Azərbaycanın müasir tarixinin 50 illik dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
05.07.2019 [09:40]
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Heydər Əliyev Azərbaycan gəncliyinin düşüncəsində. 50 il” adlı layihənin yekunu və eyni adlı portalın təqdimat mərasimi keçirilib
Əli Əhmədov: Azərbaycanın uğurlu inkişafının təməlində Heydər Əliyev siyasəti dayanır
İyulun 4-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Heydər Əliyev Azərbaycan gəncliyinin düşüncəsində. 50 il” adlı layihənin yekunu və eyni adlı portalın təqdimat mərasimi keçirilib. Əvvəlcə tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Sonra çıxış edən YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri, layihənin koordinatoru Salman Salmanov bildirib ki, layihə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunub. O, layihə və portal haqqında geniş məlumat verib və qeyd edib ki, gənclər bu layihədə fəal iştirak ediblər. Belə ki, layihədə təxminən 3 min gənc iştirak edib. Ulu Öndər Heydər Əliyevin irsinin zəngin mənbə olduğunu deyən S.Salmanov gənclərin Heydər Əliyev ideyalarına sadiq olduğunu söyləyib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov gənclərin həyata keçirdiyi layihəni yüksək qiymətləndirib. Əli Əhmədov qeyd edib ki, müasir dövrün yeni imkanlarından istifadə edərək gənclərin Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətləri ilə bağlı öz fikirlərini bölüşmələri təqdirəlayiqdir. Təqdimatı keçirilən portalın yüksək reytinqli olacağına inandığını deyən Əli Əhmədovun fikrincə, 3 min gəncin bu layihəyə qatılması onların Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinə verdikləri böyük dəyərin göstəricisidir.
YAP Sədrinin müavini deyib ki, Azərbaycanın müasir tarixinin 50 illik dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə seçilməsi tariximizin dönüş nöqtəsi kimi yaddaşlara həkk olunub. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə milli inkişafın və intibahın əsası qoyuldu. Yaşlı nəsil yaxşı xatırlayır ki, 1960-cı illərə qədər Azərbaycan bütün sahələrdə xoş olmayan günlərini yaşayırdı, insanların həyat səviyyəsi yaxşı deyildi. Nəticə etibarilə, Azərbaycan keçmiş SSRİ-nin ən geridə qalmış respublikalarından biri idi. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə seçilməsindən çox qısa zaman sonra Azərbaycanda o zaman müşahidə olunan xoşagəlməz proseslərin qarşısı alındı, iqtisadiyyat inkişaf etməyə başladı, çoxlu sayda sənaye müəssisələri yaradıldı. Respublikanın sənaye potensialı yüksəldi, kənd təsərrüfatında böyük dönüş başladı. Azərbaycanda çox güclü kənd təsərrüfatı və aqro sənaye kompleksi yaradıldı. Ölkəmizdə üzümçülük, pambıqçılıq çox sürətlə inkişaf etdi. Bir tərəfdən sənayenin və kənd təsərrüatının inkişaf etdirilməsi, digər tərəfdən müasir texnologiyalar əsasında aqro sənaye komplekslərinin yaradılması insanların rifahını köklü surətdə dəyişdi. Məhz o zamandan Azərbaycanın şəhərlərinin, kəndlərinin siması dəyişdi. Bakı şəhəri müasirləşdi, yeniləşdi. Təkcə sənaye və kənd təsərrüfatı deyil, elm və təhsil, mədəniyyət, səhiyyə də ciddi şəkildə inkişaf etdi. Çoxlu məktəblər, ali təhsil ocaqları yaradıldı. Eyni zamanda, Azərbaycan gənclərinin keçmiş ittifaqın ən nüfuzlu ali mktəblərində təhsil almalarına imkan yaradıldı. Bu gün ölkəmizdə ayrı-ayrı sahələrdə çalışıb davamlı inkişafa töhfələr verən şəxslərin böyük əksəriyyəti həmin kateqoriyanın insanlarıdır. Həmçinin respublikamızda mədəniyyətin, incəsənətin inkişafına davamlı töhfələr verildi. Azərbaycanın bir çox dəyərli elm, mədəniyyət, incəsənət adamları o dövrün ən yüksək fəxri adlarına layiq görüldülər. Bütün bunların hamısı Ulu Öndər Heydər Əliyevin Azərbaycan qarşısında etdiyi möhtəşəm xidmətlərdir ki, bunların sayəsində respublikamız böyük bir inkişaf mərhələsi keçdi”.
