/ / Prezident İlham Əliyev: Azərbaycan müstəqil dövlətdir, qürurlu dövlətdir və gələcəyə çox nikbin baxan dövlətdir
Prezident İlham Əliyev: Azərbaycan müstəqil dövlətdir, qürurlu dövlətdir və gələcəyə çox nikbin baxan dövlətdir
29.11.2019 [09:56]
Dövlət başçısı inkişafımızı, müstəqilliyimizin möhkəmlənməsini gözü götürməyən antimilli dairələrə səslənərək qətiyyətlə bildirib ki, heç kim, heç bir kənar qüvvə bizim işimizə müdaxilə edə və bizim iradəmizə təsir göstərə bilməz
Tarixə nəzər saldıqda görürük ki, müstəqillik qazanmaq, öz dövlətini qurmaq heç də bütün xalqlara müyəssər olmayıb. Xalqımız isə daim azadlıq arzusu ilə yaşayıb və ötən əsrin 90-cı illərinin əvvəllərində tarixi şəraitdən bəhrələnərək Azərbaycanın dövlət müstəqilliyini bərpa edib. Qısa müstəqillik tariximiz heç də hamar olmayıb - bir sıra çətinliklərlə, müstəqilliyimizə qarşı yönələn daxili və xarici təhdidlərlə üzləşmişik. Ancaq dövlət, lider və xalq vəhdəti sayəsində təhlükələri dəf etməyə və gücümüzü, qüvvəmizi ölkəmizin inkişafına, müstəqilliyimizin möhkəmlənməsinə yönəltməyə nail olmuşuq. Uğurlarımız az deyil. Bu gün Azərbaycan dünyada heç bir qlobal güc mərkəzinin diktat dili ilə danışa bilmədiyi, əksinə, milli maraqlarını qətiyyətlə qoruyan, tam müstəqil siyasət aparan ləyaqətli və güclü dövlət kimi tanınır. Prezident İlham Əliyev noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə söylədiyi dərinməzmunlu nitqində hər bir azərbaycanlıda qürur doğuran bu reallığa xüsusi diqqət çəkib. “Bizim müstəqilliyimiz başlıca vəzifəmizdir. Azərbaycan müstəqil dövlətdir, qürurlu dövlətdir və gələcəyə çox nikbin baxan dövlətdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Tarixdə heç bir kənar qüvvə bizim xoşbəxtliyimizi istəməyib
Bəhs olunan nitqində Prezident İlham Əliyev gənclərə üz tutaraq onlara tariximizi yaxşı öyrənməyi tövsiyə edib. Dövlət başçısının gənclərə belə bir tövsiyə verməsi isə heç də təsadüfi deyil. Ölkəmizin gələcəyi bugünkü gənclərin əlində olacaq. Bu gün institut, universitet auditoriyalarında əyləşən tələbələr tariximizi öyrənməsələr, dost və düşmənlərimizi yaxşı tanımasalar, təbii ki, müstəqilliyimizi də irəli apara bilməzlər. Tarixi ilk növbədə ondan ibrət götürmək, dost və düşmənlərimizi tanımaq, buraxılan səhvlərin bir daha təkrarlanmaması naminə öyrənmək lazımdır. Uzaq keçmişimizi demirik, yaxın tariximizdə hansı fəlakətlərlə üzləşməmişik? Milli-mənəvi dəyərlərimizə, ərazilərimizə, dövlətçiliyimizə nə qədər basqılar, qəsdlər edilib! Özümüzün də yol verdiyimiz nöqsanlar az olmayıb. Bəzən biganəlik göstərmişik, digər halda düşmənlərimizi süfrəmizin başında əyləşdirmişik. Bütün bunlar da sonradan tariximizdə bir sıra arzuolunmaz səhifələrin yazılması ilə nəticələnib - əcdadlarımızın qurduqları dövlətlər süqut edib, ərazi itkilərinə məruz qalmışıq.
