əsrlər boyu yalnız coğrafi yer adı kimi işlədilib, son yüzillikdə həm də milli ideya olaraq formalaşıb. Azərbaycançılığın dövlət siyasətində milli ideologiyaya çevrilməsi Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük tarixi xidmətlərindən biridir”, - deyə İ.Həbibbəyli əlavə edib.
İ.Həbibbəyli bildirib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir: “Ulu öndərin böyük ideyaları ardıcıllıqla və uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqil Azərbaycanı böyük sürətlə inkişaf etdirərək yeni sabahlara doğru aparır. Azərbaycan beynəlxalq aləmdə də yüksək nüfuza malik olan qüdrətli dövlət kimi tanınır”.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov isə bildirib ki, Azərbaycan xalqı üçün misilsiz xidmətlər göstərən Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusudur: “Zaman keçdikcə biz Ümummilli liderimizin fəaliyyətinin məntiqini, mahiyyətini daha yaxşı dərk etməyə başlayırıq. Heydər Əliyev heç bir işini yarımçıq qoymurdu. O, hansı işə başlayırdısa, yüz ölçüb bir biçib, tələsmədən və gecikmədən həyata keçirirdi. Bu, ən müxtəlif sahələrə aid olan məsələlərdə - hərc-mərcliyin aradan qaldırılmasından başlanmış təsərrüfat həyatının qaydaya salınmasına qədər özünü göstərdi. Bu ancaq böyük dövlət adamlarına aid xüsusiyyətdir. Müasir müstəqil Azərbaycan dövlətinin yaranması, ölkəmizin müstəqilliyinin möhkəmlənməsi Heydər Əliyevin uzaqgörən fəaliyyətinin, mübarizəsinin, cəsarətinin və böyük siyasi iradəsinin nəticəsidir”.
“Ümummilli liderin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin nəticəsi kimi, Azərbaycan sürətli və yüksək inkişaf yoluna qədəm qoyub, qazanılan nailiyyətlər bütün sferaları əhatə edir. Təbii ki, bütün bu nailiyyətlər və bundan sonrakı dövrlərdə qazanacağımız uğurlar Ulu öndər Heydər Əliyevin qoymuş olduğu möhkəm bünövrəyə söykənir. Müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Heydər Əliyevin parlaq ideyaları həmişə bu inkişaf və tərəqqinin önündə gedəcək”, - deyə N.Cəfərov əlavə edib.
N.QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

