/ / “Milli şura” iqtidarın həyata keçirdiyi uğurlu siyasətə özünü “həmmüəllif” kimi göstərməklə siyasi plagiatizmlə məşğul olur
“Milli şura” iqtidarın həyata keçirdiyi uğurlu siyasətə özünü “həmmüəllif” kimi göstərməklə siyasi plagiatizmlə məşğul olur
20.02.2019 [09:59]
Əli Kərimli və onun yaxın ətrafının bu cür cəhdləri uğursuzluğa məhkumdur
İllərdir ki, öz ənənəvi çərçivəsindən çıxa bilməyən radikal müxalifət düşərgəsi hər bir uğursuzluğunun ardından absurd “manevrlər”lə diqqət mərkəzinə düşməyə, öz cılızlıqlarını ört-basdır etməyə çalışır. Bunu isə “siyasi texnologiya” kimi qavrayan radikal ünsürlər yalançı birliklər qurmaqla, pullu “mitinq tamaşaları” təşkil etməklə gündəmdə qalmaq niyyətindədirlər. Təbii ki, əsl müxalifətçilik missiyasından uzaq olan, yalnız şəxsi maraqlara və sifariş aldıqları ünvanların, antimilli mərkəzlərin direktivlərinə əsaslanan düşüncə və yanaşma tərzi ilə özünü gözə soxmağa cəhd göstərənlər köhnə “şakərlərindən” əl çəkmirlər. Hətta “təşkil etdikləri” icazəli mitinqlərdə belə yeni fikir söyləyə bilməyənlər köhnə, pafoslu yalanlarını danışmaqdan usanmırlar. Ən əsası isə, həmin mitinqə yığa bildikləri cəmisi bir neçə min adamı “elektorat” deyə pul aldıqları xarici dairələrə sırımağa çalışanlar unudurlar ki, bu insanlar Azərbaycan cəmiyyətinin, seçicisinin cüzi faizini təşkil edir.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun “Facebook” səhifəsində yerləşdirdiyi “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” sərlövhəli məqaləsində də sözügedən məqamlara toxunulub. Vurğulanıb ki, bu adamlar sadə riyazi hesablamalar apara, bütün güclərini ortaya qoyub “Məhsul” stadionuna yığdıqları bir neçə min adamın Azərbaycanda elektoratın son dərəcə cüzi, sıfıra yaxın bir hissəsini təşkil etdiyini, tərəfdarlarının hətta ölkədə mövcud olan seçki məntəqələrinin sayından da az olduğunu görə bilmirlər...
Bəli, qeyd edildiyi kimi, 25 ildən artıq bir müddətdə müxalifət düşərgəsində ərsəyə gətirilən “birlik formatları”nın hər biri mövsümi xarakter daşıyıb, fəslin başında “bu dəfə gəlirik” deyə bir-birinə ümid və təsəlli verənlər axırda yabalaşmaya çıxıblar. Bunu yaxın tarix də sübut edir. Məsələn, Müsavat Partiyasının üzvlərinin parlamentin fəaliyyətindəki iştirakını xəyanət adlandıran Əli Kərimli unudurdu ki, analoji addımı cəmisi bir neçə il öncə özü atmışdı. Və ya min bir yalanla qondarma “Milli şura” qurub xarici pulların və antimilli mərkəzlərin çətirinin altına yığılanlar “pul mövsümü” bitən kimi bir-birinə düşmən kəsildi və təhqirlərlə dolu qarşılıqlı ittihamlar səsləndirməyə başladılar. Əslində bu faktın özü radikal ünsürlərin əsl mahiyyətini ortaya qoymağa bəs edir.
Bundan başqa, Əli Kərimlinin ümumxalq hüzn günü olan 20 Yanvar günündə Şəhidlər xiyabanına ziyarətə gələn, ümumiyyətlə, onun mövcudluğu ilə maraqlanmayan kütlənin qarşısına keçib, öz ətrafında izdiham görüntüsü yaratmağa çalışması, Şəhidlər xiyabanını ziyarət etmək istəyən insanları “öz elektoratı” kimi qələmə verməyə və ziyarət prosedurunu pozmağa çalışması hər kəsin yadındadır. “İcazə verilsəydi, minlərlə insanın müşayiəti ilə Şəhidlər xiyabanını ziyarət edəcəkdik”, - deyən Ə.Kərimli cəmisi bir neçə gün sonra Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarəti zamanı öz yalanının əsirinə çevrildi. Bu ziyarətə “on min tərəfdarı” ilə gələcəyini bəyan edən Ə.Kərimli Novxanıya 120 nəfərlə daxil oldu. Bu faktın özü Ə.Kərimlinin qeyri-ciddi birisi olduğunu, onun siyasət anlayışının nə qədər bəsit olduğunu bir daha üzə çıxardı. İndi isə təzə “metod” icad ediblər.
Belə ki, radikal ünsürlər Azərbaycan iqtidarının dövlətin və xalqın rifahı, milli maraqları üçün atdığı addımları utanmadan öz adlarına çıxmağa çalışır, bunu “öz əməklərinin nəticəsi” kimi qələmə verməyə cəhd göstərirlər. Daha doğrusu, qondarma “Milli şura” iqtidarın həyata keçirdiyi uğurlu siyasətə özünü “həmmüəllif” kimi göstərməklə siyasi plagiatizmlə məşğul olur. Bu isə həm də ona dəlalət edir ki, Ə.Kərimli və ətrafındakılar Azərbaycanda gedən davamlı inkişaf proseslərindən çox narahatdırlar. Ölkəmizdə gündən-günə daha da möhkəmlənən vətəndaş birliyi, iqtisadi inkişaf, sabitliyin qorunması, vətəndaşların problemlərinin həlli ilə bağlı atılan addımlar və ən əsası, milli maraqlara xidmət göstərən dövlət siyasətinin yürüdülməsi Əli Kərimlini stress vəziyyətinə salır, onun isterik bəyanatlarına, açıqlamalarına səbəb olur. Çünki bütün bunlar nəinki onun çox arzuladığı və gecə yuxuda gördüyü hakimiyyət kürsüsünə yolunu bağlayır, ümumiyyətlə, bir siyasətçi kimi mövcudluğunu sual altına qoyur. Ə.Kərimli dərk edir ki, Azərbaycan xalqı onun kimilərinin təmsil olunduğu hakimiyyətin dövründə hökm sürən dərəbəyliyi, dövləti talanetməni, total korrupsiyanı və rüşvət faktlarını unutmayıb. Ölkəmizdə şəffaflığın təmin edilməsi, korrupsiya, rüşvətxorluq kimi neqativ hallara qarşı barışmaz mübarizənin aparılması Əli Kərimli və onun ətrafına sərf etmir. Onlar ittiham hədəflərini itirirlər, sözləri kəsərdən düşür və daha heç kimi aldada bilmirlər.
Nəticə etibarı ilə, adını müxalifət qoymuş, əslində isə faktiki olaraq “beşinci kolon” missiyasını həyata keçirən Ə.Kərimli və onun kimiləri Prezident İlham Əliyevin düşünülmüş, prinsipial milli siyasəti, qüdrətli Azərbaycan naminə açdığı yeni üfüqlər, vətəndaş təşəbbüskarlığına yaratdığı imkanlar qarşısında aciz vəziyyətdə qalmağa məhkumdurlar. Çünki ölkəmizdə formalaşan xalq-hakimiyyət birliyi Azərbaycanın sabitliyinin, inkişafının əsas qarantı kimi çıxış edir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25

