Azərbaycanda dövlət-vətəndaş münasibətləri sağlam zəmində qurulub
15.02.2019 [09:37]
Prezident İlham Əliyevin Beyləqan rayonuna səfəri çərçivəsində keçirdiyi görüşlər bir daha təsdiqlədi ki, ölkəmizin dövlət siyasətində cəmiyyətdən gələn sosial sifarişlər əsas götürülür
Xəbər verildiyi kimi, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Beyləqan rayonunda səfərdə olub. Prezident İlham Əliyev kifayət qədər məhsuldar keçən səfər çərçivəsində Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun, Beyləqan Olimpiya İdman Kompleksinin, əsaslı şəkildə yenidən qurulan Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin, yenidən qurulan 110/35/10 kV-luq “Beyləqan-1” yarımstansiyasının açılışında iştirak edib, Müdafiə Nazirliyinin Beyləqan rayonu ərazisində yeni inşa edilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısı qeyd olunan tədbirlərdə Özünün dəyərli tövsiyələrini verib, eyni zamanda ictimaiyyətin nümayəndələri ilə səmimi söhbətlərə qatılıb, onların qaldırdıqları məsələlərin qısa müddətdə həll ediləcəyinə söz verib.
Dövlət başçısının tez-tez regionlara səfər etməsi və ictimaiyyətin nümayəndələri ilə görüşməsi ənənə halını alıb
Azərbaycan Prezidenti İlham Əliyevin Beyləqan rayonuna bəhs olunan səfəri respublikamızda uğurla reallaşdırılan dövlət siyasətinin bilavasitə cəmiyyətdən gələn sosial sifarişlər əsasında formalaşdığını və onun əsas qayəsinin vətəndaşların arzu və istəklərinin həyata keçirilməsi olduğunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev ölkə rəhbəri kimi dövlətin sosial dayağı qismində Azərbaycan cəmiyyətini görür, məhz xalqa güvənir. Dövlət başçısı belə bir formula müəyyənləşdirib: Prezident və digər ranqlı bütün məmurların ən ümdə vəzifəsi xalqa xidmət etməkdir, eyni zamanda vətəndaşlar da milli dövlətimizin möhkəmlənməsinə, təhdidlərdən qorunmasına öz töhfələrini verməlidirlər. Beləliklə, respublikamızda sarsılmaz xalq-iqtidar birliyi formalaşıb. Prezident İlham Əliyev ölkəmizi fərqləndirən bu amilə diqqət çəkərək vurğulayıb: “Dövlət-vətəndaş münasibətləri sağlam zəmində qurulub. Azərbaycan vətəndaşı bilir ki, ən ağır vəziyyətdə Azərbaycan dövləti onun yanında olacaq. Dövlət isə tam əmindir ki, vətəndaş hər zaman dövlətin arxasında olacaq”.
Son 15 ilin təcrübəsi deyilənləri əyani şəkildə təsdiqləyir. Ölkəmizdə aparılan praqmatik siyasət ilk növbədə xəlqi mahiyyəti ilə fərqlənir. Dövlət başçısının tez-tez regionlara səfər etməsi və ictimaiyyətin nümayəndələri ilə görüşməsi ənənə halını alıb. Bu görüşlər və səfərlər isə izsiz ötüşmür. Dövlət başçısı insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin əvvəllər verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, məmurların məsuliyyəti artır, digər tərəfdən isə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır. Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev təkcə 2018-ci ildə regionlara 24 səfər edib.
Dövlət başçısı yaxşı nəticələr verən bu ənənəni 2019-cu ilin əvvəlindən də eyni qaydada davam etdirir. Beyləqan rayonuna səfəri çərçivəsində keçirdiyi görüşlərdə biz Prezident İlham Əliyevin səmimiyyətinin, vətəndaşların arzu və istəklərinə, müraciətlərinə böyük həssaslıqla yanaşdığının bir daha şahidi olduq. Dövlət başçısı əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilən Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi parkda istirahət edən rayon sakinləri ilə görüşündə üzünü onlara tutaraq: “Soruşmaq istəyirəm, Beyləqan rayonunun inkişafı, vətəndaşların rifahını yaxşılaşdırmaq üçün əlavə nə lazımdır?”, - deyə səmimiyyətlə bildirib. Həmin görüşdə sakinlərdən Rafiq Hacıyev Beyləqan rayonunda seçki məntəqəsində çalışan oğlunun indi xəstə olduğunu və əməliyyata ehtiyac yarandığını bildirib. Başqa bir sakin evinin uçduğunu deyərək Prezidentdən kömək istəyib. Sakinlərin problemlərini dinləyən dövlət başçısı onların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlarını verib. Sakinlər, həmçinin Dünyamalılar kəndində yeni məktəbin tikilməsinə ehtiyac yarandığını nəzərə çatdırıblar. Prezident İlham Əliyev bu müraciətin də diqqət mərkəzində saxlanılacağını və Dünyamalılar kəndində yeni məktəbin tikiləcəyini bildirib. “Dünyamalılar kəndində yeni məktəb tikiləcək, çünki həmin məktəbin vəziyyəti o qədər də yaxşı deyil. Yataqxanalarda yaşayan vətəndaşlar üçün 36 mənzilli yeni bina tikiləcək. Növbəti mərhələdə yeni kənd yolları da salınacaq”, - deyə dövlət başçısı vurğulayıb.
