“Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətidir”
19.09.2019 [09:27]
“Ümumiyyətlə, “Əsrin müqaviləsi” çox möhtəşəm layihədir. Artıq 25 ildir ki, “Əsrin müqaviləsi” imzalanıb. Əgər biz həmin dövrə nəzər salsaq, görərik ki, o zaman Azərbaycanda ictimai-siyasi vəziyyət çox ağır idi”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib.
YAP İcra katibinin müavini bildirib ki, vaxtilə “Əsrin müqaviləsi” imzalanandan sonra bir neçə dəfə dövlət çevrilişlərinə cəhdlər olundu: “Lakin buna baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin iradəsi və dünya ölkələrinin Ona olan etimadı sayəsində ən iri dövlətlər və şirkətlər Azərbaycanla bu müqaviləni imzaladı. Hətta ABŞ kimi bir dövlət bu müqavilənin qarantı rolunda çıxış etdi. Nəticə etibarilə, 25 il ərzində digər dövlətlərin yüz ilə keçdiyi yolu məhz Azərbaycan dövləti “Əsrin müqaviləsi”ndən əldə etdiyi nəticələr hesabına əldə etdi. Bu müqavilənin yerinə yetirilməsi nəticəsində Azərbaycanın nəqliyyat dəhlizinə çevrilməsi, Azərbaycandan digər ölkələrə enerji resurslarının daşınması kimi böyük irəliləyişlər hər bir kəsin gözü önündədir.
Bu gün Azərbaycanda 3 mindən artıq məktəb tikilib, yollar çəkilib, körpülər salınıb, 600-dən artıq diaqnostika mərkəzləri, xəstəxanalar tikilib, 40-dan artıq Olimpiya Kompleksləri və digər idman meydançaları tikilib istifadəyə verilib. Eləcə də sosial sahədə xeyli inkişaf mövcuddur. Bu gün xeyli sayda tələbələrimiz bu “Əsrin müqaviləsi” sayəsində xaricdə təhsil alıb və Azərbaycana qayıdaraq mütəxəssis kimi çalışırlar. Azərbaycanda abadlıq, quruculuq işləri geniş vüsət alıb. Amma görürsən ki, bəziləri bu müqaviləni xülya adlandırırdı, imzalanmasını istəmirdilər və gələcəyə saxlayırdılar. Gələcək isə göstərdi ki, ayrı-ayrı dövlətlərdə enerji resurslarından düzgün istifadə etməmək həmin ölkələrə bəla gətirdi. Lakin Ümummilli Liderin düzgün müəyyənləşdirdiyi strategiya və Prezidentimiz tərəfindən həyata keçirilən siyasət Azərbaycan xalqının maraqlarına xidmət edir, ölkəmizə kifayət qədər gəlirlər gətirir. Məhz bunun nəticəsində neft kapitalı Azərbaycanda insan kapitalına çevrilib”.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35

