Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-İordaniya sənədləri imzalanıb

Azərbaycan-İordaniya sənədləri imzalanıb

11.12.2019 [10:23]

Dekabrın 10-da İordaniya Kralı II Abdullah ibn Al Hüseynin ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Dəniz Komissiyası arasında dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın 1/10-cu qaydasına uyğun olaraq sertifikatların tanınması haqqında Anlaşma Memorandumu layihəsinə edilmiş dəyişikliklərin imzalanması mərasimi olub.
AZƏRTAC xəbər verir ki, sənədləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və İordaniyanın Xarici İşlər naziri Ayman Safadi imzalayıblar.

Paylaş:
Baxılıb: 438 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31