/ / ADA Universitetində Azərbaycanın diplomatik xidmətinin 100 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilib
ADA Universitetində Azərbaycanın diplomatik xidmətinin 100 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilib
09.07.2019 [10:31]
İyulun 8-də ADA Universitetində Azərbaycanın diplomatik xidmətinin 100 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, ADA Universiteti və Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri Azərbaycanın Xarici İşlər nazirinin müavini, universitetin rektoru, səfir Hafiz Paşayev açıb. O deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti çətin bir tarixi yol keçib. Həmin illərdə diplomatlarımız ölkəmizin tarixində müstəsna rol oynayıblar. Müasir tariximizə baxsaq, artıq 30 ildir ki, Azərbaycan bu diplomatiyanı həyata keçirir. Müasir diplomatiyamızı da həyata keçirmək asan olmayıb.
Hafiz Paşayev deyib ki, Ulu Öndər Heydər Əliyev ən böyük diplomatımız olaraq, ölkəmizin həyatında müqayisəyəgəlməz rol oynayıb. Azərbaycan diplomatiyası xeyli uğurlara imza atıb. Xarici ölkələrin Azərbaycandakı diplomatik missiyalarının sayı 2004-cü ildə iki dəfə artıb. Bu amil ölkəmizin beynəlxalq əlaqələrinin göstəricisidir.
Konfransda çıxış edən Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycan diplomatiyasının bir əsrlik inkişaf yolu, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə yeni yaranmış respublikanın tanıdılması istiqamətində atılmış addımlar, Cümhuriyyətin süqutundan sonra sovet dövründə Xarici İşlər Komissarlığının fəaliyyəti və nəhayət, müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin müvəffəqiyyətlə davam etdirdiyi, milli maraqlarımıza əsaslanan dinamik və fəal xarici siyasətimiz barədə danışıb. Nazir ölkəmizin xarici siyasət prioritetlərindən bəhs edib. Bu xüsusda, o, Ermənistan tərəfindən ölkəmizə qarşı davam edən hərbi təcavüzü qeyd edərək, Ermənistan-Azərbaycan münaqişəsinin həllinin xarici siyasətimizin ən əsas prioriteti olaraq qaldığını vurğulayıb.
Konfrans çərçivəsində keçirilən “Azərbaycanın xarici siyasəti: XX əsrdə tarixi inkişaf” adlı sessiyada Türkiyənin sabiq Xarici İşlər naziri Hikmət Çətin, ABŞ-ın Prinston Universitetinin professoru Maykl Reynolds, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şaffer Azərbaycan diplomatiyası və bu sahədə qazanılan uğurlarla bağlı fikirlərini bildiriblər.
“Müasir Azərbaycan və xarici siyasət prioritetləri” mövzusuna həsr edilən növbəti panel müzakirələrdə Milli Məclisin deputatı Musa Qasımlı, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, Avropa Parlamentinin nümayəndəsi Eldar Mamedov və Avropa Siyasət Mərkəzinin nümayəndəsi Amanda Pol çıxış ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