Baş nazirin müavini bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan qarşısındakı xidmətləri yalnız iqtisadi inkişafla bitmirdi. Onun sözlərinə görə, milli şüurun inkişafı həmin dövrün ən xarakterik cəhətlərindən biri idi: “Heydər Əliyevin respublikamızın rəhbəri kimi atdığı addımlar Azərbaycan xalqında özünəinam hissini artırdı, insanlar gələcəyə daha böyük inamla baxdılar. Bütün bunların hamısı milli özünüdərkin, milli qürurun ayrı-ayrı elementləri olaraq, hər bir xalq üçün önəmli olan azadlıq hissinin möhkəmlənməsinə böyük təsir göstərir. Əzilən, özünü dərk edə bilməyən bir millətin azadlıq hissi ilə özünü dərk edən, öz qürurunu ifadə edən bir millətin azadlıq hissi, təbii ki, fərqli olur. Bu mənada hesab edirəm ki, Ulu Öndər Heydər Əliyevin sovetlər dövründə Azərbaycana rəhbərlik etməsi və respublikamızın mühüm inkişaf mərhələsinə qədəm qoyması Azərbaycan xalqının milli özünüdərkinin çox vacib bir mərhələsini təşkil edir. Biz bunun nəticəsini sovet hökumətinin mövqeləri zəifləyəndə Azərbaycanda azadlıq ruhunun özünü aydın ifadə etməsində gördük. 1980-ci illərin sonu-1990-cı illərin əvvəllərində azadlıq mübarizəsi Azərbaycan xalqının milli ruhunun ifadəsi idi. Bu inkişaf olmasaydı, Azərbaycan xalqı özünü bir millət olaraq azad yaşamağa haqqı çatan toplum kimi dərk etməsəydi, yəqin ki, azadlıq hərəkatı da o vüsəti əldə etməzdi”.
Əli Əhmədov onu da qeyd edib ki, müstəqil Azərbaycanın formalaşması, qüdrətinin artması missiyası da Ulu Öndər Heydər Əliyevin əzəmətli çiyinləri üzərində qərar tutmalı oldu. O xatırladıb ki, 1990-cı illərin əvvəllərində sovetlər ittifaqının dağılması nəticəsində Azərbaycan öz müstəqilliyini əldə etdi: “Amma yenə də ölkəmizin real müstəqil dövlət kimi formalaşması, təsdiqi Ulu Öndər Heydər Əliyevin xidməti kimi tariximizə yazılıb. 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqillik əldə etdikdən sonra o dövrün hakimiyyəti Azərbaycanın müstəqil dövlət kimi formalaşmasını təmin etmək iqtidarında deyildi. 1993-cü ilin iyun ayında Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizi mövcud problemlərdən xilas etdi. Müstəqil Azərbaycan dövləti yarandı. Azərbaycanın siyasi sistemi formalaşdı, ölkəmizin təhlükəsizliyi təmin edildi. Cəbhə xəttində atəşkəs əldə olundu. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, müstəqil dövlət kimi özünü dünyaya təqdim etdi. Eləcə də iqtisadi islahatlar həyata keçirildi, neft strategiyasının əsası qoyuldu. Bunun nəticəsində Azərbaycan iqtisadiyyatı böyük inkişaf mərhələsi yaşayır. Beləliklə, Heydər Əliyevin müstəqil ölkəmizə rəhbərlik etdiyi 10 ildə yeni Azərbaycan quruldu”.
