ÖLMƏZLİK
12.12.2009 [11:10]
Ulu öndər Heydər Əliyevin altı illik fiziki yoxluğu ilə hələ də barışa bilmədiyimiz bir vaxtda hörmətli Leyla xanım Əliyevanın mətbuatda dərc olunmuş “Elegiya” adlı şeiri üzüntülü duyğularımızı bir az da artırdı. Həmin duyğuların təsiri altında yazıram bu yazını.
Həyatı və fəaliyyəti ilə Azərbaycanın şərəf tarixinin qızıl səhifələrini yaratmış ümummilli lider Heydər Əliyev haqqında düşüncələrimi dəfələrlə ölkə mətbuatında qələmə almış, bu insanın titanik fəaliyyətinin bəzi məqamlarına ayna tutmuşam. Amma Leyla xanım Əliyevanın bütün kainata yayılmış könül çırpıntıları çoxları kimi məni də yenidən Azərbaycanın Heydər Əliyevli günlərinə qaytardı.
Doğrudanda da belədir. Bəzən insan elə anlar yaşayır ki, onu ancaq poeziyanın, musiqinin, rəssam fırçasının dili ilə ifadə etməli olur. Bu prizmadan yanaşanda “Elegiya” şeiri bütün Azərbaycanın, dünyanın hər yerinə səpələnmiş əlli milyondan artıq azərbaycanlının HEYDƏR ƏLİYEVin fiziki yoxluğundan doğan düşüncələrinin ifadəsidir:
Dinlə kədərimin pıçıltısını -
Mən yaxşı bilirəm ayrılıq nədi!..
Küləklər könlümün qışqırtısını
Kaş ki kainata yaya biləydi.
Artıq altı ildir ki, bu könül çırpıntıları bütün kainatda əks-səda verir. Onsuz da mütərəqqi bəşəriyyət HEYDƏR ƏLİYEV adlı bir epoxanın varlığından, Onun əbədiyaşar idleyalarının cəmiyyətdə hakim olmasından xəbərdardır.
Dünya tarixində tək-tək insanlar olub ki, öz yaşantıları, fəaliyyəti ilə üMUMMİLLİ LİDER səviyyəsinə yüksəlsin. çünki bu adın daşıyıcısı olmaq üçün insan anadan fateh doğulmalıdır ki, qarşıdakı ən yüksək zirvəni fəth edə bilsin, həyatını xalqının yolunda şam kimi əritsin, ən çətin anlarında sinəsini soyuq nəzərlərə sipər etsin. HEYDƏR ƏLİYEV öz titanik enerjisini son damlasına kimi xalqın, millətin yolunda istifadə etməsi, bir əsrdə ikinci dəfə qazandığımız müstəqilliyi qoruyub-saxlaması, Azərbaycanın haqq səsini dünyaya çatdırması ilə ölkənin üMUMMİLLİ LİDERinə çevrildi. İnsanın yüksəldiyi ən uca zirvə, “Elegiya” şeirində də yazıldığı kimi, KöNüLLƏRDƏ qərar tutmaqdır:
Könüllər yaşadır gur nəfəsini,
Sənsiz hər bir anın öz qüssəsi var.
Müqəddəs səsinin xatirəsini
Anlada bilərmi çağlayan çaylar?
üMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV beləcə bir millətin, böyük türk dünyasının, mütərəqqi bəşəriyyətin könül dünyasında öz əbədi yerini müəyyənləşdirdi. Onun ömür kitabından o qədər öyrənəcəklərimiz var ki... çünki belə insanların keçdiyi həyat yolunu öyrənmək həm şərəflidir, həm də zəruridir. Şərəflidir ona görə ki, tariximizin bir parçasıdır, zəruridir ona görə ki, bizdən sonra gələn nəsillərə də böyük ömrün səhifələrini çatdırmalıyıq. Bizdən sonra gələnlər də bilməlidirlər ki, Azərbaycanın dünyanın bütün hegemon dövlətləri ilə bir sırada dayanması, beynəlxalq qurumlara tamhüquqlu üzv olması, haqq səsimizin beynəlxalq kürsülərdən eşidilməsi birbaşa bu nəhəng siyasət adamının gecəli-gündüzlü apardığı mübarizəsinin nəticəsidir.
O, hər bir azərbaycanlının taleyində mühüm rol oynayıb. Məlumat üçün deyim ki, 1998-ci il avqust ayının 31-də 1970-1987-ci illərdə Azərbaycandan kənarda təhsil almış mütəxəssislərlə Azərbaycanın Ulu öndəri Heydər Əliyevin görüşü mənim taleyimin ən xoş anlarından biridir. 1981-ci ildə məhz Ulu öndərin xeyir-duası və göndərişi ilə Ukraynaya ali təhsil almağa göndərilənlərdən biri idim. Bu, əslində, bir millət ağsaqqalının vətəndaş qayğısı idi, gələcəyə hesablanmış qayğısı...