Deyilənlərin təsdiqi olaraq Prezident İlham Əliyevin bəhs olunan nitqində xatırlatdığı ayrı-ayrı məqamlara diqqət yetirək. Götürək elə XX yüzillikdə qurduğumuz Azərbaycan Xalq Cümhuriyyətini. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan Xalq Cümhuriyyəti ölkəni idarə edə bilmirdi. Xarici hərbi missiyaların rəhbərləri qərarlar qəbul edirdilər. Hətta bizim o vaxt qəbul edilmiş birinci dövlət bayrağımız xarici hərbi missioner tərəfindən dəyişdirildi. Ultimatum qoyuldu, tarixçilər bunu yaxşı bilirlər. Müstəqil dövlətin rəhbərliyinə ultimatum qoyuldu ki, siz bu bayrağı dəyişdirməlisiniz və dəyişdirdilər. Ondan sonra indiki üçrəngli bayraq təsis edildi. Ona görə ki, hətta o dövrlərdə müstəqillik yarımçıq idi, natamam idi. “Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Bu, bir daha onu göstərir ki, müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan daha asandır. Müstəqilliyi qorumaq, onu müdafiə etmək, onu gücləndirmək böyük siyasi biliklər, böyük cəsarət tələb edir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycan xalqı dövlət quruculuğu ilə bağlı çətin məqamları növbəti dəfə ötən əsrin 90-cı illərinin əvvəllərində yaşadı. 1992-ci ildə hakimiyyəti zorla, qeyri-qanuni yollarla mənimsəyən AXC-“Müsavat” iqtidarının səriştəsizliyinin, o dövrdə müxtəlif yüksək vəzifələri tutan “liderlər”in sırf şəxsi maraqlardan çıxış etmələrinin acı fəsadları idi ki, xalqımız çox acınacaqlı vəziyyətlə üzləşmişdi. Respublikamızda dövlət idarəçiliyi iflic hala düşmüşdü. Mərasimdə də qeyd olunduğu kimi, AXC-“Müsavat” cütlüyünün birillik hakimiyyəti dövründə ölkə prezidentinin kabinetinin qapısını xarici səfirlər ayaqları ilə açırdılar, ona göstərişlər verirdilər. O da məzlum bir adam kimi həmin göstərişləri yerinə yetirirdi. Ölkəni xaos, anarxiya bürümüşdü və bundan istifadə edən düşmən torpaqlarımızın işğalını davam etdirirdi. Belə vəziyyətdə XX yüzillikdə ikinci dəfə qazanılan müstəqilliyimizin itirilməsi təhlükəsi yaranmışdı.
Təəssüf doğuran haldır ki, o dövrdə respublikanı çıxılmaz vəziyyətə sürükləyənlərin bir çoxu bu gün yenə də heç nə olmayıbmış kimi, məsuliyyətsiz çıxışlar edərək ölkəmizdəki sabitliyə, inkişafımıza xələl gətirməyə çalışırlar. Həmin meydan “qəhrəmanları” “bəlkə də, qaytardılar xülyalarını” gerçəkləşdirmək üçün xaricdəki anti-Azərbaycan dairələri ilə koordinasiya edilmiş şəkildə fəaliyyət göstərirlər.
Lakin bu gün Azərbaycada güclü dövlət var, bu dövlət cəmiyyətin, xalqın dəstəyinə, həmrəyliyinə, monolit gücünə arxalanaraq müstəqilliyimizə qarşı yönələn istənilən təhdidləri qətiyyətlə dəf edir. Biz son 16 ildə xaricdəki anti-Azərbaycan dairələrin müxtəlif rəngli inqilabları Azərbaycana da daşımaq cəhdlərinin şahidi olmuşuq. Nəticə eynidir - antimilli dairələr həmişə qarşılarında Azərbaycan dövlətinin güclü iradəsini, xalqımızın sərt təpkisini görüblər və beləliklə də, ölkəmizdə inqilab ssenariləri, şər-böhtan kampaniyaları həmişə uğursuzluğa düçar olub. Prezident İlham Əliyev vurğulayıb ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz: “Gənclər özləri də bilməlidirlər, tarixi yaxşı bilməlidirlər. Əgər tarixi yaxşı bilsələr, görərlər ki, tariximizdə heç vaxt heç bir kənar qüvvə, heç bir yad dairə bizim xoşbəxtliyimizi istəməyib, əksinə, bizi əzmək istəyib, özünə ram etmək istəyib, sərvətlərimizi talamaq istəyib, bizi alçaltmaq istəyib. Əgər belə olmasaydı, bizim çoxəsrlik tariximizin böyük hissəsi müstəmləkəçilik tarixi olmazdı. Bir daha demək istəyirəm ki, bizim müstəqillik dövrlərimiz Azərbaycan xalqının tarixində çox məhduddur. Məhz ona görə ki, aldanmışıq, əzilmişik. Buna imkan vermək olmaz və verməyəcəyik, biz möhkəm dayanmışıq. Heç kim bizim işimizə müdaxilə edə bilməz, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz”.
Azərbaycanın müstəqilliyə gedən yolu Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
Tarixdə lider anlayışı həmişə aktual olub. Məhz güclü və müdrik liderlər çətin məqamlarda öz xalqına düzgün yol göstəriblər və xilaskarlıq missiyasını yerinə yetiriblər. Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti buna bariz nümunədir.
