Azərbaycanda “ASAN xidmət” öz coğrafiyasını genişləndirir
14.12.2019 [10:52]
Prezident İlham Əliyev: “ASAN xidmət”in vətəndaşlar tərəfindən bəyənilmə əmsalı 99,4 faizdir. Yəni bu, onu göstərir ki, xidmət, doğrudan da, böyük nailiyyətdir, ictimai xidmətlər sahəsində böyük dəyişikliklərə gətirib çıxarıb
Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycan vətəndaşlara göstərilən ictimai xidmətlərin keyfiyyətini və əlçatanlığını daha da artırmağı hədəfləyib. Ölkəmizin qarşıya belə bir hədəf qoyması isə heç də təsadüfi deyil. Xidmət sektoru, demək olar ki, hər bir vətəndaşın çox tez-tez üz tutduğu bir sahədir. Bir vaxtlar xidmət sektorunda vətəndaşların bu və ya digər çətinliklərlə rastlaşdıqları isə hələ də yaddaşlardan silinməyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 5-də Şamaxıda “ASAN Həyat” kompleksinin açılışından sonra kompleksin əməkdaşları ilə keçirdiyi görüşdəki çıxışında da bildirildiyi kimi, bürokratiya, süründürməçilik, korrupsiya, rüşvətxorluq xidmət sektorunun əsas problemləri idi. Prezident İlham Əliyevin təşəbbüsü ilə respublikamızda “ASAN xidmət”in fəaliyyətə başlamasından sonra artıq bu sahədə tam şəffaflıq təmin edilib. Vətəndaşlar “ASAN xidmət” mərkəzlərində onlara göstərilən xidmətlərin yüksək səviyyəsindən, operativliyin və şəffaflığın təmin olunmasından, neqativ halların aradan qaldırılmasından məmnundurlar. Bəhs olunan görüşdəki çıxışında “ASAN xidmət”in vətəndaşlar tərəfindən bəyənilmə əmsalının kifayət qədər yüksək olduğunu nəzərə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Şadam ki, “ASAN xidmət”in vətəndaşlar tərəfindən bəyənilmə əmsalı 99,4 faizdir. Yəni bu, onu göstərir ki, xidmət, doğrudan da, böyük nailiyyətdir, ictimai xidmətlər sahəsində böyük dəyişikliklərə gətirib çıxarıb”.
Hazırda “ASAN xidmət” mərkəzləri 350-yə yaxın xidmət portfelinə malikdir
“ASAN xidmət”in yaşı elə də çox deyil. Ölkəmizdə dövlət başçısının müvafiq Fərmanı əsasında yeddi il bundan əvvəl - 2012-ci il iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayıb. “ASAN xidmət” vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində müasir çağırışlara yüksək səviyyədə cavab verən istitusional qurumdur. Dövlət idarəçiliyi sahəsində islahatların tərkib hissəsi kimi yaradılan “ASAN xidmət”in respublikamızda yüksək populyarlıq qazanması üçün böyük zaman kəsiyi lazım gəlmədi. Bakıda pilot layihə kimi əsası qoyulan “ASAN xidmət” mərkəzləri çox qısa bir müddətdə özünü doğrultdu və ölkəmizdə bu şəbəkənin coğrafiyası genişlənməyə başladı. Şamaxıda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “ASAN Həyat” ölkəmizdə yaradılan sayca 16-cı mərkəzdir. Daha 4 mərkəzin isə yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir. Belə ki, Kürdəmir, Ağcabədi, Tovuz mərkəzlərində bütün işlər tamamlanıb, Balakən mərkəzi isə gələn il istifadəyə veriləcək. Perspektivdə Bakıda “ASAN xidmət” mərkəzlərinin sayı artırılacaq. İndiyədək paytaxtımızda 5 belə mərkəz istifadəyə verilib. Son vaxtlarda həmin mərkəzlərdə növbələrin yarandığı nəzərə alınaraq daha iki mərkəzin açılması qərara alınıb. Eyni zamanda, Sumqayıt və Gəncə şəhərlərinin hər birində ikinci mərkəzlər açılacaq. Bundan başqa, artıq xeyli vaxtdır ki, respublikamızda vətəndaşlara səyyar xidmətlər də göstərilir. Belə ki, 10-dan çox avtobus, eləcə də “ASAN qatar” daim ölkəmizin regionlarını dolaşır. Beləliklə, demək olar ki, respublikamızın hər bir yeri nümunəvi xidmətlə əhatə olunub. Bu günədək ölkə üzrə “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 35 milyona yaxındır. “ASAN xidmət” fəaliyyətə başladığı dövrə nisbətən xidmətlərin sayını 12 dəfə genişləndirib. Prezident İlham Əliyev vurğulayıb ki, “ASAN xidmət”in funksiyalarının genişləndirilməsi buna olan tələbatla bağlıdır. “Xidmətlərin sayı artır, artıq 320-dən çox xidmət göstərilir. ABAD Mərkəzlərinin fəaliyyətini nəzərə alsaq, artıq bu rəqəm 350-yə çatır. Bu da onu göstərir ki, biz son illərdə ASAN-ın funksiyalarını böyük dərəcədə genişləndirə bilmişik və buna ehtiyac var idi. Çünki “ASAN xidmət”də işlər yüksək dərəcədə düzgün qurulur. Problemli sahələrin bir çoxu da “ASAN xidmət”in əhatəsinə daxil edilib. Beləliklə, artan xidmətlər və xidmətlərin keyfiyyəti göstərir ki, biz düzgün yoldayıq. Çünki biz başlayanda xidmətlərin sayı təqribən 20-30 ətrafında idi”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Hazırda “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olan xidmətlər üstünlük təşkil edir. Bütövlükdə 12 müxtəlif dövlət qurumu və ayrı-ayrı özəl şirkətlər “ASAN xidmət”ə inteqrasiya olunublar.
