Naqif Həmzəyev: Gənclərimizi ölkəmizin uğurlarına qara eynəkdən baxanlardan qoruyaq
29.11.2019 [09:43]
“Bu günün Azərbaycan gəncləri harada, hansı ölkədə yaşamasından asılı olmayaraq dünya xəritəsində yaşanan geosiyasi təlatümləri, regional siyasi dəyişiklikləri diqqətlə izləyirlər. Dünyada baş verən siyasi proseslərə analitik siyasi düşüncə tərzi ilə yanaşan gənclərimiz ölkə Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin alternativsiz olduğunu görür, Azərbaycan dövlətinin daxili və xarici siyasət sahəsindəki uğurlarını, dövlət başçımızın beynəlxalq məsələlərdə tutduğu mövqe və bu istiqamətdə atılan addımları hər zaman dəstəkləyirlər”.
Bunu millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev www.yap.org.az saytına açıqlamasında deyib. Millət vəkili təəssüf hissi ilə bildirib ki, internet üzərindən yayımlanan informasiya axınında neqativ hallarla, müharibə, zorakılıq, müxtəlif növ cinayətlərlə bağlı məlumatların geniş yer alması, sosial şəbəkələrdə, şou proqramlarında məişət problemlərinin qabardılması, cəmiyyətin ictimai, sosial və mədəni həyatına geniş şəkildə sirayət etməsi bəzi gənclərin şüuruna mənfi təsir göstərir: “Hər zaman pusquda duran antimilli qüvvələr isə sosial şəbəkələrin imkanlarından istifadə edərək, Azərbaycanın uğurlarına kölgə salmaq üçün məkrli planlarının reallaşdırılmasında gənclərdən istifadə etməyə cəhd edirlər. İnternet üzərindən dövlətə və xalqa qarşı düşmənçilik, xəyanət, satqınlıq, riyakarlıq dərsi keçən Əli Kərimli, Cəmil Həsənli, Sevinc Osmanqızı kimiləri çirkin məqsədləri naminə Azərbaycan gənclərini düzgün yoldan çəkindirməyə, onları antimilli planlarına alət etməyə çalışırlar”.
“Prezident İlham Əliyev noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqində Azərbaycanda gənclərin tərbiyə işinə yeni müstəvidən yanaşılmasının zəruriliyinə toxunaraq qeyd edib ki, biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var. Bizi istəməyən qüvvələr, o cümlədən erməni lobbi qurumları tərəfindən maliyyələşən qurumlar bu boşluqlardan istifadə edirlər, xüsusilə bu gün ki, azad internet mövcuddur. Azərbaycanda internet istifadəçilərinin faiz nisbəti 80-i keçib. Azərbaycanda azad, demokratik cəmiyyət formalaşıb, azad media var. Ona görə istənilən yalanı ortalığa atmaq olar. Ondan sonra bu yalan ətrafında müzakirələr təşkil olunur, bu yalan artıq bir real fakt kimi təqdim edilir və gənclərin beyinlərini zəhərləmək istəyirlər. Biz buna imkan verə bilmərik. Gənclər özləri də bilməlidirlər, tarixi yaxşı bilməlidirlər”, - deyə millət vəkili bildirib.
Millət vəkili Azərbaycanın düşmənlərinin niyyətlərinin puç olacağını bildirib: “Ölkəmizin uğurlarına, atılan addımlara qara eynəkdən baxanlar, düşmən dəyirmanına su tökənlər gəncləri sağlam düşüncədən, real yanaşmadan təcrid etməyə, onların beynini öz çirkin niyyətlərindən irəli gələn əsassız fikirlərlə zəhərləməyə çalışanlar unutmasınlar ki, ölkəmizdə Azərbaycan gənclərinin gələcəyini yüksək səviyyədə qurmaq üçün geniş imkanlar mövcuddur. Gənclərimizi siyasi oyunbazların avantürasından qorumaq hər bir Azərbaycan vətəndaşının əsas vəzifəsi olmalıdır. Azərbaycançılıq ideologiyasına əsaslanan tərbiyədə təkcə təhsil işçiləri, təlim-tərbiyə sahəsində çalışan mütəxəssislər deyil, hər kəs səfərbər olmalıdır. Gəlin ölkəmizin daha da qüdrətli dövlətə çevrilməsi, çiçəklənməsi naminə sabahımız olan gəncliyimizi qoruyaq”.
Xəbər lenti
Hamısına baxGündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22

