Deputat: Azərbaycanın MDB-yə daxil olmasını zəruri edən səbəblər vardı
21.09.2019 [10:13]
20 sentyabr tarixi həm də 1993-cü ildə Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə (MDB) qoşulması haqqında qərar qəbul etdiyi gündür. Heç şübhəsiz ki, bu, Azərbaycanın ən yeni siyasi tarixində mühüm günlərdən biri kimi yadda qalmışdır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycanın MDB-yə daxil olmasını zəruri edən bir çox səbəblər vardır. Bunlar həm iqtisadi-siyasi, həm də mədəni-humanitar sektorla əlaqəli idi. Çünki Azərbaycanın da aid olduğu vahid siyasi məkanda keçmişdə özünəməxsus ortaq münasibətlər sistemi formalaşmışdı və postsovet məkanında yaranan yeni bir təşkilatlanmada Azərbaycanın iştirak etməməsi onu məhz bu mühüm əlaqələrdən məhrum edə bilərdi.
“Üstəlik, Azərbaycan 1993-cü ildən sonra çoxvektorlu və praqmatik xarici siyasət həyata keçirməsini müəyyənləşdirmiş, istər Qərblə, istər digər geostrateji rayonlarda yerləşən müstəqil dövlətlərlə öz münasibətlərini milli maraqlarımıza uyğun olaraq tənzimləmə məqsədini qarşısına qoymuşdu. Belə olan halda, heç şübhəsiz ki, MDB ölkələri ilə münasibətlərin də məhz yüksək səviyyədə olması dövlətçilik maraqlarımız baxımından aktual idi”, - deyə Hikmət Babaoğlu bildirib.
Baş redaktor qeyd edib ki, bütün bunlarla yanaşı, Azərbaycanın qarşısında duran bir sıra problemlər də vardı: “Onlardan biri Xəzər dənizinin karbohidrogen ehtiyatlarının istismarı idi. Azərbaycanın iqtisadi gələcəyini təmin etmək məqsədilə enerji resurslarının istismarını həyata keçirmək üçün mütləq beynəlxalq müqavilə imzalanmalı idi. Həmin sənəd bir il sonra sentyabrın 20-də imzalandı. Əlbəttə ki, Xəzəryanı ölkələrlə, xüsusilə Rusiya, Qazaxıstan və digər MDB ölkələri ilə münasibətlər yüksək səviyyədə olmasaydı, həm “Əsrin müqaviləsi”nin imzalanmasında, həm də regional inteqrasiya ilə bağlı digər addımların atılmasında çətinlik yarana bilərdi”.
Hikmət Babaoğlu xatırladıb ki, sözügedən qərardan sonra sentyabrın 24-də böyük dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin Moskvaya səfəri, MDB üzvü olan dövlətlərin Dövlət Başçıları Şurasının iclasında iştirakı, orada apardığı danışıqlar Rusiya-Azərbaycan münasibətlərinə yeni dinamizmin gəlməsini, qarşılıqlı etimadın yaranmasını şərtləndirdi. Bu qərar, eyni zamanda, Azərbaycana sosial-iqtisadi və digər sahələrdə öz siyasətini həyata keçirmək üçün yeni imkanlar yaratdı. Millət vəkili qeyd edib ki, Azərbaycan bu gün yaxın keçmişimizdə qəbul etdiyi həm bu, həm də digər düzgün tarixi qərarlar sayəsində regionun və bütövlükdə Avropa siyasi coğrafiyasının ən mühüm aktorlarından birinə çevrilibdir.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

