Azərbaycanla Rusiyanı möhkəm dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir
27.11.2019 [09:16]
Birinci vitse-prezident Mehriban Əliyeva: Rusiya Federasiyası ilə münasibətlər Azərbaycanın xarici siyasətində çox mühüm yer tutur
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu günlərdə Rusiya Federasiyasına rəsmi səfəri uğurla başa çatıb. Səfər çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva çoxsaylı tədbirlərə qatılıb, Rusiya Federasiyasının yüksəksəviyyəli rəsmiləri ilə məhsuldar görüşlər keçirib, KİV-lərə müsahibələr verib. Bütövlükdə, Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına səfər proqramı kifayət qədər zəngin olub. Azərbaycanın Birinci vitse-prezidentinin Rusiya Federasiyasına bəhs olunan səfəri və səfər çərçivəsində keçirilən görüşlərdə səmimilik şəraitində müzakirə edilən məsələlərin geniş spektri iki ölkə münasibətlərinin yüksək səviyyədə olduğunu əks etdirir. Azərbaycanın Birinci vitse-prezidenti Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşdə xüsusi olaraq vurğulayıb ki, bizim ölkələrimiz arasında münasibətlər möhkəm mehriban qonşuluq və dostluq ənənələrinə malikdir. Rusiya Federasiyası ilə münasibətlər Azərbaycanın xarici siyasətində çox mühüm yer tutur.
Qeyd edək ki, bəhs olunan görüşdə Rusiya Prezidenti avqustun 13-də imzaladığı Fərmana əsasən “Dostluq” ordeni ilə təltif etdiyi Azərbaycanın Birinci vitse-prezidentinə dövlət mükafatını təqdim edib.
Azərbaycanla Rusiya arasındakı əlaqələr strateji tərəfdaşlıq münasibətləri kimi xarakterizə olunur
Azərbaycanın işğalçı Ermənistan istisna olmaqla qonşu dövlətlərlə xoş mərama əsaslanan siyasətinin müsbət təzahürlərini həmçinin Rusiya ilə münasibətdə görmək mümkündür. Əlamətdar haldır ki, iki ölkənin münasibətləri getdikcə möhkəmlənir və zamanın dəyişən çağırışlarına uyğun olaraq yeni çalarlarla daha da zənginləşir. Ümumiyyətlə, Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır. Həyatın elə bir sahəsi yoxdur ki, Azərbaycanla Rusiya sıx əməkdaşlıq etməsinlər.
Azərbaycanla Rusiya arasında əməkdaşlığın yüksələn xətlə inkişafında iki ölkənin dövlət başçıları arasında formalaşan dostluq münasibətlərinin rolunu xüsusi vurğulamaq lazımdır. Ölkələrimiz arasında siyasi dialoq yüksək səviyyədədir. İki ölkənin dövlət başçıları və yüksəksəviyyəli rəsmiləri mütəmadi görüşlər keçirərək əməkdaşlığın müxtəlif aspektlərini müzakirə edirlər. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə 4, 2019-cu ildə isə 2 görüşü baş tutub.
Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin ötən ay Soçidə görüşüblər. Azərbaycanın dövlət başçısı Rusiya Prezidentinin dəvəti ilə Soçidə “Valday” Diskussiya Klubunun işində iştirak edib. Həmin səfər çərçivəsində Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə görüşü olub. Dövlət başçıları arasında keçirilən müzakirələrdə münasibətlərimizin çox geniş gündəliyinə bir daha nəzər salınıb və əlaqələrimizin bütün istiqamətlər üzrə durmadan inkişaf etdiyindən məmnunluq ifadə olunub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva səfər çərçivəsində Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşdə iki ölkənin dövlət başçıları arasında yüksək dinamikaya malik siyasi dialoqun önəminə xüsusi diqqət çəkib. “Azərbaycan Rusiya ilə qarşılıqlı münasibətlərə müstəsna dərəcədə böyük əhəmiyyət verir. Ölkələrimizi möhkəm, qədim dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir. Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi, həmçinin hər iki tərəfin birgə səyləri sayəsində bu gün münasibətlərimiz strateji tərəfdaşlıq kimi xarakterizə olunur. Fəal siyasi dialoq mövcuddur. Azərbaycan və Rusiya prezidentləri mütəmadi olaraq görüşlər keçirirlər. Bu görüşlər demək olar ki, bütün sahələrdə münasibətlərin inkişafına güclü impuls və dinamizm verir”, - deyə Azərbaycanın Birinci vitse-prezidenti vurğulayıb.
İqtisadi əməkdaşlıq Azərbaycanla Rusiya arasında ikitərəfli gündəliyin ən mühüm komponentlərindən biridir
Azərbaycanla Rusiyanın dövlət başçıları arasında yüksək dinamizmi ilə fərqlənən siyasi dialoqun ruhuna uyğun olaraq iki ölkə arasında iqtisadi əlaqələr də adekvat şəkildə inkişaf edir. Mehriban xanım Əliyeva iqtisadi əməkdaşlığı Azərbaycanla Rusiya arasında ikitərəfli gündəliyin ən mühüm komponentlərindən biri kimi səciyyələndirib. Bu xüsusda fikirlərini nəzərə çatdıran Azərbaycanın Birinci vitse-prezidenti “Şübhəsiz ki, iqtisadi əməkdaşlıq bizim ikitərəfli gündəliyimizin ən mühüm komponentlərindən biridir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalı üzrə birinci yeri tutur”, - deyə vurğulayıb.
