Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Hikmət Babaoğlu: Siyasi spekulyasiya ilə məşğul olanlar acı məğlubiyyətə uğradılar

Hikmət Babaoğlu: Siyasi spekulyasiya ilə məşğul olanlar acı məğlubiyyətə uğradılar

31.05.2019 [10:36]

Mayın 29-da ölkəmiz UEFA Avropa Liqasının final qarşılaşmasına, “Çelsi”-”Arsenal” oyununa ev sahibliyi etdi. Final qarşılaşması 4-1 hesabı ilə “Çelsi”nin qələbəsi ilə başa çatdı. “Arsenal” futboldan daha çox siyasi spekulyasiya ilə məşğul oldu və nəticədə acı məğlubiyyətə uğradı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Deputat qeyd edib ki, hər sahənin peşəkarı gərək öz peşəsi ilə məşğul olsun. Futbolu siyasiləşdirmək istəyənlər, nəticə etibarilə, həm professionalı olmadıqları siyasət sahəsində, həm də öz professional fəaliyyətləri olan futbolda məğlubiyyətə düçar oldular. “Düşünürəm ki, burada bir ilahi ədalət və məntiq var. “Arsenal” final görüşünə hazırlaşmaq əvəzinə, daha çox bunun ətrafında bir siyasi spekulyasiya yaratdı və futbol yaddan çıxdı. Ona görə də məntiqi nəticə bu oldu ki, məğlubiyyətə uğradılar. Əlbəttə, oyunu biz maraqlı adlandıra bilərik, amma bu, 90 dəqiqəlik oyunun cəmi 15-20 dəqiqəsinə aiddir. Hər şey bu dəqiqələrdə həll olundu”, - deyə deputat bildirib.
Hikmət Babaoğlu vurğulayıb ki, bununla belə, ən çox yadda qalan ölkəmizin final oyununa çox yüksək səviyyədə hazırlaşması idi. Bakı Olimpiya Stadionu möhtəşəm görünüşü, azarkeşlərin yüksək mədəniyyəti, təşkilatçılığın nümunəvi olması ilə yaddaşlara həkk olundu. Azərbaycanın bu mötəbər oyunu yüksək səviyyədə təşkil etməsini bütün dünya gördü. Eyni zamanda, Azərbaycan bu cür beynəlxalq tədbirlərə necə ev sahibliyi etmək bacarığı olduğunu bir daha göstərdi. Bəlli oldu ki, futbol bayramı ərəfəsində daha çox informasiya məkanında siyasi spekulyasiya ilə məşğul olanlar, nəticə etibarilə, acı məğlubiyyətə uğradılar. Eyni zamanda, bəlli oldu ki, final görüşü ərəfəsində təhlükəsizlik məsələləri, Mxitaryanla bağlı futboldan kənar yaradılan spekulyasiya sabun köpüyü idi və final oyunundan dərhal sonra da dağılmış oldu.
Deputat Azərbaycanda bu idman bayramına yüksək səviyyədə hazırlıqların görüldüyünün göz qabağında olduğunu deyib. Hikmət Babaoğlu vurğulayıb ki, bu, Azərbaycanın uğurudur və ölkəmizə qarşı qarayaxma kampaniyası aparanların məğlubiyyətidir.

Paylaş:
Baxılıb: 524 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31