/ / Rusiya Hökumətinin sədri Dmitri Medvedev AZƏRTAC da daxil olmaqla MDB ölkələri xəbər agentliklərinin rəhbərləri ilə görüşüb
Rusiya Hökumətinin sədri Dmitri Medvedev AZƏRTAC da daxil olmaqla MDB ölkələri xəbər agentliklərinin rəhbərləri ilə görüşüb
26.11.2019 [10:00]
MDB ölkələri informasiya agentliklərinin rəhbərləri noyabrın 25-də Moskvada Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşüblər.
AZƏRTAC xəbər verir ki, Rusiyanın TASS Agentliyinin baş ofisində keçən görüş MDB Ölkələri İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXVII iclası çərçivəsində baş tutub. AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov da görüşdə iştirak edib.
Rusiya Hökumətinin sədri Dmitri Medvedev görüşdə qeyd edib ki, İnformşura MDB ölkələrini birləşdirir və vahid informasiya məkanı dövlətlər arasında əlaqələrin inkişafı üçün vacib amildir. “Sizin agentliklər arasında olan münasibətlər bir sıra təşkilati məsələləri həll etməyə imkan verir. Əsas məsələ informasiyanı operativ şəkildə almaq, ölkələrimizdə baş verən hadisələr barədə doğru-dürüst məlumat verməkdir”, - deyə Dmitri Medvedev bildirib. Rusiya Hökumətinin sədri qeyd edib ki, insanların təhrif olunmuş məlumatlar alması bir çox anlaşılmazlıqların yaranmasına səbəb olur. O, həmçinin feyk xəbərlər məsələsinə toxunaraq dövlət agentlikləri kimi etibarlı xəbər mənbələrinin rolunun bu baxımdan müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb.
Görüşdə Rusiyanın TASS Agentliyinin baş direktoru Sergey Mixaylov sözü AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanova verərək gələn il AZƏRTAC-ın 100 yaşını qeyd edəcəyini bildirib. Aslan Aslanovun Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri zamanı Prezident Vladimir Putin və Dmitri Medvedev ilə görüşlərinin nəticələri barədə verdiyi sualı cavablandıran Hökumətin sədri qeyd edib ki, görüşlərdə ikitərəfli əlaqələrin, demək olar, bütün aspektləri müzakirə edilib. Dmitri Medvedev danışıqların iqtisadiyyat, sosial və humanitar sahələri əhatə etdiyini və səfərin uğurlu olduğunu söyləyib.
Rusiya Hökumətinin sədri Belarusun Belta Agentliyinin baş direktorunun sualını cavablandırdıqdan sonra görüş başa çatıb.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