Əlamətdar haldır ki, Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq ildən-ilə daha da genişlənir və daim yeni sahələri əhatə edir. Ötən il iki ölkə arasında əmtəə dövriyyəsi 19 faiz artıb və 2,6 milyard ABŞ dolları təşkil edib. Bu ilin 9 ayında isə artım 24 faizə çatıb. Bütövlükdə, Rusiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət əlaqələrinin təxminən yarısı Azərbaycanın payına düşür. Azərbaycanda 700-dək Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Qarşılıqlı sərmayə qoyuluşu artır. Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya sərmayələrinin həcmi 4,9 milyard dollardır. Respublikamız da qonşu ölkədə fəal investisiya siyasəti həyata keçirir. Qeyd edək ki, indiyədək Azərbaycan Rusiyaya 1,2 milyard dollar sərmayə qoyub. İki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi üçün potensial isə daha böyükdür. “Mühüm olan odur ki, hökumətlərarası komissiyanın təhlilinə görə, bu potensialdan tam şəkildə istifadə edilməyib, daha 2-3 dəfə artım mümkündür”, - deyə Mehriban Əliyeva bildirib.
İki ölkə arasında iqtisadi əlaqələr nəqliyyat və enerji sektorlarında da uğurla inkişaf edir. Azərbaycan və Rusiya Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında birgə səy göstərirlər. Hər iki ölkədə bu dəhlizin funksionallığını artırmaq məqsədilə müasir infrastruktur qurulur. Hazırda Xəzərin Azərbaycan sektorunda zəngin karbohidrogen ehtiyatlarının işlənməsində Rusiya şirkətləri də aktiv şəkildə iştirak edirlər. Bu ölkəyə məxsus “Qazprom”, “Transneft” və “Lukoyl” kimi şirkətlər ölkəmizdə uğurla fəaliyyət göstərirlər.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həm Rusiya Prezidenti Vladimir Putinlə, həm də Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə keçirdiyi görüşlərdə hazırda iki ölkənin ayrı-ayrı regionları arasında əlaqələrin də kifayət qədər yüksək səviyyədə olduğundan məmnunluq ifadə olunub. Qeyd edək ki, Rusiya Federasiyasının 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır. Həm də onlardan 17-si ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq barədə Çərçivə sazişləri bağlayıb. Regionlararası əlaqələrin genişlənməsində Moskva vilayətinin, Sankt-Peterburqun, Stavropol, Krasnodar diyarlarının, Həştərxan, Nijeqorod, Çelyabinsk, Volqoqrad, Saratov, Sverdlovsk vilayətlərinin fəallığını xüsusi vurğulamaq lazımdır. “Avtovaz” “Lada” avtomobillərinin satışı üzrə Azərbaycanın bütün regionlarında geniş pərakəndə şəbəkə yaradıb. Öz növbəsində Azərbaycandan olan sərmayədarlar Rusiyanın regionlarında kənd təsərrüfatı obyektlərinin inşasında iştirak edirlər. Nijeqorod vilayətində istixana kompleksinin, Krasnodar diyarında ərzaq məhsulları istehsalı üzrə birgə müəssisənin yaradılması deyilənlərə misaldır. Son illərdə Rusiya Federasiyasında Azərbaycanın ticarət nümayəndəliyi, Həştərxanda Azərbaycan Biznes Mərkəzinin, Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyi açılıb. Yeri gəlmişkən, Azərbaycanın Birinci vitse-prezidentinin Rusiya Federasiyasına səfəri çərçivəsində X Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib. Xatırladaq ki, Rusiya və Azərbaycan arasında ilk regionlararası forum 2010-cu ildə Azərbaycanda keçirilib. Bununla da iki ölkə arasında çox fəal regionlararası əməkdaşlığın təməli qoyulub. X Azərbaycan-Rusiya Regionlararası Forumda çıxış edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva vurğulayıb ki, regionlararası əməkdaşlıq bizim ikitərəfli münasibətlərimizin mühüm tərkib hissəsidir.
İki ölkə arasında turizm sahəsində də yaxşı göstəricilər var. Rusiyadan Azərbaycana səyahət edən turistlərin sayı getdikcə artır. Ötən il 900 min rusiyalı turist Azərbaycanda olub. Cari ildə bu göstəricinin artacağı gözlənilir.
Azərbaycanla Rusiya arasında humanitar əlaqələr nümunəvi səviyyəyə yüksəlib
Azərbaycanla Rusiya arasındakı xoş niyyətə əsaslanan münasibətlərin əhatə dairəsi genişdir və burada humanitar sahə xüsusi yer tutur. “Əlbəttə, humanitar sahədə münasibətlərimizi xüsusi qeyd etmək istəyirəm. Hesab edirəm ki, bu münasibətlər nümunəvidir”, - deyə Mehriban Əliyeva Rusiya Prezidenti ilə görüşdə vurğulayıb.
Qeyd edək ki, ölkəmizdə rus dilində təhsil tam şəkildə qorunub saxlanılıb. Bu gün Azərbaycanda təhsil prosesinin tamamilə rus dilində olduğu 338-dən çox məktəb var, 14 ali məktəbdə rus dilində bölmələr fəaliyyət göstərir, 50 məktəbdə Təhsil Nazirliyinin rus dilinin intensiv tədrisi üzrə pilot layihəsi uğurla həyata keçirilir. Paytaxtımızda Azərbaycan Dövlət Rus Dram Teatrı, Slavyan Universiteti, Rusiyanın aparıcı ali məktəblərinin, o cümlədən Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir.
Eyni zamanda, hazırda Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsilini davam etdirir. Onlardan minə yaxını Rusiya Federasiyasının Federal büdcəsi hesabına təhsil alır. Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə yaradılan Bakı Beynəlxalq Humanitar Forumunun iclasları müntəzəm keçirilir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48

