Hikmət Babaoğlu: Rəşid Hacılı azərbaycanlıya yaraşmayan bir hərəkət edib
14.09.2019 [10:28]
“Hər şeydən öncə deməliyəm ki, Rəşid Hacılı azərbaycanlıya yaraşmayan bir hərəkət edib. İkincisi, Rəşid Hacılı əgər doğrudan da hüquqşünasdırsa, o, ilk növbədə, bu cür addımların hüquqi məsuliyyət yaratmasından da xəbərsiz deyil”. Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. Millət vəkilinin sözlərinə görə, Azərbaycan xalqının mənəvi, əxlaqi dəyərləri var və Azərbaycan ziyalıları, Azərbaycanın ictimai fəal fərdləri, hər bir Azərbaycan vətəndaşı bu dəyərlərə hörmət etməyə borcludur. Hikmət Babaoğlu qeyd edib ki, heç kəs virtual məkanda fəaliyyətin hüquqla tənzimlənməsi sahəsində boşluq olduğundan sui-istifadə edərək özünü vətəndaşlıq məsuliyyətindən və vicdani məsuliyyətindən kənarda tutmamalıdır. Xüsusən az-çox Azərbaycan cəmiyyətində tanınan, şəxsiyyəti ictimailəşmiş insanlar özlərinin vətəndaşlıq məsuliyyəti ilə bərabər, mütləq ictimai məsuliyyəti də hiss etməlidirlər.
Baş redaktor vurğulayıb ki, Azərbaycanın media institutu Azərbaycan xalqının informasiya sahəsində maraqlarını müdafiə edən ön cəbhə əsgəri kimi çıxış edir və onların hamısını ümumiləşdirərək məqbul hesab edilməyən, qeyri-etik tərzdə təhqir etmək üçün özündə cəsarət tapan insan, demək ki, məsuliyyətli insan deyil: “Hələ-hələ əgər bu, hüquqşünasdırsa, demək, o, əslində heç hüquqi normaları və prinsipləri də bilmir və yaxud bilərəkdən onları heçə sayır. Ona görə də mən Rəşid Hacılının bu addımını qınayıram və əlbəttə ki, ən böyük qınağı da Rəşid Hacılı Azərbaycan media mənsublarından, Azərbaycan ictimaiyyət nümayəndələrindən, Azərbaycan cəmiyyətindən alacaqdır”.
Hikmət Babaoğlunun sözlərinə görə, biz bu gün dəyərlərimizi gözardı etməli deyilik, etik dəyərlərimizi, mənəvi dəyərlərimizi qorumalıyıq: “Çünki tarixin heç bir mərhələsində heç bir xalqın dəyərlərə indiki qədər ehtiyacı olmayıb. Onsuz da Rəşid Hacılının da vasitə kimi istifadə etdiyi sosial şəbəkələr məhz bu dəyərləri hədəfə götürüb, məhz bu dəyərləri sıradan çıxarır. Gərək Rəşid Hacılı qlobal imperializmin bu yumşaq güc silahına özünü belə asanlıqla təslim etməyəydi. Bu, çox təəssüf doğurur”.
Xəbər lenti
Hamısına baxDünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51

