/ / Ermənistan məsuliyyətdən yayınmağa, danışıqlar prosesini və münaqişənin əsl mahiyyətini təhrif etməyə çalışır
Ermənistan məsuliyyətdən yayınmağa, danışıqlar prosesini və münaqişənin əsl mahiyyətini təhrif etməyə çalışır
26.11.2019 [10:00]
Azərbaycanın ərazi bütövlüyünə qarşı gücdən istifadə edən və ölkəmizin ərazilərini işğal edən dövlət olaraq Ermənistan münaqişə tərəfi kimi bilavasitə məsuliyyət daşıyır
Azərbaycanın xarici siyasət kursunun ən mühüm strateji prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllidir. Ölkəmiz bu istiqamətdə qətiyyətli mövqe nümayiş etdirir, prinsipial siyasətini davam etdirir. Bu mövqe ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır.
Ümumiyyətlə, Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparır. Ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Azərbaycanın qətiyyətli mövqeyinin fonunda beynəlxalq müstəvidə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyi bəyan edilir. Yəni münaqişənin həlli ilə bağlı Azərbaycanın ədalətli və haqlı mövqeyi dəstəklənir, bu mövqe ardıcıl olaraq daha da güclənir. Son zamanlar müxtəlif səviyyələrdə səsləndirilən bəyanatlar, qəbul edilmiş sənədlər də Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin əyani ifadəsidir.
Bütün bunlara baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqe ilə danışıqlar prosesini pozmağa hesablanmış addımlar atması heç kəsə sirr deyil. İşğalçı ölkənin rəhbərliyi tərəfindən zaman-zaman gah danışıqların formatının dəyişdirilməsi ilə bağlı absurd iddiaların ortaya atılması, gah reallıqlara uyğun olmayan müxtəlif cəfəng fikirlərin səsləndirilməsi məhz bu məqsədə xidmət edir. Ermənistanın yeni rəhbərliyi indiyə qədər müxtəlif formalarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ziddiyyətli bəyanatlar səsləndirib, bu məsələ ilə əlaqədar beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olmayan çıxışlar edib. Bu çıxışlarda daha çox tarixi faktlar təhrif olunub, beynəlxalq hüquq normalarının aliliyini şübhə altına almaq cəhdləri müşahidə edilib. Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişənin həllinin “Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ xalqları”na məqbul olması barədə açıqlaması isə danışıqlar prosesini və münaqişənin əsl mahiyyətini təhrif edir. Azərbaycanın ərazi bütövlüyünə qarşı gücdən istifadə edən və ölkəmizin ərazilərini işğal edən dövlət olaraq Ermənistan münaqişə tərəfi kimi bilavasitə məsuliyyət daşıyır.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev Soçidə təşkil olunan “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı zamanı da Azərbaycanın qətiyyətli - prinsipial mövqeyini bir daha ifadə etdi. Bu kontekstdə bir sıra məqamlara yenidən nəzər salmaq məqsədəmüvafiqdir. Tarixi faktların təsdiq etdiyi kimi, SSRİ dövründə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Çox hallarda bununla bağlı ifadə edilən fikirlər subyektiv mülahizələrdən ibarət olmaqla qeyri-obyektiv xarakter daşıyır, reallığı əks etdirmir. Gerçəklik isə budur ki, 1921-ci ildə Qafqaz bürosunun qərarında Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması göstərilmişdi, yəni ermənilərin bu qərarın Dağlıq Qarabağı kiməsə ötürmək üçün verildiyi iddiası doğru deyil - tamamilə yanlışdır. Digər mühüm məqam ondan ibarətdir ki, Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətində münaqişə başlayan vaxta qədər azərbaycanlı və erməni əhalinin nisbəti 25-75 faiz idi. Məhz Qarabağ münaqişəsi nəticəsində Dağlıq Qarabağın və ətraf 7 rayonun bütün azərbaycanlı əhalisi qovulub. Yəni azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib, hazırda da işğal olunmuş ərazilərdə azərbaycanlı əhali yoxdur. Həmin ərazilərin böyük hissəsinin yandırılmış torpaqlardan, dağıdılmış evlərdən, məktəblər və ictimai obyektlərdən ibarət olması aşkar reallıq kimi ortadadır. Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın humanitar fəlakətlə üzləşməsinə səbəb olub. Belə ki, Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlardan 700 mindən çox, həmçinin Ermənistan ərazisində yaşayan 250 min azərbaycanlı öz tarixi torpaqlarından qovulub. Bununla yanaşı, son vaxtlar bu ölkənin baş naziri mütəmadi olaraq “münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağın “xalq”ı üçün məqbul olmalıdır”, - deyə fikir bildirir. Bu, tarixi və hüquqi reallıqların təhrif olunması ilə yanaşı, absurd yanaşmadan başqa bir şey deyil. Çünki Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, “Dağlıq Qarabağ xalqı” anlayışı mövcud deyil. Dağlıq Qarabağın münaqişədən əvvəl bərabər hüquqa malik olan azərbaycanlı və ermənilərdən ibarət əhalisi var idi. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mövcudluğunu belə inkar edərək burada etnik azlıq olaraq yaşayan erməni əhalisini qəsdən “xalq” adlandırmaq Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüquqa, münaqişənin həlli ilə əlaqədar qəbul edilmiş çoxsaylı sənədlərə köklü şəkildə ziddir. Ermənistan bu yolla beynəlxalq hüquq baxımdan cinayət hesab olunan işğalçılıq əməllərini ört-basdır etməyə çalışır. Müasir beynəlxalq hüquqda “xalq” anlayışının aydın tərifi və onun tətbiq dairəsini şərtləndirən çərçivə var.
Ümumiyyətlə, münaqişənin yeganə mümkün həll yolu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının birgə yanaşı yaşamasını nəzərdə tutan modeldir. Əgər kimlərsə hərbi işğal, Azərbaycanın ərazi bütövlüyünün və ölkəmizin vətəndaşlarının hüquqlarının pozulması hesabına regionda ikinci erməni dövlətini yaratmaq xülyasındadırsa, onlar ciddi şəkildə yanılırlar.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

