Azərbaycana qarşı ikili standartların daha bir təzahürü...
12.01.2019 [10:42]
Ekspertlər bildirirlər ki, Avropada mitinqlərin zorakılıqla dağıdılmasına və jurnalistlərin həbsinə susqunluq nümayiş etdirən bir sıra beynəlxalq qurumların, hüquq müdafiə təşkilatlarının Azərbaycanda kiçik bir hadisəni siyasiləşdirərək ölkəmizə qarşı ittihamlar irəli sürmələri onların qərəzli və qeyri-obyektiv yanaşmasının bariz ifadəsidir
Avropa ölkələrində özlərini “sarı jiletlilər” adlandıran aksiya iştirakçılarının nümayişlərinin miqyası genişlənməkdədir. Fransa, Portuqaliya, İspaniya, Belçika və başqa ölkələrdə keçirilən etiraz aksiyalarında minlərlə mitinq iştirakçısının polis zorakılığına məruz qalması, yüzlərlə insanın həbs olunması dünya mediasının diqqətindədir. Bununla yanaşı, “qoca qitə” ölkələrinin müxtəlif şəhərlərində baş verən konfrantasiyalarda ciddi polis zorakılığı müşahidə edilir və dinc etirazçıların bir qismi müxtəlif xarakterli xəsarətlər alıblar, hətta bəzi məlumatlara görə, Fransada onlarla insan həyatını itirib. Ekspertlər bildirirlər ki, Avropa ölkələrində belə hallar baş verərkən heç kim - hüquq müdafiə təşkilatları, Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti, BMT-nin əlaqədar qurumları səslərini çıxarmır, amma Azərbaycanda kiçik bir hadisə xüsusi qaydada qabardılır, ona siyasi rəng verilir, ittihamlar irəli sürülür, ölkə “qeyri-demokratiklik”də ittiham olunur. Bu, ikili standartlar siyasətinin nümunəsi olmaqla yanaşı, müstəqil siyasət yeridən ölkələrə, o cümlədən Azərbaycana qarşı qərəzli yanaşmanın əyani ifadəsidir. Xüsusilə də, Fransanın “sarı jiletlilər” aksiyası ilə qarşı-qarşıya olduğu vaxtda Mehman Hüseynov məsələsinə münasibət bildirməsi gülüş doğurur. Məlum olduğu kimi, Fransada sözügedən aksiya çərçivəsində 4500-dən çox nümayişçi saxlanılıb, nümayişçilərə qarşı su şırnaqlarından, polis itlərindən, dəyənəklərdən istifadə edilib, aksiya iştirakçıları şiddətə məruz qalıblar.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Rauf Əliyev qeyd edib ki, bu gün Avropa ölkələrində müşahidə edilən antidemokratik proseslərə bəzi beynəlxalq qurumların, hüquq müdafiə təşkilatlarının münasibət bildirməmələri - susqunluq nümayiş etdirmələri ikili standartların bariz nümunəsidir. “Avropa ölkələrində hökumət qarşısında sosial-iqtisadi tələblər irəli sürən vətəndaşların şiddətə-zorakılığa məruz qalmaları insan hüquqlarının pozulmasının bariz ifadəsidir. Yəni demokratik dəyərlərdən danışan bu ölkələrdə antidemokratik proseslər müşahidə edilir. Bəs daim insan hüquqlarının müdafiəsinin zəruriliyindən danışan bəzi beynəlxalq təşkilatlar nə üçün konkret mövqe ortaya qoyaraq adekvat reaksiya vermirlər? Bu, faktiki olaraq müəyyən mərkəzlərin “insan hüquqları”, “demokratiya” kimi məfhumlardan təzyiq vasitəsi kimi istifadə etdiklərini, ikili standartlara əsaslanan mövqe nümayiş etdirdiklərini göstərir”, - deyə millət vəkili əlavə edib.
Millət vəkili onu da bildirib ki, hazırda Fransanı “sarı jiletlilər” aksiyasının bürüdüyü bir vaxtda bu ölkənin Mehman Hüseynovla bağlı açıqlaması çox təəccüb doğurur: “Özünü demokratik bir ölkə hesab edən Fransada nümayişçilərə qarşı su şırnaqlarından, dəyənəklərdən və digər şiddət vasitələrindən istifadə olunur, 4500-dən çox nümayişçi saxlanılıb. Bu ölkənin, Avropanın və dünyanın özünü demokratik ölkələr sayan dövlətlərinin nə rəsmi qurumları, nə də mətbuat orqanları bu hadisələrə heç bir münasibət bildirmirlər. Bütün bunlar Avropada, eləcə də dünyada ikili standartlar siyasətinin hələ davam etdiyini göstərir”.
Milli Məclisin deputatı Sona Əliyeva isə diqqətə çatdırıb ki, bu gün Avropa ölkələrində ciddi insan hüquqları pozuntuları mövcuddur və hakimiyyət strukturları vətəndaşlara qarşı zorakılıq hallarına yol verirlər: “Avropada son zamanlar mitinqlərin dağıdılması, jurnalistlərin həbsi, insan haqlarının pozulmasına dair konkret hadisə və faktlar dünyanın diqqət mərkəzindədir. Başlıca məqam ondan ibarətdir ki, bir sıra beynəlxalq qurumlar, hüquq müdafiə təşkilatları Avropada insan haqlarının kütləvi surətdə pozulmasını, mitinqlərin zorakılıqla dağıdılmasını və jurnalistlərin həbsini görməzliyə vururlar. Azərbaycanda isə kiçik bir hadisəni siyasiləşdirərək ölkəmizə qarşı ittihamlar irəli sürürlər. Bu, ölkəmizə qarşı ikili standartlara əsaslanan qərəzli yanaşmanın ifadəsidir”.
Millət vəkili əlavə edib ki, Azərbaycan öz inkişaf yolunda irəliləyir və ölkəmizə qarşı ikili standartlar siyasəti, “qara piar” kampaniyası heç bir nəticə verməyəcək.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