Bu gün Azərbaycanın Heydər Əliyev siyasətinin uğurlarını yaşadığını deyən Baş nazirin müavini söyləyib ki, dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün əldə etdiyimiz nailiyyətlər Heydər Əliyev siyasətinin nəticəsidir. “Bütövlükdə, Azərbaycanın uğurlu inkişafının təməlində Heydər Əliyev siyasəti dayanır. Bu, elə bir siyasətdir ki, onun əsasında Azərbaycan bundan sonra da uzun illər öz yüksəlişini təmin edəcək. Azərbaycan daha da qüdrətlənəcək, möhkəmlənəcək, Azərbaycan xalqının milli həmrəyliyi daha da güclənəcək, ölkəmizin dünya birliyində mövqeləri artacaq. Bu gün Azərbaycan regional, beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsində xüsusi fəallıq göstərir. Ölkəmiz bu layihələrin əsas təşəbbüsçüsü və iştirakçısıdır. Bütün bunlar onu deməyə əsas verir ki, Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət və bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan nisbətən gənc olan dövlətlər sırasında ən uğurlu dövlətdir. Azərbaycan bu illər ərzində iqtisadiyyatını 3 dəfədən çox artırıb. İnsanların rifah halının yaxşılaşdırılması istiqamətində mühüm uğurlar əldə olunub. 2019-cu ilin 6 ayı ərzində ölkəmizdə minimum əməkhaqqı və pensiyalar iki dəfə artırılıb. Digər kateqoriyadan olan vətəndaşlara yardımlar və güzəştlər də artırılıb. Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafı, mötəbər tədbirlərə ev sahibliyi etməsi ölkəmizin nüfuzunun artmasında mühüm rol oynayır. Bu gün dünyada Azərbaycan çiçəklənən, dinamik inkişaf edən, ən perspektivli ölkə kimi qəbul olunur və dəyər verilir. Bu həm reytinq agentliklərinin, həm də ölkəmizə gələn xarici qonaqların verdiyi qiymətdir. Dünyanın heç bir yerində Bakı, ümumilikdə Azərbaycan qədər müasirləşən, yeniləşən ölkəni təsəvvür etmək mümkün deyil. Bu gün müasirləşən Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bütövlükdə, bu gün Azərbaycanın tarixinin yeni mərhələdə inkişaf etdiyini görürük. Bu, müasirlikdir, yenilikdir, möhtəşəmlikdir, daha sürətli inkişaf və insanlara daha yaxış yaşamaq imkanlarının yaradılmasıdır”, - deyən Əli Əhmədov söyləyib ki, Prezident İlham Əliyevin mövcud imkanlardan istifadə edərək Azərbaycanın daha da müasirləşməsi, yeniləşməsi istiqamətində atdığı addımlar tarixi addımlardır. Bu fəaliyyət uzun müddət Azərbaycanın davamlı inkişafı üçün əsas yaradıb.
YAP Sədrinin müavini bildirib ki, bu gün yaradılan baza bundan sonra da Azərbaycanın inkişafına xidmət edəcək: “Bu uğurlarımızla hər birimiz qürur duymalı, ölkə Prezidentinin həyata keçirdiyi siyasətin mahiyyətini dərindən dərk etməli, onun həyata keçirilməsinə öz töhfəmizi verməliyik. Bu siyasətə qara yaxmaq istəyən insanlara layiqli cavab verməliyik. Çünki Azərbaycanın bu uğurlarını görüb bundan məyus olan insanlar da vardır. Bu mənada hər birimizin vəzifəsi ondan ibarət olmalıdır ki, bu inkişafı, əzəməti hər birimiz qiymətləndirək, onu qoruyaq, daha da möhkəmlənməsi üçün səylər göstərək, Prezident İlham Əliyevin ətrafında sıx birləşək. Azərbaycan əhalisinin böyük əksəriyyəti gənclərdir. Ölkəmizin gələcəyi gənclərlə bağlıdır. İstəyimiz odur ki, gənclərimiz dövlətimizin başçısının həyata keçirdiyi siyasətin reallaşmasına öz töhfələrini versinlər, Azərbaycanın layiqli vətəndaşları olsunlar, yaxşı təhsil alsınlar və heç vaxt unutmasınlar ki, Azərbaycan bu inkişafa Heydər Əliyevin xidmətləri, Onun müəyyənləşdirdiyi siyasət nəticəsində nail olub. Heydər Əliyev siyasəti Azərbaycana yalnız və yalnız uğurlar gətirib”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

