/ / Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
16.11.2019 [10:01]
Noyabrın 15-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov ABŞ-ın Montana Ştatı Senatının Sədri Raymond Skot Seylsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, spiker qonaqların Dünya dini liderlərinin II Bakı Sammitində iştirakını yüksək dəyərləndirib. Qeyd edib ki, dünyada multikulturalizm mərkəzlərindən birinə çevrilmiş Azərbaycan tolerant ölkə kimi tanınır.
Milli Məclisin Sədri ümidvar olduğunu bildirib ki, səfər müddətində qonaqların Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, multikulturalizm mühiti, uğurlu neft strategiyası, regionda həyata keçirilən böyük strateji layihələr, ölkəmizin üzləşdiyi çətinliklər və qonşu Ermənistanın silahlı qüvvələri tərəfdən torpaqlarımızın 20 faizinin işğal olunması barədə əldə edəcəkləri məlumatlar onların respublikamız barədə biliklərinin daha da zənginləşməsinə töhfə verəcək.
Ölkəmizin təkcə federal səviyyədə deyil, ABŞ-ın ştatları ilə də münasibətlərin inkişafına böyük maraq göstərdiyini bildirən Oqtay Əsədov deyib: “Biz əməkdaşlığımızın bu formatını gələcəkdə də dərinləşdirmək niyyətindəyik. Hesab edirik ki, bu səfəriniz təmsil etdiyiniz ştatlarla Azərbaycan arasında əlaqələrin genişlənməsinə təkan verəcək”.
Azərbaycan-ABŞ münasibətlərinin dərin tarixi köklərinin olduğunu vurğulayan Milli Məclisin Sədri bu əlaqələrin hələ XX əsrin əvvəllərindən inkişaf etməyə başladığını qeyd edərək deyib: “Bu gün Azərbaycan ilə ABŞ arasındakı münasibətlər öz dinamikliyi ilə fərqlənir. ABŞ Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Diplomatik münasibətlərimizin 28 illik tarixi vardır. O zamandan bəri ölkələrimiz arasında əlaqələr daim inkişaf edir və genişlənir. Bunu qarşılıqlı olaraq həyata keçirilən səfərlərin sayına nəzər saldıqda da görmək olar. Ümumiyyətlə, son illər ABŞ-dan ölkəmizə müxtəlif səviyyələrdə səfərlərin həyata keçirilməsi ənənəvi hal alıb.
Ölkələrimiz arasında mövcud olan fəal siyasi dialoq iqtisadi sahəyə də öz təsirini göstərir. Bu günədək ABŞ şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına 14 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb. Ölkəmiz qlobal neft və qaz layihələrinin reallaşmasında həmişə ABŞ-ın dəstəyini hiss edib. Biz ABŞ-la mədəni-humanitar əlaqələrimizi də inkişaf etdirməkdə maraqlıyıq”.
Parlament diplomatiyasının önəmini vurğulayan Oqtay Əsədov Milli Məclisdə və ABŞ Konqresində dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. Hər iki ölkənin qanunverici orqanları arasında uğurlu əməkdaşlıqdan, qarşılıqlı səfərlərin əhəmiyyətindən söz açan spiker ABŞ ştatlarının qanunverici orqanları ilə əlaqələrimizin dərinləşməsini vacib hesab etdiklərini bildirib.
Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Milli Məclisin Sədri Azərbaycanın problemin beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdar olduğunu vurğulayıb. Qeyd edilib ki, ATƏT-nin Minsk Qrupunun həmsədrlərindən biri kimi ABŞ problemin həllinə öz töhfəsini verə bilər. Spiker ABŞ-ın 20-dən çox ştatının Xocalı soyqırımına münasibət bildirdiyini qeyd edərək, digər ştatlar tərəfindən də müvafiq addımların atılacağına inandığını bildirib.
Səmimi qəbula görə minnətdarlığını bildirən Raymond Skot Seyls Dünya dini liderlərinin II Sammitində iştirak etmək üçün ölkəmizdə səfərdə olduqlarını söyləyib. Qonaq səfər çərçivəsində keçirdikləri görüşlərdən və xalqımızın qonaqpərvərliyindən məmnun qaldıqlarını deyib. Bildirib ki, səfərdə iştirak edən nümayəndə heyətinin tərkibində ABŞ-ın dörd ştatının təmsilçiləri olub. Səfər Azərbaycanın mədəniyyəti, tarixi, keçdiyi inkişaf yolu, qarşılaşdığı problemlərlə yaxından tanış olmaq üçün yaxşı imkanlar yaradır.
Montana Ştatı Senatının Sədri Milli Məclislə ABŞ ştatlarının qanunverici orqanları arasında əməkdaşlığın genişləndirməsinin önəmini qeyd edib. Vurğulayıb ki, təkcə federal səviyyədə deyil, ştatlar səviyyəsində də Cənubi Qafqazın bu bölgəsi ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına böyük maraq var.
Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09

