Rusiyada Azərbaycan ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib
31.01.2019 [09:01]
Moskvada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Görüşə Moskvanın Otradnoye rayonunda yerləşən “İnam” məscidinin bağlanması ilə əlaqədar narazılıq edən dindarlar da qatılıblar.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Moskvadakı səfirliyində keçirilən görüşü səfir Polad Bülbüloğlu açaraq bildirib ki, Rusiyada da, Azərbaycanda da din dövlətdən ayrıdır. Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti bu ölkənin vətəndaşlarıdır və Otradnoye rayonundakı “İnam” məscidinin bağlanması məsələsini, əslində, Rusiya dövləti həll etməlidir. “Düşünürəm ki, Azərbaycan dövlətinin, Qafqaz Müsəlmanları İdarəsinin, səfirliyin bu problemə diqqəti məsələnin həllinə kömək edəcək”, - deyə diplomat bildirib.
Allahşükür Paşazadə görüşdə çıxış edərək bildirib ki, müstəqilliyini bərpa etməmişdən əvvəl Azərbaycanda cəmi 17 məscid var idi. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra yeni ibadətgahlar tikildi və bu gün ölkəmizdə 2 mindən çox məscid fəaliyyət göstərir. “Mən bir şeyxülislam kimi istərdim ki, Moskvada da azərbaycanlıların ibadətlərini yerinə yetirmələri üçün bir neçə məscid olsun. İndi Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin diqqəti və dəstəyi sayəsində bizim başqa ölkələrdə də Azərbaycan məscidləri açmaq, ibadətgahlarımızı bərpa etmək imkanımız var”, - deyə o bildirib.
“İnam” məscidin bağlanmasından xəbərdar olduğunu deyən şeyxülislam qeyd edib ki, Patriarx Kirill ilə görüşdə də bu məsələni qaldırıb: “Xahiş etdim ki, Azərbaycan məscidinin inşa edilməsi üçün bizə yer ayrılsın. Bundan əlavə, mən Moskvanın meri Sergey Sobyaninə də bu məsələ ilə bağlı məktub göndərmişəm”.
Qafqaz Müsəlmanları İdarəsinin sədri ümidvar olduğunu bildirib ki, Moskvada Azərbaycan məscidinin açılması məsələsi Rusiya qanunları çərçivəsində həllini tapacaq.
Moskvada fəaliyyət göstərən “Əhli-beyt” İslam Cəmiyyətinin sədri Nizami Baloğlanov bu şəhərdə yaşayan azərbaycanlı dindarların dövlətimizin başçısına ünvanladıqları məktubu şeyxülislama təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11

