/ / “Əl Bəyan Əl-Yaum” qəzeti: Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib
“Əl Bəyan Əl-Yaum” qəzeti: Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib
10.07.2019 [10:07]
Mərakeşin “Əl Bəyan Əl-Yaum” qəzetində Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanovun müəllifi olduğu “Azərbaycan diplomatiyasının 100 illik yubileyi” başlıqlı məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə 2019-cu ildə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinin qeyd olunduğu diqqətə çatdırılır. Yazıda Xarici İşlər Nazirliyinin yaranma tarixi, inkişaf mərhələləri, habelə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ilk Xarici İşlər naziri Məhəmmədhəsən Hacınskinin həyatı barədə məlumat verilib. Qeyd olunur ki, bu gün Azərbaycanın xarici siyasəti çox çevikdir və dinamikdir. Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində Azərbaycan hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoydu, ölkəmizin davamlı sosial-iqtisadi inkişafı təmin edildi. Azərbaycanın yeri və rolu nəzərə alınmadan regionda hər hansı iri layihəni həyata keçirmək mümkün deyil.
Məqalədə Azərbaycanın xarici siyasətinin uğurları barədə bəhs edilərək, ölkəmizin 2006-cı ildə BMT-nin İnsan Hüquqları Şurasının, 2012-2013-cü illər üzrə BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçildiyi, İslam Əməkdaşlıq Təşkilatı, habelə Qoşulmama Hərəkatı çərçivəsində vacib rolu qeyd olunur.
Müəllif, həmçinin vurğulayır ki, Ermənistanın ölkəmizə qarşı təcavüzü və nəticədə Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizinin işğalı və bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından didərgin salınması Azərbaycanın ən çətin, ən ağrılı problemidir. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan və təhqir edilməsi, mənimsənilməsi kimi məqsədli siyasət həyata keçirir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır.
Həmçinin yazıda 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpa olunmasından sonra ölkəmizin qoşulduğu beynəlxalq təşkilatlar və əhəmiyyətli beynəlxalq müqavilələr, konvensiyalar barədə məlumat verilir.
Müəllifi hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayan Ümummilli Lider Heydər Əliyevin ölkəmizin müasir tarixində misilsiz roluna xüsusi diqqət ayırıb. Bildirib ki, Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası üçün vacib rol oynayan neft strategiyası genişləndirilib, ölkənin infrastrukturu yenidən qurulub və bərpa edilib.
Məqalədə müasir dünyada qadınların sosial-siyasi həyatda oynadıqları rol, ictimai fəallıqları xüsusi qeyd olunaraq, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti barədə məlumat verilir. Bu fəaliyyətin beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərləndirildiyi ifadə olunur. Mehriban xanım Əliyevanın UNESKO və İSESCO-nun xoşməramlı səfiri adına layiq görüldüyü vurğulanır.
“Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi-iqtisadi kurs özünü doğruldub. Bu gün həmin strateji istiqamət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsində Azərbaycan yeni dövrə qədəm qoyaraq özünün siyasi, iqtisadi müstəqilliyini qoruyub saxlamağa müvəffəq olaraq, son illər ərzində bütün sahələrdə böyük tərəqqi baş verib, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib”, - deyə müəllif vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44