Beyləqan rayonunda infrastruktur təminatının möhkəmləndirilməsi üçün yeni layihələr reallaşdırılır
Bəhs olunan səfər çərçivəsində keçirilən görüşlərdə də vurğulandığı kimi, Azərbaycan Prezidenti İlham Əliyev verdiyi bütün vədlərə sadiq qalır. Ölkəmizdə 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının qəbul edilməsi və uğurla reallaşdırılması deyilənləri bir daha təsdiqləyir. Xatırladaq ki, regional inkişaf proqramlarının qəbul edilməsi Azərbaycanın dövlət başçısının 2003-cü ildə prezident seçkiləri ərəfəsində verdiyi vədlərdən biri idi. Praqmatik siyasətçi olan cənab İlham Əliyev o vaxt bildirmişdi ki, əgər Azərbaycan xalqı Ona etimad göstərərsə, ilk növbədə, regionların inkişafı ilə məşğul olacaq, bölgələrdə olan problemlərin həlli işində Öz səylərini əsirgəməyəcək. Cənab İlham Əliyev xalqın yüksək etimadını qazanaraq Azərbaycanın dövlət başçısı seçildikdən sonra verdiyi vədə sadiq qaldı. Beləliklə, 2004-cü ilin fevral ayında Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı qəbul olundu. Həmin dövrdən başlayaraq ölkəmizin regionlarının sosial-iqtisadi inkişafı müvaviq Dövlət proqramlarına uyğun şəkildə konseptual əsaslarla təmin edilir.
Respublikamızda regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət Proqramı kimi, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü proqramın da icrası yüksək səviyyədə təmin olunub və Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib.
Bəhs olunan Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində olduğu kimi, Beyləqan rayonunda da görülən quruculuq-abadlıq işlərinin miqyası kifayət qədər genişdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Beyləqan rayonunun inkişafına daim diqqət göstərilir, bu istiqamətdə işlər görülür, infrastruktur layihələri, sosial layihələr icra edilir. Hazırda rayonda qazlaşdırmanın səviyyəsi 97 faizdir və yaxın perspektivdə bu rəqəmin 100 faizə çatdırılması hədəflənib. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının icrası çərçivəsində rayonda çoxlu sayda sosial təyinatlı obyektlər tikilib, bölgənin infrastruktur təminatı əhəmiyyətli dərəcədə möhkəmlənib.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin Beyləqan rayonuna səfəri çərçivəsində daha bir neçə infrastruktur obyekti istifadəyə verilib. Yenidən qurulan və dövlət başçısının iştirakı ilə istifadəyə verilən 110/35/10 kV-luq “Beyləqan-1” yarımstansiyası belə infrastruktur obyektlərindən biridir. Açılış mərasimində bildirilib ki, rayonun elektrik enerjisi ilə təminatının və etibarlılığın artırılması məqsədilə istismarda olan avadanlığın texniki parametrlərini itirmiş və dispetçer əməliyyat çevrilmələrinin aparılması mümkün olmayan mövcud 110/35/10 kV-luq “Beyləqan-1” yarımstansiyası tam yenidən qurulub, hər biri 25 MVA gücünə malik iki transformator quraşdırılaraq, 15 MVA yeni güc yaradılıb.
Respublikanın digər bölgələrində olduğu kimi, Beyləqan rayonunda da yol infrastrukturunun yenilənməsi diqqət mərkəzində saxlanılır. Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun açılışında iştirak edib. Açılış mərasimində də bildirildiyi kimi, bu yol 26 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirir. Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun tikintisinə dövlət büdcəsinin investisiya xərclərindən 14,6 milyon manat ayrılıb. Uzunluğu 20,5 kilometr olan yolun hərəkət hissəsinin eni 6-14 metrdir. İki və dörd hərəkət zolaqlı yol yüksək keyfiyyətlə tikilib.
Beyləqan rayonunda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Olimpiya İdman Kompleksi ölkəmizdə idmanın inkişafına yüksək dövlət qayğısı göstərildiyini bir daha təsdiqləyir. Kompleksin tikintisinə 2018-ci ildə başlanılıb. Prezident İlham Əliyevin sərəncamları ilə Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsinə ümumilikdə 17,5 milyon manat vəsait ayrılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin fevralında başa çatdırılıb. Kompleks müasirliyi ilə diqqəti cəlb edir. Bu, ölkəmizdə istifadəyə verilən sayca 45-ci Olimpiya İdman Kompleksidir.
Deyilənlərdən də göründüyü kimi, Beyləqan rayonunda infrastruktur təminatının möhkəmləndirilməsi üçün yeni layihələr reallaşdırılır. Həyata keçirilən belə layihələr sayəsində isə həm rayonda iqtisadi aktivlik artır, həm də insanların həyat səviyyəsi daha da yüksəlir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

