/ / Bişkekdə Azərbaycan-Qırğızıstan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının üçüncü iclası keçirilib
Bişkekdə Azərbaycan-Qırğızıstan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının üçüncü iclası keçirilib
10.10.2019 [09:49]
Bişkekdə Azərbaycan-Qırğızıstan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının üçüncü iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan tərəfdən komissiyanın həmsədri, Baş Nazirin birinci müavini Yaqub Eyyubovun, Qırğızıstan tərəfdən komissiyanın həmsədri, Baş Nazirin birinci müavini Kubatbek Boronovun rəhbərliyi ilə nümayəndə heyətləri iştirak edib.
İclasda ticari-iqtisadi, tranzit-nəqliyyat daşımaları, kommunikasiya sahəsində qarşılıqlı fəaliyyət, mədəni-humanitar istiqamətdə əlaqələrin indiki vəziyyəti və perspektivləri müzakirə olunub.
Yaqub Eyyubov iki ölkə arasında iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsi üçün səy göstərməyin vacibliyini bildirib. O deyib: “Ölkələrimiz arasındakı səmimi dostluq münasibətləri, mənəvi və mədəni yaxınlıq bizi bir-birimizə sıx bağlayır. Bugünkü görüş dövlətlərimiz arasında ikitərəfli əlaqələrin gələcək inkişafına təkan verəcək”.
Kubatbek Boronov iki ölkə arasında siyasi sahədə əlaqələrin inkişaf etdiyini bildirib. O deyib ki, apardığımız yüksək səviyyəli danışıqlar ikitərəfli əlaqələrin getdikcə daha da möhkəmlənəcəyini sübut edir. Özəl bölmənin və biznes dairələrinin nümayəndələri arasında əlaqələr gücləndirilməlidir. Sərmayə qoyuluşu, ticari-iqtisadi missiyalar, biznes forumlar, sərgilər vasitəsilə daha geniş əlaqələr yaradılması vacibdir. Baş Nazirin birinci müavini təklif edib ki, 2020-ci ildə biznes forum keçirilsin. O, Azərbaycan tərəfini gələn il İssık-Kulda keçiriləcək beynəlxalq turizm sərgi-yarmarkasına dəvət edib.
Həmsədrlər ikitərəfli əməkdaşlığın bütün sahələrində əlaqələrin mühümlüyünü vurğulayıblar.
Sonda Azərbaycan-Qırğızıstan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının üçüncü iclasının Protokolu imzalanıb.
İclasda Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov da iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 19:38
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:35
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38

