/ / Hikmət Babaoğlu: “Şimal-Cənub” dəhlizi Azərbaycanı bu istiqamətdə mühüm nəqliyyat qovşağına çevirir
Hikmət Babaoğlu: “Şimal-Cənub” dəhlizi Azərbaycanı bu istiqamətdə mühüm nəqliyyat qovşağına çevirir
25.09.2019 [09:33]
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi olduqca strateji bir layihədir. Layihə Azərbaycanı bu istiqamətdə mühüm nəqliyyat qovşağına çevirir. Diqqət yetirsək görərik ki, mürəkkəb regionda geostrateji qütblər arasında münasibətlərin daha da kəskinləşdiyi bir vaxtda Azərbaycan məhz burada körpü rolunu oynamaqla özünün milli maraqlarını təmin edir.
Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Deputat qeyd edib ki, Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin mühüm həlqəsi olmaqla, həm iqtisadi, həm də strateji maraqlarını həyata keçirmək üçün siyasi dividendlər qazanır. Hindistanın Mumbai limanından İranın Bəndər-Abbas limanına qədər gələn yolun davamı kimi Qəzvin-Rəşt-Astara yolu ilə daşınan yüklərin Rusiya Federasiyasına, oradan isə Avropanın şimalındakı ölkələrə qədər ötürülməsi, heç şübhəsiz ki, nəqliyyat-kommunikasiya tarixində yeni bir hadisə kimi qiymətləndiriləcək.
Hikmət Babaoğlu bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi istiqamətində çox böyük həcmdə yük daşımaları var. Bu yük daşımaları, əsas etibarilə, Süveyş kanalı üzərindən həyata keçirildiyi üçün 45-60 gün ərzində təyinat nöqtəsinə çatdırıla bilir. Lakin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi işə düşdükdən sonra bu müddət cəmi 14-20 gün olacaq ki, bu da yeni nəqliyyat dəhlizini olduqca cəlbedici bir dəhlizə çevirəcək. Çünki bu dəhliz, sadəcə, müddət baxımından deyil, həm də onun ətrafında olan siyasi-inzibati coğrafiyada ümumi təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Əlbəttə ki, Azərbaycan 2005-ci ildən bu layihəyə qoşulduqdan sonra onun çox fəal iştirakçısına çevrilib. Hətta Qəzvin-Rəşt-Astara avtomobil yolunun çəkilməsi ilə bağlı kredit ayrılıb. 2018-ci ildə İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfərindən sonra bir daha Azərbaycan və İran prezidentləri arasında bu məsələnin müzakirə olunaraq təqdir edilməsi onu göstərir ki, layihə təkcə nəqliyyat-kommunikasiya layihəsi deyil, həm də qonşu dövlətlə ikitərəfli münasibətlərin inkişafına yeni impulslar verəcək bir layihədir.
Hikmət Babaoğlu qeyd edib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Şərq-Qərb” Nəqliyyat Dəhlizindən sonra Azərbaycanın “Şimal-Cənub” Nəqliyyat Dəhlizi üzərində mühüm qovşağa çevrilməsi ölkəmizin mürəkkəb strateji regionda nüfuzunu artırmaqla yanaşı, həm də iqtisadi maraqlarını təmin etmiş olacaq.
Xəbər lenti
Hamısına baxDünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51

