Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Milli şura” növbəti dəfə iflasa uğradı

“Milli şura” növbəti dəfə iflasa uğradı

01.02.2019 [09:39]

Yanvarın 31-də xalqın Əli Kərimli başda olmaqla dağıdıcı ünsürlərə inanmadığı və onları dəstəkləmədiyi bir daha təsdiqləndi
Xalq tərəfindən dəstəklənməyən radikal müxalifət düşərgəsi hər addımında fiasko ilə qarşılaşır, bütün xəyalları puç olur. Qeyd edilməlidir ki, hər dəfə icazəli aksiyalar öncəsi sosial şəbəkələrdə güya minlərlə, hətta on minlərlə insanın bu aksiyalara qatılacağını iddia edən dağıdıcı düşərgənin rəhbərləri nəticədə acınacaqlı bir mənzərə ilə üz-üzə qalmalı olurlar. Bununla belə, öncəki aksiyalarda hətta min nəfəri zorla da olsa “Məhsul” stadionuna yığa bilməyən radikal ünsürlər yalançı pafoslarından əl çəkmir, yenə də gözə kül üfürməklə məşğul olurlar. Yenə də “höt-hötü”nü yerə qoymaq istəməyən dağıdıcı ünsürlər güya digər aksiyalara on minlərin, yüz minlərin çıxacağına “əminlik” yaratmağa çalışır, özlərini sındırmaq istəmirlər.
Amma görünən dağa nə bələdçi. Eyni zamanda, bu dağıdıcı ünsürlərin xalqın dəstəyini tam şəkildə itirdiyini nəzərə alsaq, yanvarın 19-da “Məhsul” stadionunda uzun illərdən bəri iki minlik baryerin aşılması da bunlar üçün böyük “uğur” sayılmalıdır. Amma bu “uğur” da deyəsən çox çəkmədi və radikal düşərgə yenidən köhnə mənzərəsi ilə ortaya çıxmış oldu. Radikal müxalifət yanvarın 31-də növbəti addımı ilə də potensialının son dərəcə biabırçı vəziyyətdə olduğunu cəmiyyətə nümayiş etdirib.
Belə ki, 10 gündən artıqdır sosial şəbəkələr və başqa vasitələrlə Məhəmməd Əmin Rəsulzadənin anadan olması ildönümünü “möhtəşəm aksiyaya” çevirəcəklərini bəyan edən qondarma “Milli şura”, “Müsavat”, AXCP və digər partiyalar onun abidəsinin yanına cəmi 200-300 adam yığa biliblər. KİV nümayəndələrinin müşahidəsinə əsasən, AXCP sədri Əli Kərimli və “Milli şura” adlanan qondarma qurumun rəhbərliyi heykəlin yanına 100 nəfərdən bir az artıq adamla gəlib. Elə Müsavat partiyasının fəallarının da sayı bu qədər olub. AXP sədri Pənah Hüseyn isə abidənin önünə cəmisi 3 nəfərlə gəlib. Yerdə qalan “möhtəşəm partiya” sədrləri isə tədbirə tək qatılmaq məcburiyyətində qalıblar. Bu faktın özü radikal müxalifətin nə dərəcədə miskin və acınacaqlı durumda olduğunu əyani şəkildə nümayiş etdirir. Yəni görünən odur ki, ağız dolusu “xalqın dəstəyi” barədə danışan “liderciklər” bütün hazırlıqlarına baxmayaraq, öndər hesab etdikləri şəxsin ildönümünə cəmi 200-300 adamla qatıla biliblər.
Əslində, radikal müxalifət düşərgəsinin üzvlü, tərəfdarlı, qohum-əqrəbalı elektoratının real sayı cəmisi bu qədərdir. Əli Kərimli, Cəmil Həsənli və ya digər özünü “lider” sayanların danışdıqları yalanlar sadəcə kameralara və yalan təbliğata hesablanıb. Elə dağıdıcı ünsürlərin yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət zamanı yaradılmasına çalışdıqları süni qarşıdurmanın da əsasında bu amil dayanırdı. Yəni, cəmisi beş-on adamla ziyarətə gələn Əli Kərimli digər ziyarətçiləri də “öz ayağına” yazmaq üçün dəridən-qabıqdan çıxırdı. Bunun nəticəsi idi ki, Əli Kərimli internet mediaya onunla xiyabana gələn “on minlərlə” adamın qarşısının necə alınmasından danışmışdı. O, utanmadan deyirdi ki, polis qəsdən “Milli şura”nın tərəfdarlarını qrup şəklində Şəhidlər xiyabanına buraxır ki, az görünsünlər. Halbuki ətrafdakı insanların mühüm əksəriyyəti Əli Kərimlinin bu siyasi manipulyasiyasnı pisləmişdi.
Bütün bunların fonunda yanvarın 31-də müşahidə edilən mənzərə ortaya bir sıra suallar çıxarıb. Məsələn, görəsən “Milli şura” M.Ə.Rəsulzadənin heykəlinin yanına həmin on minləri niyə aparmayıb? Əli Kərimli hanı o “on minlər”? Niyə oraya cəmi 120-130 adamla gəlib? Axı, Əli Kərimlinin özünün təbirincə desək, polis onlara heç bir maneçilik törətməmişdi!
Bütün bunlar göstərir ki, Əli Kərimli, Cəmil Həsənli və digər radikal müxalifət başçılarının dedikləri ağ yalan və ictimaiyyətin çaşdırılmasına yönəlmiş ucuz təbliğatdan başqa bir şey deyil.
Bəli, bu, növbəti dəfə bir faktı təsdiqləmiş olur ki, ermənipərəst dairələrin, antimilli mərkəzlərin ölkəmizə qarşı apardığı çirkin kampaniyaların tərkib hissəsi kimi çıxış edən dağıdıcı ünsürlər sifarişlər və direktivlər əsasında fəaliyyət göstərir. Digər tərəfdən, uğradığı bu rəzillik Əli Kərimli və onun azsaylı tərəfdarlarının hakimiyyətin son tədbirlərini - struktur islahatları nəticəsində fəaliyyətinə xitam verilmiş orqanların əməkdaşlarının işlə təmin olunması barədə dövlət başçısının və Birinci vitse-prezidentin tapşırıqlarını, şəhid ailələri ilə keçirilən görüşü, dövlətin bu kateqoriyadan olan insanlara yüksək münasibətini və qayğısını, bununla bağlı imzalanmış fərman və sərəncamları “19 yanvar mitinqi”nin effekti ilə izah etmək cəhdinin sabun köpüyündən başqa bir şey olmadığını göstərir. Bir sözlə, yanvarın 31-də xalqın Əli Kərimli başda olmaqla dağıdıcı ünsürlərə inanmadığı və onları dəstəkləmədiyi bir daha təsdiqləndi, “Milli şura” növbəti dəfə iflasa uğradı.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 568 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31