“ASAN xidmət” mərkəzləri üçün xarakterik cəhət ondan ibarətdir ki, burada əsasən gənclər çalışırlar. Ölkəmizdə getdikcə daha geniş vüsət alan könüllülük hərəkatı da məhz “ASAN xidmət” mərkəzlərindən başlayıb. Müsbət təcrübə qısa müddətdə geniş yayılıb. Böyük könüllülər ordusu respublikamızın uğurla ev sahibliyi etdiyi birinci Avropa və IV İslam Həmrəyliyi Oyunlarının, eləcə də bir sıra digər beynəlxalq tədbirlərin keçirilməsinə fəal dəstək verib. Hazırda bir sıra dövlət qurumlarının fəaliyyətində də könüllülər yaxından iştirak edirlər. Könüllü kimi əmək fəaliyyətinə başlayan gənclər yaxşı təcrübə toplayır, müsbət vərdişlər, ünsiyyət bacarığı qazanırlar ki, bu da sonradan onların karyera qurmalarına, müxtəlif vəzifələrə irəli çəkilmələrinə müsbət təsir göstərir.
Artıq “ASAN xidmət” Əfqanıstanda fəaliyyət göstərir və daha bir neçə ölkədə açılması gözlənilir
Azərbaycan brendi olan “ASAN xidmət”ə beynəlxalq miqyasda böyük maraq var. Qürur hissi ilə vurğulaya bilərik ki, qurumun fəaliyyəti Avropa İttifaqı, Avropa Parlamenti, Böyük Britaniya parlamenti tərəfindən, həmçinin Fransa, Almaniya və digər ölkələrdə yüksək qiymətləndirilir. Özünəməxsus hüquqi strukturu olan bu model bir çox beynəlxalq əməkdaşlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunub. Artıq Azərbaycanın “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və İSESKO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb. 2014-cü ildə “ASAN xidmət” İSO 9001:2008 və OHSAS 18001:2007 standartları üzrə beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb. “ASAN xidmət” həmçinin Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. “ASAN xidmət” 2015-ci il BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. Prezident İlham Əliyev dünyada “ASAN xidmət” modelinə marağın getdikcə artdığına diqqət çəkərək vurğulayıb: “ASAN bizim intellektual məhsulumuzdur. Mən çox şadam ki, Azərbaycan intellektual məhsul icad edir və bunu ixrac edir. İntellektual məhsulun, xidmətlərin ixracı hesab edirəm ki, bizim gələcək fəaliyyətimizdə çox böyük diqqətə layiq olmalıdır. “Bakutel” sərgisində də mənə edilən təqdimatlar göstərir ki, biz artıq xidmətləri, o cümlədən peyk xidmətlərini, innovasiyalarla bağlı olan xidmətləri ixrac edirik. “ASAN xidmət” mərkəzi artıq Əfqanıstanda fəaliyyət göstərir və bir neçə ölkə ilə bizim artıq anlaşma memorandumlarımız və sazişlər imzalanıbdır. ASAN dünyada öz fəaliyyətini genişləndirir və bizim gələcəkdə də bir çox ölkələrlə əməkdaşlığımız mümkündür. Əsas şərtimiz ondan ibarətdir ki, Azərbaycanda göstərilən xidmət orada da göstərilsin, çünki bu, bizim brendimizdir və mərkəzin adı da bütün ölkələrdə ASAN olmalıdır”.
Yeri gəlmişkən, Azərbaycanda dövlət xidmətlərinin çox təkmil və yüksək səviyyədə həyata keçirildiyi Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə 2019-cu ilin iyun ayında Bakıda baş tutan BMT-nin Dövlət Xidmətləri Forumunda da xüsusi vurğulanıb. Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirak etdiyi belə bir mötəbər forumun Bakıda keçirilməsi Azərbaycanın təcrübəsinin dünyada böyük maraqla izlənildiyini bir daha təsdiqləyir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09

