Ölkəmizdə sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlayıb
22.06.2019 [09:27]
Ekspertlər hesab edirlər ki, Prezident İlham Əliyevin imzaladığı sosial paket bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamıdır
Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev iyunun 18-də minimum əməkhaqqının, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncamlar imzalayıb. Bu sərəncamlar ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin bariz nümunələridir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib ki, ölkəmizin məqsədyönlü siyasətini cəmiyyətdən, xalqdan aldığı sifarişlər əsasında formalaşdıran Prezident İlham Əliyev qarşıya respublikamızda sosial vəziyyəti dünyanın inkişaf etmiş ölkələrindəki səviyyəyə çatdırmaqla bağlı mühüm vəzifə qoyub. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb. Respublikamızda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasətinin ardıcıl xarakter daşıdığını deyən C.Paşazadə vurğulayıb: “Respublikamızda 2019-cu ilin əvvəlindən isə ötən il anonsu verilən böyük sosial paketin icrası aktiv fazaya daxil olub. İlin əvvəlindən bəri dövlət başçısı bilavasitə ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəldilməsinə, onları narahat edən müxtəlif sosial məsələlərin həllinə yönələn çoxlu sayda Fərman və sərəncamlar imzalayıb. Biz bu sırada dövlət başçısının imzaladığı sənədlər əsasında müvafiq kateqoriyadan olan şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsini, problemli kreditlər məsələsinin həllini tapmasını, bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsini, əməkhaqlarının, pensiyaların, tələbə təqaüdlərinin, müavinətlərin artırılmasını və digər belə tədbirləri qeyd edə bilərik. Sosial sferada atılan bu kimi addımlar bilavasitə insanların rifah halının yaxşılaşdırılmasına, onların gəlir imkanlarının artırılmasına hesablanıb. Bütövlükdə deyə bilərik ki, 2019-cu ilin əvvəlindən bəri Prezident İlham Əliyevin müvafiq sosial paket çərçivəsində imzaladığı qanunvericilik aktları 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu və bu məqsədlər üçün 1,5 milyard manat vəsait ayrıldı. Dövlət başçısının müxtəlif sahələrdə çalışan işçilərin əməkhaqlarının artırılması ilə bağlı imzaladığı yeni sərəncamlarla isə sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlayıb”.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyev əslində imzaladığı yeni sənədlərlə əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə növbəti sosial paketi bəyan edib. Respublikamızda dövlət büdcəsindən maliyyələşən ayrı-ayrı təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılması nəzərdə tutulur. Əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması müvafiq kateqoriyadan olan insanların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir. Eləcə də minimum əməkhaqqı 250 manata çatdırılıb. Millət vəkilinin sözlərinə görə, yeni sosial paket ölkə Prezidentinin “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” tezisini bir daha təsdiq edir.
“Prezident İlham Əliyevin ölkədə sosial rifahın yüksəldilməsi üçün imzaladığı ikinci sosial islahatlar paketi miqyasına görə olduqca genişdir. Həyata keçirilən sosialyönümlü siyasət nəticəsində ölkəmizin iqtisadi potensialı artdıqca vətəndaşların həyat şəraiti yaxşılaşır, rifahı daha da yüksəlir. İkinci sosial paket əhaliyə gəlirlərini artırmağa şərait yaradacaq”. Bu fikirləri isə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Musa Quliyev deyib. M.Quliyev bildirib ki, ayrı-ayrı vaxtlarda ölkəmizdə minimum əməkhaqqı qaldırılıb. Lakin dövlətçilik tarixində ilk dəfə olaraq minimum əməkhaqqı bir ilin ərzində iki dəfədən çox artırılıb. Prezidentin Sərəncamından sonra minimum əməkhaqqının 250 manata çatdırılması ilə onun alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında ikinci yerə yüksəlir. Millət vəkilinin fikrincə, bütövlükdə həmin sərəncamlar 2 milyondan çox vətəndaşın sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək.
Millət vəkili daha sonra deyib: “Orta təbəqə bütün dünyada ictimai-siyasi sabitliyin buferi sayılır. Hansı dövlətdə orta təbəqə böyükdürsə, orada uzun müddət sabitlik olur, narazılıq baş vermir, sosial ədalət daha çox təmin edilir. Qütbləşmə çox olanda isə istər iqtisadi, istərsə də sosial-siyasi böhranlar baş verir. Ölkə Prezidentinin son Sərəncamında minimum əməkhaqqının 250 manata qaldırılması əsasən az əməkhaqqı alan və orta səviyyədən aşağı yaşayanların sosial rifahının yaxşılaşdırılmasına hədəflənib. Minimum əməkhaqqının yüksəlməsi ilə orta təbəqənin sahəsi genişlənir və bu, sosial harmoniyanın, sosial ədalətin bariz şəkildə təmin olunmasına gətirib çıxarır”.
“Son sərəncamlardan sonra Azərbaycan dövlətçilik tarixində ilk dəfə olaraq minimum əməkhaqqı yaşayış minimumunu üstələdi və ondan yuxarı qalxdı”, - deyə deputat qeyd edib.
“Dövlət başçısının imzaladığı sosial xarakterli sərəncamlar bir daha təsdiqləyir ki, cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir”. Bu fikri isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı deyib. M.İbrahimqızı bildirib ki, bu günədək həyata keçirilmiş uğurlu siyasətin fəlsəfəsi də bu təməl üzərində qurulub. Onun sözlərinə görə, Azərbaycanın hər bir vətəndaşının rifahının yaxşılaşdırılması məhz Prezidentimizin uğurla həyata keçirdiyi siyasətin əsas məqsədidir: “İyunun 18-də dövlət başçısı sosial sahədə inqilabi xarakterli sərəncamlar imzaladı. Əslində, ictimaiyyət üçün cənab Prezident tərəfindən imzalanan bu sərəncamlar gözləniləndir. Biz xronoloji olaraq, 2003-cü ildən bu günə qədərki imzalanan bütün sənədlərə və həyata keçirilən islahatlara, eləcə də Dövlət proqramlarına diqqət yetirsək, görərik ki, əsas ana xətti xalqın rifahı və firavanlığı təşkil edir. Bu mənada təkcə bu ilin əvvəlindən başlayaraq, imzalanan sənədlər bunları tam və qabarıq şəkildə əks etdirir”.
Millət vəkili qeyd edib ki, əhalinin həyat səviyyəsi gündən-günə yaxşılaşır. İndiyədək əməkhaqqı və pensiyaların dəfələrlə artdığını vurğulayan M.İbrahimqızı bu gerçəkliyin ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb: “Əslində, 2019-cu il ölkəmizdə, sözün həqiqi mənasında, sosial rifah və firavanlıq ili adlandırılır. Əhalinin sosial müdafiəsi sahəsində ardıcıl olaraq daha qətiyyətli və zəruri qərarların qəbul edilməsi beynəlxalq ekspertlər tərəfindən də təqdir edilir. Bu ilin əvvəlində minimum əməkhaqqı və pensiyaların təxminən 40 faiz artırılmasını da nəzərə alsaq, əslində növbəti sərəncamla təxminən artım 100 faizə çatır. Minimum əməkhaqqının artırılması yüz minlərlə insanın maaşının 270-350 manata qədər artdığını göstərir. Ən vacibi isə, minimum əməkhaqqının 250, minimum pensiyaların isə 200 manat məbləğində müəyyən edilməsidir. Qısaca olaraq, ölkədə hər bir ailəni əhatə edən bu qərarları inqilabi addımlar kimi səciyyələndirə bilərik”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44