1969-2003-cü illər ölkəmizin şərəfli tarixi kimi hər bir Azərbaycan vətəndaşının yaddaşında əbədilik həkk olundu. Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə tariximizə yazılan hər səhifə yeni bir eradır. Neçə illərdir ki, yazılan tarix hələ Onun reallaşdırdığı inanılmaz işlərin tam siyahısı deyil. İndi bütün dünya etiraf edir ki, 1994-cü ilin oktyabr ayında Onun təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi” kimi nəhəng bir layihəni həyata keçirmək üçün ancaq Heydər Əliyev iradəsi lazım idi. O iradə ki, zaman-zaman insanların düşüncəsində əfsanəyə, nağıla çevrilənləri reallaşdırdı.
Azərbaycanın çoxillik neft strategiyasının hazırlanması və uğurla reallaşması, respublika idmanının inkişafı, dövlətimizin daxili və xarici siyasətinin uğurla həyata keçirilməsi ölkəmizdə alternativsiz Heydər Əliyev ideyalarının hakim olmasının nəticəsidir.
...İndi dünyanın hər yerindən bəşəriyyəti haqqa, ədalətə səsləyən bir səs də aydın eşidilməkdədir. Bu, Azərbaycan həqiqətlərinin səsi, bu həqiqətlərin carçısı olan Heydər Əliyevin səsidir. Onun fəth etdiyi zirvənin bir adı var: öLMƏZLİK! Biz zaman-zaman bu zirvəyə gedən yolun yolçuları olmaqla, əslində, Ulu öndər Heydər Əliyevin qurub-yaratdığı və bizlərə miras qoyduğu Azərbaycanın varlığını qoruyuruq.
Hələ bu dünyada tam öyrənilməmiş bir HEYDƏR ƏLİYEV İRSİ var. Bunu tək biz azərbaycanlılar demirik ki... Dünyanın siyasət nəhəngləri Heydər Əliyev dühasını həmişə yüksək qiymətləndiriblər. Bunlardan bir neçəsini misal çəkə bilərik:
Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Corc Buş: “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur”.
Türkiyə Respublikasının keçmiş prezidenti Əhməd Necdət Sezər: “Uzaqgörən və istedadlı idarəçiliyi sayəsində Azərbaycanın hər sahədə inkişaf etməsini və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin edən Heydər Əliyevi şəxsən tanıdığıma görə böyük şərəf və xoşbəxtlik hissləri keçirirəm”.
Rusiya Federasiyasının keçmiş prezidenti Vladimir Putin: “Onun vəfatı Müstəqil Dövlətlər Birliyi, bütün beynəlxalq birlik üçün əvəzsiz itkidir”.
Fransa Respublikasının keçmiş prezidenti Jak Şirak: “Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır”.
Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev: “Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün, Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi ücün çox işlər görmüşdür”.
Kraliça II Elizabet: “Heydər Əliyevin Azərbaycanın inkişafında və ölkələrimiz arasında əlaqələrin gücləndirilməsində əvəzsiz xidmətləri olmuşdur”.
Qırğızıstan Xalq yazıçısı çingiz Aytmatov: “Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularındandır”.
Bu sitatların sayını sonsuzluğa qədər uzatmaq olar. Budur HEYDƏR ƏLİYEV ölməzliynin dünya tərəfindən qəbul olunması. Budur beynəlxalq aləmin dəyər ölçüsü. Dünya zaman-zaman Heydər Əliyev təcrübəsinə, Heydər Əliyev böyüklüyünə qayıdacaq. çünki belə insanlar həmişə bəşəriyyətin istinad yeri olublar.
Və son olaraq, hələ də “Elegiya” şeirindəki ürəkləri sökən misraların təsiri altındayam:
Dağ idin, çiynimi dağlara verdim,
Dağların dərdini çəksə, dağ çəkər.
Sənə məhəbbətim dağlar qədərdi,
Yerini dağlardan soruşum bəlkə?
Əslində, bu yazı da Heydər Əliyevin fiziki yoxluğuna inanmayan bir insanın elegiyası idi. “Elegiya” şeirinin təsiri altında yazılan bu yazını Heydər ƏLİYEVin ruhuna bağışlayıram. Onun müqəddəs ruhu, bir millət atası olaraq, həmişə başımız üzərindədir, yenə həmişəki kimi, hamıdan və hər şeydən yüksəkdə.
Hörmətlə,
Qurban NƏZİROV
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, baş mühəndis, Respublikanın Əməkdar mühəndisi,
texnika elmləri namizədi
Xəbər lenti
Hamısına baxHadisə
01 Noyabr 18:22
Dünya
01 Noyabr 17:41
Dünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

