Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Gürcüstan parlamentinin sədri: Azərbaycan ilə strateji əməkdaşlıq bizim üçün çox vacibdir

Gürcüstan parlamentinin sədri: Azərbaycan ilə strateji əməkdaşlıq bizim üçün çox vacibdir

11.09.2019 [09:40]

Azərbaycan bizə dost və qonşu ölkədir. Eyni zamanda, bizim üçün vacib tərəfdaşdır. Azərbaycan ilə strateji əməkdaşlıq bizim üçün çox vacibdir. Mən bu əməkdaşlığın yüksək səviyyədə qorunub saxlanılması üçün əlimdən gələni edəcəyəm.
AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə müsahibəsində Gürcüstan parlamentinin sədri Arçil Talakvadze söyləyib.
Parlament sədri Azərbaycana rəsmi səfərinin planlaşdırıldığını bildirərək deyib: “Hazırda Gürcüstan parlamenti bir sıra vacib qanunlar üzərində işləyir. Gərgin iş qrafikimiz var. Biz seçki qanunvericiliyi sahəsində islahatlar həyata keçiririk və konstitusiyaya düzəliş edirik. Bu, bütün ölkə ərazisində ictimai müzakirələrin keçirilməsini tələb edir. Amma mən qonşu ölkələrə, o cümlədən Azərbaycana səfər planlaşdırıram. Regional əməkdaşlıq Gürcüstan üçün çox vacibdir və biz bu regionun bir hissəsiyik. Qonşu ölkələrlə strateji əməkdaşlığın yüksək səviyyədə qorunub saxlanılması üçün əlimdən gələni edəcəyəm”.

Paylaş:
Baxılıb: 531 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31