Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən dövlətə çevrilib

Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən dövlətə çevrilib

24.09.2019 [09:19]

Ekspertlər hesab edirlər ki, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəsləyir və bu, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini göstərir
Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq olunması və hədəflənən nəticələrin əldə olunması, siyasi, hüquqi və sosial-iqtisadi islahatların davamlı olaraq həyata keçirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Bütövlükdə, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib.
Bütün bunların nəticəsidir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir. Təsadüfi deyil ki, ictimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini göstərir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, neftdən gələn gəlirlərdən səmərəli istifadə olunması nəticəsində Azərbaycan qüdrətli, özünü təmin edən dövlətə çevrilib. Müasir müstəqil Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, bütün sahələrdə qazanılan parlaq nailiyyətlər ölkəmizin qarşısında yeni perspektivlər açır. S.Fətəliyeva bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət qarşıya qoyulan strateji əhəmiyyətli hədəflərə çatmağa imkan verir, ölkənin sosial-iqtisadi inkişafının davamlılığını təmin edir. Həmçinin aşağı səviyyədə saxlanan dövlət borcu ümumi daxili məhsulun cəmi 19 faizini təşkil edir, valyuta ehtiyatlarımız isə xarici borcumuzdan beş dəfə artıqdır. Onun sözlərinə görə, xüsusilə də neft gəlirlərinin strateji sahələrə yönəldilməsi nəticəsində milli iqtisadiyyatın dinamik inkişafı təmin edilib, qeyri-neft sektorunun tərəqqisinə nail olunub. Bir sözlə, 20 sentyabr 1994-cü il tarixində “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanan yeni neft strategiyası Azərbaycanın sürətli inkişafına şərait yaradıb. Neftdən gələn gəlirlərdən səmərəli istifadə olunması nəticəsində ölkədə geniş abadlıq-quruculuq işləri aparılıb, paytaxt Bakının və regionlarımızın siması müasirləşib, əhəmiyyətli dərəcədə dəyişilib, yüksək infrastruktur təminatı yaradılıb, ölkənin maliyyə imkanları və valyuta ehtiyatları artıb və Azərbaycan qüdrətli, özünü təmin edən dövlətə çevrilib. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, bu gün Azərbaycan yolları keyfiyyətinə görə dünya miqyasında 34-cü yerdədir. Qazlaşdırma 96 faizdir, əhalinin 75 faizi isə daimi içməli su ilə təmin edilir və bu proses davam etdirilir. Sosial infrastruktur tamamilə yenidən qurulub, 3200-dən çox məktəb, 640-dan çox xəstəxana tikilib və təmir olunub.
“Ötən müddət ərzində Azərbaycanda güclü sosial siyasət həyata keçirilib, vətəndaşlar dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunub. Ölkəmizdə inqilabi xarakterli sosial islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yaxşılaşması üçün həyata keçirdiyi işlərin miqyası getdikcə genişlənir. Yüz minlərlə köçkünə yeni evlər, şəhid ailələrinə, müharibə veteranlarına isə güzəştlər, müavinətlər, mənzillər, minik avtomobilləri verilib. Bütövlükdə, dövlət başçısının rəhbərliyi altında aparılan islahatlar ölkəmizin “Doing Business 2019” hesabatında yeni rekorda imza artmasına imkan yaradıb. Azərbaycan 10 ən islahatçı ölkə siyahısında qərarlaşıb və MDB ölkələri arasında lider mövqe tutur. Dünyada etibarlı tərəfdaş kimi tanınan, praqmatik xarici siyasət həyata keçirən Azərbaycan, eyni zamanda, beynəlxalq əməkdaşlıq, enerji sahəsində böyük uğurlar əldə edib. Azərbaycanın liderliyi və təşəbbüsü ilə mühüm enerji, nəqliyyat-kommunikasiya layihələri həyata keçirilir, yeni əməkdaşlıq platformaları yaradılır. Beynəlxalq münasibətlər sistemində güc mərkəzləri kimi xarakterizə edilən subyektlər - milli dövlətlər respublikamızla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdırlar. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursunun real nəticələridir”, - deyə S.Fətəliyeva vurğulayıb.
“Prezident İlham Əliyevin siyasətinin əsasında insan amili dayanır”. Bu fikri isə Milli Məclisin deputatı İlham Məmmədov deyib. Millət vəkili qeyd edib ki, sosial siyasət həmişə dövlətimizin başçısının siyasətinin əsas prioritet istiqamətlərindən olub: “Görülən işlər, qarşıya qoyulan məqsədlər, hədəflər, ölkənin iqtisadi, siyasi gücünün artması son nəticədə insan amilinin inkişafına, insanlarımızın azad və firavan yaşamasına hesablanıb”.
Onun sözlərinə görə, Azərbaycanda islahatlar uğurla davam etdirilir: “Bu gün dünya dəyişir. Artıq elə bir zaman gəlib ki, haqsız haqlıya güc gəlir, güclü gücsüzə zor tətbiq edir və bütün bunlar beynəlxalq müstəvidə bir gərginlik yaradıb. Belə bir vəziyyətdə ölkəni qorumaq, inkişaf etdirmək və bütün bu inkişafın nəticəsini məhz insan amilinə yönəltmək, əlbəttə ki, bir qəhrəmanlıq nümunəsidir, xalqına, millətinə böyük sevgidən irəli gələn bir amildir”.
İ.Məmmədov söyləyib ki, Prezident İlham Əliyev ölkə vətəndaşlarına böyük qayğı ilə yanaşır: “Cənab Prezidentin şəhid ailələri ilə görüşü, şəhid vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi, pensiyaların artırılması, minimum əməkhaqqının yaşayış minimumuna çatdırılması insanlarımızın sosial rifahının daha da yüksəlməsinə mühüm təsir edəcək, gələcəkdə sosial-pensiya təminatının yaxşılaşmasına xidmət edəcək. Bunlar kiçik məsələlər deyil”.
İ.Məmmədov deyib ki, bütün bu tədbirlərin həyata keçirilməsi Azərbaycanın iqtisadi inkişafı sayəsində mümkün olur: “Möhtərəm Prezidentimizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf edir və hər bir vətəndaş bu inkişafdan bəhrələnir, çünki bütün siyasətin əsasında insan amili dayanır”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 597 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31