Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin məlumatı

Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin məlumatı

18.12.2009 [09:28]

Son günlər bir sıra mətbuat orqanlarında guya Naxçıvanda 3 jurnalistin zorakılığa məruz qalaraq təhqir olunması və döyülməsi barədə yanlış məlumatlar yayılmışdır. Həmin məlumatlarda “Qeyri-Hökumət Təşkilatının İnkişaf Resurs Mərkəzi” İctimai Birliyinin və “Azadlıq radiosu”nun Azərbaycan xidmətinin əməkdaşları olan İlqar Nəsibovun, Vəfadar Eyvazovun və Elman Abbasovun dekabrın 15-də Naxçıvan Dövlət Universiteti ərazisində guya korrupsiya əleyhinə həyata keçirdikləri monitorinq zamanı zorakılığa məruz qaldıqları iddia olunur. Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyi bildirir ki, reallığı əks etdirməyən bu məlumatın yoxlanılmadan kütləvi informasiya vasitələrinə ötürülməsi maraqlı qüvvələrin yeni təxribatçılıq əməllərinin tərkib hissəsidir. Əvvəlcə onu qeyd edək ki, “Qeyri-Hökumət Təşkilatının İnkişaf Resurs Mərkəzi” İctimai Birliyi kimi təqdim edilən mərkəz, eləcə də RATİ (Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu) muxtar respublikada müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyərək qanunsuz fəaliyyət göstərirlər. Onların dəfələrlə həyata keçirdikləri belə tədqiqatlar sadəcə olaraq ictimaiyyətin çaşdırılmasına xidmət edir və dekabrın 14-15-də Naxçıvan Dövlət Universitetində aparılmasına cəhd göstərilən “monitorinq” də bunun daha bir ifadəsidir. Monitorinqlərin keçirilməsi müəyyən qaydalara əsaslanır. Aydın olmuşdur ki, adı çəkilən şəxslər Naxçıvan Dövlət Universitetində “monitorinq” adı altında öz niyyətlərini gizli şəkildə həyata keçirməyə çalışmışlar. Belə ki, dekabrın 14-də dörd nəfər naməlum şəxs özlərini təqdim etmədən tələbələrə yaxınlaşaraq onlara müxtəlif vərəqələrə imza atmağı təklif etmişlər. Tələbələr tərəfindən ciddi etiraz və sərt reaksiya ilə üzləşən bu şəxslərdən universitet ərazisini tərk etmələri tələb olunmuşdur. Onlar nalayiq ifadələrlə universitet əməkdaşlarını və tələbələri təhqir edib, oradan uzaqlaşmışlar. Dekabrın 15-də həmin şəxslərdən ikisi yenə də universitet ərazisində peyda olmuş və “monitorinq” adı ilə təxribatçı hərəkətləri davam etdirmişlər. Onlara universitet rəhbərliyindən rəsmi icazə alınmasının zəruri olduğu izah edilsə də, həmin şəxslər bundan imtina etmiş və bu tədbirin Norveçin Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirildiyini və keçirildiyini bildirmişlər. Lakin onlara icazənin mütləq olması vacibliyi bildirilmiş və ərazidən çıxarılmışlar. Bu şəxslərin müəyyən qruplar tərəfindən basqına məruz qalıb döyülməsi isə ağ yalandır. Yuxarıda qeyd olunanlar dekabrın 15-də informasiya vasitələrində yayılan məlumatın dezinformasiya olduğunu bir daha təsdiqləyir. Tutduğu mövqeyi ilə Naxçıvanda özünü bədnam etmiş, şəxsi evində Resurs Mərkəzinin ofisini yerləşdirən İlqar Nəsibovun və mərkəzin fəalı Vəfadar Eyvazovun praktikasında belə hallar birinci hadisə deyildir. özlərinin naxçıvanlı olduğunu, bu torpağın nemətləri ilə yaşadıqlarını unudan, ağalarının pul kisəsi xatirinə hər şeyi satmağa hazır olan bu şəxslərin əməlləri işgüzar ali məktəb həyatında gərginlik yaratmağa yönəldilmişdir. İlqar Nəsibov tələbələrə elə belə də demişdir: “Biz də vətənə xəyanət edərək pul qazanırıq”.
Bir sıra informasiya orqanlarının hadisələri dərhal və yoxlanılmamış şəkildə işıqlandırması bunun əvvəlcədən planlaşdırıldığını və sağlam olmayan məqsədlərə xidmət etdiyini göstərir.

Paylaş:
Baxılıb: 1152 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30