Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Qəhrəman ana" adı bərpa oluna bilər

"Qəhrəman ana" adı bərpa oluna bilər

05.12.2009 [09:29]

Hicran Hüseynova: Azərbaycanda gender bərabərliyi siyasəti olduqca yüksək səviyyədə həyata keçirilir
Dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasında mətbuat konfransı keçirib. Sona yetən 2009-cu ilin Azərbaycan üçün uğurlu olduğunu söyləyən H.Hüseynova dünyada gedən qlobal iqtisadi böhranın fonunda Azərbaycanda müsbət inkişaf dinamikasının saxlanıldığını önə çəkib. Komitə sədri bu uğurun arxasında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin dayandığını bildirib: “Bilindiyi kimi, 2009-cu il Azərbaycanda “Uşaq ili” elan olunub. Bu məqsədlə geniş tədbirlər planı nəzərdə tutulmuşdur. Bu tədbirlər planı çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi digər dövlət qurumları, o cümlədən, qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edib. Təbii ki, 2009-cu ilin “Uşaq ili” elan olunması diqqətin bu istiqamətə yönəldilməsinə hesablanmışdır. Azərbaycanda əvvəllər olduğu kimi, bundan sonra da uşaqların problemlərinin həlli diqqət mərkəzində saxlanacaq. Azərbaycanda uşaq siyasətinin fundamental istiqamətləri mövcuddur ki, bunun da əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Digər tərəfdən, uşaqların problemlərinin həlli həm də gələcək problemlərinin həlli deməkdir və bu işlə də tək bizim komitə deyil, bütünlükdə Azərbaycan xalqı məşğul olur”.
“Uşaq ili” çərçivəsində görülən işlərdən ən vacibinin uşaqlarla bağlı məlumat bazasının yaradılması olduğunu deyən komitə sədri bu çətin işin öhdəsindən gəlmək üçün bir sıra strukturlarla əməkdaşlığın vacibliyini söyləyib: “Bizə bu işdə çox güclü dəstək verildi. Artıq bu işə başlanılıb və məlumat bazası toplanır. Bu, bizə məlumatları operativ şəkildə öyrənməyə və problemlərin həllində çevik hərəkət etməyə imkan verəcək. Digər tərəfdən, komitənin nəzdində yeni araşdırmalar sektoru yaradılıb ki, bu da komitəyə olan müraciətləri vaxtında araşdırmağa şərait yaradır. Bu sektor həm də qanunvericiliyin daha da təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlayacaq, mətbuatla əlaqələrin gücləndirilməsini şərtləndirəcək”.
Aparılan işlərdə Heydər Əliyev Fondunun komitə ilə yaxından əməkdaşlıq etdiyini bildirən H.Hüseynova məhz Fondun dəstəyi ilə uşaqlarla bağlı böyük konfransın keçirildiyini önə çəkib: “Həmin konfransda Heydər Əliyev Fondunun prezidenti, hörmətli millət vəkilimiz, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, birinci xanımımız Mehriban xanım Əliyevanın uşaqlara olan qayğısı, diqqəti bir daha geniş şəkildə vurğulandı. Həmin konfransdan sonra da Heydər Əliyev Fondu bir sıra istiqamətlərdə problemlərin həlli ilə bağlı komitəyə təkliflər verdi. Ən vacib məsələlərdən biri də uşaq evlərindən çıxan 17-18 yaşlı gənclərin, xüsusilə də, qızların gələcək taleləridir. Bununla bağlı çox böyük araşdırmalar aparılır. Bu, bütün dünyada böyük bir problem olaraq qalır. Artıq Azərbaycanda bu problemin həlli istiqamətində işlər görülür. Heydər Əliyev Fondunun dəstəyi ilə bir neçə rayonda bu gənclər üçün yataqxanalar tikilir, iş tapılır və onların təhsil almasına şərait yaradılır. Bu problem tədricən həll olunmaqdadır”.
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin bu il qadınlarla bağlı dördüncü dövrü hesabatını hazırladığını söyləyən sədr bu ilin yayında hesabatın BMT-də müzakirəsinin keçirildiyini qeyd edib: “Bu olduqca çətin bir prosesdir. Hesabatda bütün Azərbaycan üzrə qadınlarla bağlı geniş məlumat verilib. Azərbaycanın hazırladığı hesabat BMT tərəfindən olduqca yüksək qarşılandı. Bu onu göstərir ki, Azərbaycanda bu istiqamətdə siyasət doğru aparılır. Tədbirdə də vurğulandı ki, Azərbaycanda gender bərabərliyi siyasəti olduqca yüksək səviyyədə həyata keçirilir. Bundan başqa, komitəmiz uşaqlarla bağlı analoji hesabat hazırlayıb. Bildiyiniz kimi, bu il həm də Uşaq Konvensiyasının yubileyidir. Biz bu hesabatı da hazırlayıb BMT-yə göndərmişik. Təbii ki, bu hesabat daha genişdir. Nəzərdə tutmuşuq ki, belə hesabatlar hazırlanarkən dinləmələr keçirilsin. Orada bütün dövlət və qeyri-dövlət strukturlarının nümayəndələri dəvət edilir. Biz inanırıq ki, bu hesabatımız da uğurla keçəcək”.
Ailə problemlərinin həlli ilə bağlı bir sıra təkliflər irəli sürdüklərini deyən H.Hüseynova 15 may beynəlxalq ailə günü ərəfəsində regionlarda müəyyən işlərin görüldüyünü söyləyib: “Biz rayonlarda ən maraqlı ailələri araşdırırıq. Təbii ki, araşdırmalar aparılan zaman ailələrdə olan problemlər də üzə çıxır. Bu problemlərin əksəriyyəti mənəvi problemlərdir. Bizdə yaşlı insanlarla gənclər arasında anlaşılmazlıqların olduğu ilə bağlı məlumatlar var. Artıq Azərbaycanın bir neçə regionunda Ailə İnkişaf Mərkəzi yaranıb və 11 rayonda belə mərkəzlər yaradılır. Ailələrin inkişafı, münasibətlərin normal olması hər zaman dövlətin nəzarətindədir. Aparılan monitorinqlər göstərir ki, qadınların törətdiyi cinayətlərin əksəriyyətinin əsasında ailə münaqişəsi dayanır. Bunun qarşısını almaq üçün ailə məsələləri üzrə psixoloqlar ailə inkişaf mərkəzlərində mütəmadi iş aparmalıdır”.
Sədr Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Qəhrəman ana” adının bərpa olunması təşəbbüsü ilə çıxış etdiyini önə çəkib. Ailələrdə uşaq sayına görə, Azərbaycanda vəziyyətin o qədər də kritik olmadığını qeyd edən H.Hüseynova bununla belə, bəzi hallarda ailələrin bir-iki uşaq istədiyini diqqətə çatdırıb: “Düşünürük ki, “Qəhrəman ana” adının bərpa olunması uşaqların sayının artırılmasında stimul rolunu oynaya bilər. “Qəhrəman ana” adının dünyaya 7 uşaq gətirən qadınlara verilməsi nəzərdə tutulub”.
Daha sonra komitə sədri jurnalistləri maraqlandıran sualları cavablandırıb.
Pərviz SADAYOÄžLU

Paylaş:
Baxılıb: 1114 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

100 dollarlıq "akademik"…

30 Oktyabr 00:16  

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31