Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Fransa məhkəməsindən Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinə ağır zərbə

Fransa məhkəməsindən Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinə ağır zərbə

05.06.2019 [08:18]

Bu ölkənin inzibati məhkəməsi tərəfindən qəbul olunan ədalətli qərar ermənilərin bütün cəhdlərinin üzərindən xətt çəkdi
Sirr deyil ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı separatçı cinayətkar rejimin təbliği və onun legitimləşdirilməsi məqsədilə bir sıra səylər göstərir. Bəzi ölkələrin müxtəlif şəhərləri ilə əməkdaşlıq qurulması, telemarafonların və yardım kampaniyalarının, qeyri-qanuni səfərlərin təşkili Ermənistan hakimiyyətinin bu niyyətinə xidmət edən qanunsuz addımlardır. Təbii ki, işğalçı dövlətin bu istiqamətdə göstərdiyi bütün cəhdlərin heç bir hüquqi əsası yoxdur və buna görə də dünya dövlətləri və əksər beynəlxalq təşkilatlar tərəfindən ciddi qarşılanmır. Əksinə, Ermənistanın qonşu dövlətin ərazi bütövlüyünə, regional təhlükəsizliyə yaratdığı təhdidlər ciddi şəkildə qınanır.
Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinə növbəti ağır zərbə bu günlərdə Fransa məhkəməsindən gəlib. Belə ki, Fransa inzibati məhkəməsi bu ölkənin Arnuvill şəhəri (Val Duaz departamenti, Parisin ətrafı) ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı iyunun 4-də ləğv edib. Məhkəmə 2018-ci il oktyabrın 22-də imzalanmış “sənəd”in qeyri-qanuni imzalandığı, heç bir hüquqi qüvvə daşımadığı və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması barədə qərar çıxarıb. Verilən məlumatlarda bildirilir ki, işlə bağlı məhkəmə dinləmələri 2019-cu il fevralın 28-də başlanıb və mayın 29-da başa çatıb.
Qeyd edək ki, bu, 2013-cü ildən sonrakı dövrdə Fransa məhkəməsinin Azərbaycanın xeyrinə çıxardığı ilk qərardır. Eksperlər Fransa məhkəməsinin bu ədalətli qərarını təqdir edirlər. Belə bir əminlik hasil olur ki, bu ölkənin məhkəmələri Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində yaratdığı rejimin bağladığı digər qeyri-qanuni xartiyaları da ləğv edəcək.
Əlbəttə, Fransa cəmiyyətində, o cümlədən də bu ölkənin məhkəməsində ermənilərin yalanlarına inamsızlıq nümayiş etdirilməsi heç də təsadüfi deyil. Ekspertlərin də vurğuladıqları kimi, Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artması, regional və qlobal əməkdaşlığın dərinləşməsində, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında getdikcə daha vacib rol oynaması ölkəmiz barəsində müsbət imicin möhkəmlənməsinə öz təsirini göstərir. Ölkəmiz həmçinin öz həqiqətlərinin dünya birliyinə obyektiv şəkildə çatdırılması istiqamətində fəal iş aparır və bununla da qlobal miqyasda erməni lobbisinin yalanlarının qarşısını almağa nail olur. Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycan separatçı rejimin işğalı legitimləşdirmək, Fransa şəhərləri ilə qarşılıqlı əlaqələr qurmaq cəhdlərini dəfələrlə rəsmi Paris qarşısında qaldırıb və belə beynəlxalq hüquqa zidd əməllərin dayandırılmasına çağırışlar edib. Xatırlatmaq yerinə düşər ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bir müddət əvvəl Fransaya səfər edib. Bəhs olunan səfər zamanı Birinci vitse-prezident Mehriban xanım Əliyeva keçirdiyi rəsmi görüşlərdə məsələni müzakirə edib və belə halların yolverilməzliyini diqqətə çatdırıb. Azərbaycanın göstərdiyi belə fəal diplomatik səylərin nəticəsidir ki, cari ilin fevralında erməni diasporunun nümayəndləri ilə görüş zamanı Prezident E.Makron bu tipli xartiyaların imazlanmasını və işğalçı rejimlə Fransa şəhərlərinin əlaqələrinin qurulmasını Fransanın dövlət maraqlarına, beynəlxalq öhdəliklərinə və hüquqa zidd olduğunu bildirib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 637 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31