/ / Əli Əhmədov: 650 min ağacın əkilməsi kimi möhtəşəm aksiyanın təşəbbüskarı hər cür minnətdarlığa və ehtirama layiqdir
Əli Əhmədov: 650 min ağacın əkilməsi kimi möhtəşəm aksiyanın təşəbbüskarı hər cür minnətdarlığa və ehtirama layiqdir
07.12.2019 [10:37]
Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov özünün rəsmi “facebook” səhifəsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibəti ilə bir gün ərzində 650 min ağacın əkilməsi aksiyasına həsr edilmiş “Mehriban xanımın təşəbbüsünün səfərbəredici gücü” sərlövhəli məqalə paylaşmışdır. Məqalədə deyilir: “Bu gün Azərbaycanın hər yerində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 650 min ağac əkilməsi aksiyası keçirildi. Möhtəşəmliyi ilə diqqəti cəlb edən layihə böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunub. Əhalinin çox müxtəlif kateqoriyalarının yüksək qiymətləndirdiyi və yaxından iştirak etdiyi aksiyada Yeni Azərbaycan Partiyasının təmsilçilərinin xüsusi fəallıq nümayiş etdirdiyini qeyd etməyə bilmərəm. Söhbət Azərbaycanın ekologiyasına töhfə verilməsindən, yaşıllıq zolaqlarının salınmasından gedən yerdə partiyamızın çoxsaylı üzvlərinin fəal iştirakı şübhəsizdir. Bu həssaslıq Ümummilli Lider Heydər Əliyevin təbiətə, yaşıllığa, ağaclara hər kəsə məlum olan qayğısından qaynaqlanır”.
Əli Əhmədov fikirlərini bu cür davam etdirmişdir: “Nəsiminin xatirəsinə insanlarımızın dərin hörmət və ehtiramını ifadə edən aksiyanın bir sıra diqqəti cəlb edən məqamlarına toxunmamaq mümkün deyil. Əvvəla onu deyim ki, insanlarımız Mehriban xanım Əliyevanın həyatımızın bir çox sahələrini əhatə edən möhtəşəm layihələrini həmişə yüksək qiymətləndirərək dəstəkləmişlər. Səbəbi sadə və anlaşılandır. Həmin layihələr Azərbaycanda mədəniyyətin, təhsilin, səhiyyənin inkişafına, şəfqət və xeyirxahlıq, insana qayğı kimi ali dəyərlərin möhkəmləndirilməsinə xidmət göstərir və bu səbəbdən də insanların belə təşəbbüslərə biganə qalması mümkün deyil. Reallaşdırılan layihələrin sayəsində nə qədər insan şəfqət tapıb, düşdüyü çətinliklərdən xilas olub, mənəvi dəyərlərimiz qorunub, saxlanılıb, inkişaf etdirilib. Beləcə, Mehriban xanımın xeyirxah, xalqın dostu, mədəniyyətimizin, bütünlüklə mənəvi dəyərlərimizin etibarlı himayədarı imici formalaşıb. Buna görə insanlarda Heydər Əliyev Fondunun prezidentinin təşəbbüslərinə həssaslıqla dəstək vermək adəti formalaşıb. Bir gün ərzində 650 min ağac əkmək təşəbbüsünün dəstəklənməsinə gəldikdə isə, qeyd etmək istərdim ki, burada onun Azərbaycanın ekologiyasının daha da sağlamlaşmasına, insanların rahatlığına xidmət etmək niyyəti ayrıca rol oynayıb. Ancaq diqqəti cəlb edən təşəbbüsün miqyası və əzəmətidir. Əslində, sözügedən aksiya bütün bölgələrdə əhalinin böyük bir qismini əhatə edir. Aksiya zamanı müşahidə etdiyim yüksək əhval-ruhiyyə Mehriban xanımın təşəbbüsünün səfərbəredici gücündən xəbər verir. Sanki bütün xalq təşəbbüsə qoşulmaqla özünün dərin və sarsılmaz həmrəyliyini, iqtidar-xalq birliyini bir daha nümayiş etdirmək fürsəti qazanmış oldu. Əslində, 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi”.
“Aksiyanın əzəməti daha bir reallığı əyani surətdə, qabarıq şəkildə büruzə verdi. Bu da insanların Prezident İlham Əliyevin ölkədə uğurla həyata keçirilən və böyük vədlər verən siyasətinə dərin inamdan ibarətdir. Prezidentin siyasəti indi dərin və hərtərəfli islahatlar mərhələsinə daxil olub. İnsanlar islahatların Azərbaycanın daha parlaq gələcəyinin təmin olunmasına etibarlı zəmin yaradacağına inanırlar. Ona görə də ölkəmizin bu günü və sabahı naminə irəliyə atılan təşəbbüsləri dəstəkləyir, onların həyata keçirilməsi naminə hər cür fədakarlıq göstərmək imkanından faydalanmağa çalışırlar.
650 min ağacın əkilməsi kimi möhtəşəm təşəbbüsün uğurla həyata keçirilməsi münasibətilə onun təşəbbüskarı Azərbaycanın birinci xanımı və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edirəm. İllər gələcək, bu gün əkilən ağaclar böyüyəcək, Azərbaycanın ekologiyasının daha da sağlamlaşmasına, insanların rahatlığına və həyatının gözəlləşməsinə xidmət göstərəcək. Düşünürəm ki, möhtəşəm aksiyanın təşəbbüskarı hər cür minnətdarlığa və ehtirama layiqdir”, - deyə Baş Nazirin müavini Əli Əhmədov qeyd etmişdir.
Xəbər lenti
Hamısına baxDünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48

