“Virtual dünyanın sakinləri”, xalqın gözü tərəzidir!
03.10.2019 [09:39]
Bu, bir həqiqətdir ki, ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların, müasirləşmənin, uğurlu xarici siyasətin və pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı və təminatçısı Prezident İlham Əliyevdir. Digər həqiqət isə ondan ibarətdir ki, möhtərəm Prezidentimizin qazandığı bütün uğurların kökündə Heydər Əliyev siyasətinə sadiqlik və onun dünyanın yeni geosiyasi reallıqları kontekstində kreativ və innovativ yanaşmalarla davam etdirilməsi kursu dayanır. Azərbaycan son 16 il ərzində məhz Prezident İlham Əliyevin məqsədyönlü, sistemli, düşünülmüş və müdrik siyasəti sayəsində sabitlik və təhlükəsizlik adasına çevrilmişdir. Xalq öz Prezidentinə inanır və Onu dəstəkləyir. Prezident də ayrı-ayrı beynəlxalq siyasi dairələrin və dövlətlərin diktəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn bir müstəqil siyasət həyata keçirir. İqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi şərtləndirir. Azərbaycanı milli dövlətçilik maraqlarımıza uyğun gəlməyən heç bir beynəlxalq kampaniya və macəralara cəlb etmək mümkün deyildir. Elə bu səbəbdən də dövlətimiz və onun rəhbəri cənab İlham Əliyev müxtəlif anti-Azərbaycan qüvvələrin hədəfindədir. Həmin qüvvələri şərti olaraq 3 qrupa bölmək olar:
1. Dünyadakı erməni diasporu və lobbisi;
2. Ermənistan Respublikası;
3. Ermənipərəst siyasi dairələr.
Burada birinci və ikincilər əsasən sifarişçi, sonuncu isə daha çox icraçı funksiyasını həyata keçirirlər. Təəssüf hissi ilə qeyd edirik ki, ermənipərəst siyasi dairələr öz təsir orbitlərinə xaricdə məskunlaşmış və özünü azərbaycanlı kimi təqdim edən bəzi “virtual dünyanın sakinləri”ni də cəlb edə biliblər. Elm, savad və təhsil baxımından kasad olan bu adamlar bir sahədə, sözün həqiqi mənasında, inhisarçıdırlar. Enerjidə monopolist Günəş olduğu kimi, söyüş və təhqir meydanının da mübaliğəsiz hökmranları məhz onlardırlar. Qarşıdakı zaman kəsiyində isə onların daha da fəallaşacaqları - çirkli oyunları, qarayaxmaları, yalan və iftiranı xüsusi canfəşanlıqla işə salacaqları proqnozlaşdırılandır. Səbəbi də bəllidir. Yaxın perspektivdə ölkəmiz 3 mühüm siyasi tədbirə ev sahibliyi edəcəkdir. Oktyabr ayı ərzində Bakı şəhəri həm Türk Şurasının, həm də Qoşulmama Hərəkatına üzv olan ölkələrin dövlət və hökumət başçılarının Zirvə görüşlərinin keçiriləcəyi məkana çevriləcəkdir. Dekabr ayında isə ölkəmizdə növbəti mühüm siyasi tədbir - bələdiyyə seçkiləri keçiriləcəkdir. Ölkəmiz yenidən dünyanın diqqət mərkəzində olacaqdır.
Yəqin ki, “demokratiya aşiqləri” bu mövqeyimizlə razılaşmayıb, özünü milli təəssübkeş, vətənpərvər, humanist, “qırğı” deyil, məhz “sülh göyərçini” libasında təqdim edəcək və bizi özlərinəməxsus “ərkan”la ittiham edəcəklər. Üzümü xaricdə məskunlaşan “virtual müxalifət”ə tutub deyirəm: Doğrudan da, sizdə milli təəssübkeşlik hissi azca da olsa qalıbsa, doğrudan da, xəyanət və dönüklük yolundan imtina qərarınız vardırsa, onda milli mənafe, səfərbər olunmuş cəmiyyət, vətəndaş həmrəyliyi, bir sözlə, ölkəmizdə davamlı sabitlik və təhlükəsizlik mühitinin qorunması naminə aşağıdakı addımlara imza atın:
- İşğalçı dövlətin baş naziri Nikol Paşinyanın Avropa dövlətlərinə səfərləri zamanı onun görüşlər keçirdiyi məkan və auditoriyalar qarşısında Ermənistanın aqressiv siyasətini ifşa edən piket və mitinqlərin təşkil edilməsi;
- Analoji mitinqlərin mütəmadi olaraq Ermənistanın xarici ölkələrdəki səfirlikləri qarşısında keçirilməsi;
- Xarici ölkələrin media qurumlarında, sosial şəbəkələrdə, xüsusən də “youtube” kanalında Ermənistanın terrorizmi, separatizmi və radikalizmi müdafiə siyasətinin ifşa edilməsi, Xocalıda soyqırımı aktı həyata keçirməsi haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması siyasətinə dəstək verilməsi və s.
Unutmayın, xalqın gözü tərəzidir.
Elman Nəsirov,
Azərbaycan Respublikası Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Beynəlxalq Əlaqələr
komissiyasının katibi, siyasi
elmlər doktoru, professor
Xəbər lenti
Hamısına baxDünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09

