/ / Ekspert: Avropa Parlamentinin yalan və böhtanlarla dolu qətnaməsi həm də riyakarlıq və siyasi mədəniyyətsizlik üzərində hazırlanıb
Ekspert: Avropa Parlamentinin yalan və böhtanlarla dolu qətnaməsi həm də riyakarlıq və siyasi mədəniyyətsizlik üzərində hazırlanıb
18.01.2019 [15:34]
Avropa Parlamenti tərəfindən qəbul olunmuş “Mehman Hüseynovla bağlı təcili qətnamə”nin Azərbaycan dövlətinə qarşı növbəti təzyiq və qərəz kampaniyasının tərkib hissəsi olması kimsəyə sirr deyil.
Bu barədə Trend-ə açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib.
Onun sözlərinə görə, bu məsələdə də Sorosun adının çəkilməsi əslində kimsədə təəccüb doğurmur: “Məlum olub ki, bədnam qətnamənin həmmüəlliflərindən biri Cors Sorosun tərəfdaşı hesab edilən Rebekka Harmsdır və maraqlı budur ki, o, Sorosla əlaqələrini inkar eləmir. Nəzərə alsaq ki, Soros daim Azərbaycan dövlətinin əleyhinə fəaliyyət aparıb, bu zaman belə qənaətə gəlmək olar ki, qətnamənin ilk cızma-qarasını da o sifariş verib. Aşkar yalan və böhtanlarla dolu olan qətnamə həm də riyakarlıq və siyasi mədəniyyətsizlik üzərində hazırlanıb”.
B.Quliyev əlavə edib ki, buna misal kimi, Rebekka Harmsın guya Azərbaycan dövlətinin müvafiq qurumlarına müraciət etməsi yalanını göstərmək olar. Halbuki Azərbaycanın dövlət və qanunvericilik qurumlarına ümumiyyətlə heç bir müraciət, sorğu daxil olmayıb.
Baş redaktor bənzər qətnamə, hesabat və bəyanatların Azərbaycan dövlətinə qarşı ilk dəfə tətbiq edilmədiyini qeyd edib. O bildirib ki, heç vaxt bu cür qərəzli hərəkətlər qarşı tərəflərin istədiyi nəticələrə gətirib çıxarmayıb: "Yalan ayaq tutar, amma yeriməz” deyilən bir atalar sözümüz. Onların da həmin cəhdləri belə ağ yalandır, lakin ictimai rəy bu cür yalanlara uymur. Əksinə, Avropa Parlamenti kimi ikiüzlü, riyakar qurumun aşkar simasızlığı növbəti dəfə və daha geniş müstəvidə öz təsdiqini tapır. Bu gün Azərbaycanda heç kimin siyasi təqiblərə məruz qalmaması ilə yanaşı, ölkəmizdə demokratiya və plüralizm faktoru daim qabaqcıl yerlərdədir. Söz və ifadə azadlığından tutmuş, digərlərinə qədər bütün azadlıqlar qorunur. Belə olan halda Avropa Parlamentinin anti-Azərbaycan xarakterli mövqeyi, deyərdim ki, uğursuzluq dalanına söykənir”.
Azərbaycan dövlətinin beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq etdiyini deyən siyasi ekspert qeyd edib ki, ölkəmiz milli maraqlarına uyğun, qarşılıqlı maraqlara cavab verən məsələlərin gündəmə çıxarılaraq müzakirə olunmasında, müəyyən qərarların qəbulunda dəstəkçi rolunda çıxış edir:
“Bu gün ölkəmiz BMT-nin bir çox komissiyalarında, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında, eləcə də digər beynəlxalq təşkilatlarda fəaliyyət göstərir, hətta qlobal məsələlərdə təşəbbüskar, ideyaverici kimi öz uğurlu sözünü deyir. Belə olan vəziyyətdə Sorosun əlaltıları vasitəsilə Avropa Şurasında, yaxud Avropa Parlamentində səslənən qərəzli fikirlər, Azərbaycan əleyhinə qəbul edilən əsassız qətnamələr heç bir halda həqiqət kimi dəyərləndirilə bilməz. Deyərdim ki, bu cür riyakarlıqlar həm də Azərbaycan xalqının iradəsinə qarşı yönəldilmiş bir təzyiq vasitəsidir. Lakin belə cəhdlər və onların icraçıları heç vaxt öz məqsədlərinə çata bilməyəcək. Azərbaycan əleyhinə qəbul edilən əsassız qətnamələr heç bir halda həqiqət kimi dəyərləndirilə bilməz”.
Xəbər lenti
Hamısına baxDünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11