Məlumdur ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana bir-birindən fərqli qütblərdə dayanan iki ideoloji mühitdə rəhbərlik edib. Lakin şərait, ideoloji tələblər müxtəlif olsa da, Heydər Əliyevin milli ruhu və uzaqgörənliyi Onun Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə - istər keçmiş sovet dövründə, istərsə də müstəqillik illərində respublikamızın böyük uğurlar əldə etməsinə yol açıb. Keçmiş sovet dövrü milli respublikalar, o cümlədən də Azərbaycan üçün bir sıra qadağalarla səciyyələnirdi. 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gələn Heydər Əliyev isə rejimin buxovlarını məharətlə sındıraraq milli dirçəlişə, gələcəkdə müstəqil yaşamağa zəmin ola biləcək fundamental əsaslar yaratmağa nail oldu. Heydər Əliyev qısa müddətdə respublikamızı keçmiş ittifaqın aqrar əlavəsindən çıxardaraq yüksək texnologiyalı sənaye inkişafına istiqamətləndirdi.
Növbəti mərhələdə Ulu Öndərin Azərbaycan naminə fəaliyyəti respublikamızın müstəqillik qazandığı dövrə təsadüf edir. Bu mərhələdə Ulu Öndər respublikamızda müasir, demokratik, hüquqi dövlət quruculuğuna nail olmaq üçün çox mühüm qərarlar qəbul edib. Bu məqamda vurğulamaq yerinə düşər ki, Ulu Öndər müstəqil Azərbaycanın dövlət quruculuğunun əsaslarını hələ Naxçıvana rəhbərlik etdiyi dövrdə yaratmağa başlamışdı. Tam cəsarətlə demək mümkündür ki, Azərbaycanın müstəqilliyə gedən yolunun, qurtuluş tarixinin əsası Ümummilli Lider Heydər Əliyevin səyləri və cəsarəti sayəsində məhz qədim diyarda - Naxçıvanda qoyulub. Məlumdur ki, keçmiş ittifaq rəhbərliyinin getdikcə artan təzyiqləri ilə üzləşən Ulu Öndər Heydər Əliyev 1990-cı ildə Moskvadan Bakıya qayıtmaq məcburiyyətində qaldı. Lakin imperiya nökərləri - bəhs olunan dövrdə Azərbaycanın rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevin Bakıya qayıdışını kresloları üçün təhlükə hesab edərək Onun paytaxtda qalmasını əngəllədilər. Ulu Öndər doğulduğu Naxçıvana üz tutdu və burada insanlar Onu böyük sayğı ilə qarşıladılar. Həmin ilin payızında Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçildi. Ulu Öndər, eyni zamanda, Naxçıvan Ali Sovetinə də deputat seçilmişdi. Muxtar Respublikanın Ali Sovetinin seçkilərdən bir qədər sonra - 17 noyabr 1990-cı il tarixində çağırılan sessiyasına Sədrlik Heydər Əliyevə həvalə olundu. Həmin sessiyada Heydər Əliyevin cəsarəti, milli təəssübkeşliyi, xalqına bağlılığı bütün cəhətləri ilə bir daha özünü büruzə verdi. Sessiyada Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı. Ulu Öndər xalqda müstəqillik uğrunda mübarizə əzmini möhkəmləndirməyə çalışırdı. Onun çağırışı ilə Naxçıvanın 1991-ci il martın 17-də keçmiş Sovet İttifaqının saxlanması ilə bağlı keçirilən referenduma qatılmaması Azərbaycan xalqının müstəqillik ideyalarına inamını artırdı, insanlarda qarşısıalınmaz mübarizə əzmi yaratdı. Halbuki respublikanın o vaxtkı rəhbərliyinin təhriki ilə həmin saxta referenduma Azərbaycan da qoşulmuşdu.
Tale elə gətirdi ki, Azərbaycanın müstəqilliyini qorumaq missiyası da elə Ulu Öndərin çiyinlərinə düşdü. Prezident İlham Əliyev bəhs olunan nitqində vurğulayıb ki, müstəqilliyə gedən yol da Heydər Əliyevin adı ilə bağlıdır. “Müstəqillik 1993-cü ildə də əldən gedirdi, əgər Heydər Əliyev gəlməsəydi. O, müstəqilliyi qorudu, saxladı, gücləndirdi, bizi düz yola gətirdi. Biz də Onun yolu ilə gedirik, müstəqilliyi möhkəmləndiririk və möhkəmləndirəcəyik”, - deyə dövlət başçımız vurğulayıb.
Biz yuxarıda ötən əsrin 90-cı illərinin əvvəllərində XX yüzillikdə ikinci dəfə müstəqilliyə qovuşan Azərbaycanın necə böyük çətinliklərlə üzləşdiyindən qısaca söhbət açdıq. Həmin dövrdə xalq üzünü özünün sınanmış oğlu Heydər Əliyevə tutaraq Onun Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini təkidlə tələb etdi. Ulu Öndər çətin dövrdə xalqını tək buraxmadı, onun yanında olmağa qərar verdi. Xalqın təkidli istəyi ilə ikinci dəfə Azərbaycanın rəhbərliyinə gələn Ulu Öndər Heydər Əliyev Öz qətiyyəti və müdrikliyi sayəsində müstəqilliyimizi qorumağa, ölkəmizin gələcək inkişafı üçün möhkəm təməllər yaratmağa nail oldu.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09

