Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin Diyanət İşləri başqanı ilə görüşüb
19.11.2019 [10:13]
Noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Erbaş ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasına səfərinə görə Türkiyənin Diyanət İşləri Başqanına təşəkkür edərək deyib: “Naxçıvan İslamın qapısıdır. Ona görə ki, İslam Naxçıvanda könüllü qəbul olunmuş, dini dəyərlərimiz qorunub yaşadılmışdır. Bu gün muxtar respublikada 211 məscid və 17 dini icma fəaliyyət göstərir, 240-a yaxın din xadimi vardır. Ötən dövrdə Naxçıvan Muxtar Respublikasında 80 məscid tikilmiş, 159 məscid isə yenidən qurulmuşdur. Həyata keçirilən tədbirlər İslam dininin olduğu kimi öyrədilməsi və təbliğinə imkan verir. Hazırda “Naxçıvan” Universitetində Dinşünaslıq ixtisası üzrə ali dini təhsilli kadrlar hazırlanır. Bu ixtisasın məzunları İslamın olduğu kimi öyrədilməsi ilə yanaşı, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində də səmərəli fəaliyyət göstərəcəklər”.
İslamda dini dözümlülük və tolerantlıq ənənələrinin yaşadılmasından, dini-mənəvi dəyərlərin olduğu kimi insanlara çatdırılması vacibliyindən danışan Ali Məclisin Sədri ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında bu sahədə görülən işlərin əhəmiyyətini qeyd edib, İslam elmi və dövlətçilik sahəsində böyük təcrübəsi olan Türkiyənin Diyanət İşləri Başqanına fəaliyyətində uğurlar arzulayıb.
Əli Erbaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Ali Məclisin Sədrinə çatdırıb.
Naxçıvan Muxtar Respublikasına ilk dəfə səfər etdiyini və bundan böyük məmnunluq duyduğunu ifadə edən Türkiyənin Diyanət İşləri Başqanı deyib: “Naxçıvanın adının Nuh peyğəmbərlə bağlı olması mühüm əhəmiyyətə malikdir. Ali Məclis Sədrinin rəhbərliyi ilə qədim və müqəddəs diyar Naxçıvanda bu gün əldə olunan inkişaf, ən əsası isə İslam dəyərlərinin qorunub yaşadılması sahəsində görülən işlər qürurvericidir”.
Muxtar respublikadakı sabitliyin nümunə olduğunu bildirən Əli Erbaş göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Ali Məclisin Sədri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlıq edib, onun da salamlarını Türkiyə Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.
Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.
Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz görüşdə iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

