Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ölkəmizdə qiymət artımı ilə bağlı iddiaların heç bir əsası yoxdur

Ölkəmizdə qiymət artımı ilə bağlı iddiaların heç bir əsası yoxdur

10.08.2019 [10:26]

Respublikamızda qiymətlərin süni şəkildə artırılmasının qarşısını almaq üçün həm ciddi inzibati tədbirlər görülür, həm də istehlak mallarının istehsalı artırılır

Sirr deyil ki, Azərbaycandakı radikal müxalifət düşərgəsinin təmsilçiləri xaricdəki anti-Azərbaycan dairələrdən daha böyük həcmlərdə qrantlar almaq və beləliklə də özlərinin lüks həyatlarını təmin etmək üçün müxtəlif manipulyasiya cəhdlərinə əl atırlar. Bəri başdan qeyd edək ki, belə manipulyasiya cəhdlərinin Azərbaycan gerçəkliyi, ölkəmizin müsbət reallıqları ilə heç bir əlaqəsi yoxdur. Əlləri hər yerdən üzülən radikallar bir qayda olaraq yalan üzərində qurulan açıqlamalarında auditoriyaya cəfəng fikirlər təqdim edir, beləliklə də insanları çaşdırmağa çalışırlar.

Ölkə daxilindəki radikal düşərgənin təmsilçilərinin, həmçinin xaricdə məskunlaşmış söyüş müxalifətinin son vaxtlarda Azərbaycanda guya müxtəlif istehlak mallarının qiymətinin artması ətrafında yeri gəldi-gəlmədi müzakirələr açmaları bunu bir daha təsdiqləyir. Halbuki radikalların qiymət artımı ilə bağlı süni şəkildə dövriyyəyə buraxdıqları iddiaların, cəfəng fikirlərin heç bir məntiqi izahı və əsası yoxdur.

Əvvəla, ölkəmizdə əhalinin getdikcə artan gəlirləri fonunda inflyasiya kifayət qədər aşağı səviyyədədir. İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə də bildirildiyi kimi, 2019-cu ilin ilk 6 ayında respublikamızda cəmi 2,5 % səviyyəsində inflyasiya qeydə alınıb. Bəhs olunan dövrdə əhalinin gəlirləri isə   6,6 % artıb.

İnflyasiyanın aşağı səviyyəsi fonunda ölkədə insanların gəlir imkanlarının artırılmasına hesablanan böyük sosial paket uğurla reallaşdırılır. Həyata keçirilən tədbirlər sırasında əməkhaqlarının, pensiyaların, müavinətlərin artırılmasını, məşğulluğun yüksək səviyyədə təmin edilməsini, əhalinin həssas qruplarına gayğının əhatə dairəsinin genişləndirilməsini xüsusi vurğulaya bilərik.

Eyni zamanda, ölkəmizdə süni qiymət artımına qarşı ciddi mübarizə tədbirləri görülür, mütəmadi olaraq monitorinqlər aparılır, bu sahədə hər hansı manipulyasiya cəhdinin, özbaşınalığın qarşısı dərhal alınır və günahkarlar cəzalandırılır.  Vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev bəhs olunan müşavirədə süni qiymət artımına qarşı mübarizənin daha da gücləndirilməsi məsələsinə də diqqət çəkib. “İstehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır”, - deyə dövlət başçısı vurğulayıb.

Qiymət artımı ilə bağlı heç bir əsası olmayan iddialar səsləndirən radikalların nəzərinə daha bir məqamı da çatdırmaq istərdik. Malların və xidmətlərin qiymətinin bir sıra hallarda obyektiv səbəblər üzündən dəyişməsi heç də istisna olunmur. Bu, ilk növbədə, idxal olunan məhsulların dünya bazarında qiymətinin artması ilə bağlıdır. Buna misal kimi ölkəyə gətirilən texnoloji avadanlığı, gübrə və s. göstərmək olar ki, onların qiymətində dəyişiklik Azərbaycanda istehsal prosesinə də öz təsirini göstərir.

Digər tərəfdən radikalların iddialarına baxmayaraq, ölkəmizdə qiymətlərin artmasının qarşısını almaq üçün sistem xarakterli tədbirlər görülür. O cümlədən aqrar sektorda istehlak mallarının istehsalının artırılması qarşıya qoyulan əsas hədəflərdən biridir. Son illərdə Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı böyük işlər görülüb. Məsələn, struktur islahatları aparılıb. Lizinq fəaliyyəti ilə bağlı həyata keçirilən islahat nəticəsində bazarda azad və ədalətli rəqabət mühiti formalaşıb. Nəticədə texnikanın qiymətində təxminən 30 faiz ucuzlaşma baş verib. Ümumiyyətlə, kənd təsərrüfatının ayrı-ayrı sahələri inkişaf edir, meliorativ tədbirlər həyata keçirilir, su təchizatı yaxşılaşdırılır, istixanalar, anbarlar yaradılır, istifadəyə verilmiş gübrə zavodu daxili bazarın bir qisminin ehtiyaclarını ödəyir. Bunun sayəsində ciddi məhsul artımı müşahidə olunur.  Cari ilin altı ayında aqrar sektorda rekord səviyyədə - 13 % artım baş verib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında ölkədə kartof istehsalı 10,3%, tərəvəz istehsalı 13,8%, meyvə və giləmeyvə istehsalı 21,1%, bostan məhsulları istehsalı 37,5% artıb.

2019-cu ilin ilk yarısında ölkədə heyvandarlıq məhsullarının istehsalında da ciddi artım qeydə alınıb. Diri çəkidə ət istehsalı 3%, süd istehsalı 2%, yumurta istehsalı 4,5%, yun istehsalı 0,8% artıb.

Onu da qeyd edək ki, ölkəmizdə yetişdirilən məhsullar yüksək keyfiyyətə malikdir. Bu səbəbdən də  xaricdə məhsullarımıza tələbat artır və ölkəmizdən daha çox məhsul ixrac olunur. 2019-cu ilin 6 ayı ərzində respublikamızdan 411,8 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları ixrac olunub. Kənd təsərrüfatı məhsullarının ixrac həcmi ötən ilin müvafiq dövrünə nəzərən 27,9% artıb. İxracın artması isə fermerlərin daha çox qazanc əldə etməsinə səbəb olur.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 571 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31