Bakıda “Türk Şurası: Naxçıvan Sazişinin 10 illik yubileyi” mövzusunda konfrans keçirilib
04.10.2019 [09:23]
Oktyabrın 3-də Bakıda “Türk Şurası: Naxçıvan Sazişinin 10 illik yubileyi” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən konfransda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv və müşahidəçi ölkələrdən nümayəndələr, rəsmi şəxslər, deputatlar, “beyin mərkəzləri”nin rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, türkdilli dövlətlərin vahid təşkilatda birləşməsi ideyası hələ XIX əsrin sonlarında yaranmışdı. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra bu ideya reallığa çevrilməyə başladı. Hazırda ortaq tarix və ədəbiyyat kitablarının yaradılması barədə qərar qəbul edilib.
Fərid Şəfiyev qeyd edib ki, iqtisadi sahədə əməkdaşlıq Türk Şurası üçün xüsusi əhəmiyyət kəsb edir. Lakin türk dövlətləri arasında ticarətin həcmi istənilən səviyyədə deyil. Turizm təkcə iqtisadi sahə deyil, eyni zamanda, mədəni əlaqələrin inkişafı üçün bir vasitədir və Türk Şurasına üzv dövlətlər bu sahənin inkişafına xüsusi diqqət ayırmalıdırlar.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Fərid Şəfiyev bildirib ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında maddi-mədəniyyət nümunələrini dağıdırlar. Şuraya üzv dövlətlər bu məsələdə də birgə mövqe nümayiş etdirməlidirlər. Çünki bu abidələr türk xalqlarının ortaq dəyərləridir.
Türk Şurasının Baş katibinin müavini İsmət Gözəlov deyib ki, Türk Şurası müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verir. İndiyədək keçirilən görüşlərin mövzusu fərqli sahələri əhatə edib. Şuranın fəaliyyəti digər beynəlxalq təşkilatların fəaliyyəti ilə uzlaşır. Bu il üzv ölkələrin birgə Ticarət və Sənaye Palatası yaradılıb. Hazırda birgə İnvestisiya Fondunun yaradılması barədə fikir mübadiləsi aparılır.
Xarici İşlər nazirinin müavini Ramiz Həsənov bildirib ki, Türk Şurası üzv dövlətlər arasında münasibətlərin genişləndirilməsi baxımında əhəmiyyətli platformadır. Şura türk xalqlarının ortaq mədəniyyətinin və irsinin qorunmasında mühüm rol oynayır. Tarixi İpək Yolunun canlandırılması iqtisadi sahədə əməkdaşlığımızın prioritetlərindən birini təşkil edir. Nazir müavini Naxçıvan Sazişinin türk dövlətləri arasında münasibətlərin möhkəmlənməsinə bundan sonra da böyük töhfələr verəcəyinə əmin olduğunu bildirib.
Sonra Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Türkiyə Xarici İşlər Nazirliyi, Macarıstan Xarici Əlaqələr və Ticarət İnstitutu və Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar İnstitutu arasında anlaşma memorandumları imzalanıb.
Tədbir “Türk Şurasının institutlaşmasının qarşısındakı problemlər və perspektivlər” və “Üzv dövlətlər arasında əməkdaşlığın perspektivləri” mövzularında panel iclaslarla davam edib.
Birinci paneldə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi Fondun fəaliyyəti, gördüyü işlər barədə ətraflı danışıb. Bildirib ki, Fond qısa zaman ərzində türk dünyasının mədəniyyətini, zəngin tarixini, milli-mənəvi dəyərlərini əhatə edən müxtəlif layihələrə imza atıb.
Günay Əfəndiyeva vurğulayıb ki, hazırda dünyadakı qeyri-sabitliyə qarşı birgə mübarizə aparılmalıdır. Müasir keşməkeşli dünyada fikir, təcrübə mübadilələrinə ciddi ehtiyac var. Qədim tarixi, böyük mədəni irsi var olan türk xalqları hər zaman sülhün və maariflənmənin tərəfdarı olublar.
Konfrans müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55

