Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda idmanın inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir

Azərbaycanda idmanın inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir

08.01.2020 [09:56]

Sistemli və kompleks xarakterli tədbirlər ölkədə idmanın kütləviliyinin təmin olunmasına xidmət edir
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan dinamik inkişaf yolunda inamla irəliləyir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ötən müddət ərzində möhtəşəm nailiyyətlər qazanıb, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Təbii ki, Azərbaycanın sürətli inkişafı, cəmiyyət həyatının bütün sahələrində əldə edilən nailiyyətlər idman sahəsində də özünü bariz şəkildə göstərir. Ümumiyyətlə, ölkəmizdə idmanın inkişafı mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilib. Bu istiqamətdə görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilib. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Yeri gəlmişkən, ötən il dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Bizim idman nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda, idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar bizim fəaliyyətimizə çox yüksək qiymət verirlər”.
Azərbaycan dünyada idman ölkəsi kimi tanınır
Bu məqamda vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi kimi, 2019-cu il ölkəmiz üçün idman sahəsində də kifayət qədər uğurlu olub. Keçən il ərzində idmançılarımız beynəlxalq idman yarışlarında 775 medal qazanıblar, onlardan 271-i qızıl medaldır.
Ümumiyyətlə, Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını təmin edib. Paytaxtda və bölgələrdə olan idman arenalarına yeniyetmələrin axını da buna bariz nümunədir. Əlbəttə, respublikamızda idmanın qısa müddətdə yüksək inkişaf səviyyəsinə çatması, idmançılarımızın beynəlxalq arenada böyük uğurlar qazanması birbaşa bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlıdır. Cənab İlham Əliyev həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri kimi Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasına böyük diqqət yetirir. Təsadüfi deyil ki, ölkəmizdə idmanın maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, idmançıların sosial-məişət məsələlərinin həlli daim diqqət mərkəzində saxlanılıb. Bütün bunların qanunauyğun nəticəsi kimi, Azərbaycan idmançılarının mötəbər beynəlxalq yarışlarda, olimpiadalarda çıxışları da getdikcə daha uğurlu olur.
Qeyd etmək yerinə düşər ki, hazırda Azərbaycanın bölgələrində 45 Olimpiya İdman Mərkəzi mövcuddur. Keçən il Beyləqan şəhərində Prezident İlham Əliyevin iştirakı ilə bir mərkəz açılıb. Yardımlı və Tərtər rayonlarında iki Olimpiya İdman Mərkəzi isə açılışa hazırdır. Goranboy və Neftçala şəhərlərində də Olimpiya Mərkəzlərinin tikintisi davam etdirilir. Bununla yanaşı, Yevlax şəhərində Olimpiya Mərkəzinin layihələndirmə işləri başa çatıb və yaxın zamanlarda onun inşasına başlanılacaq.
Uğurlu təbliğatın aparılması idmanın kütləviliyini təmin edir
Ümumiyyətlə, Azərbaycanda idmanın kütləviliyinin təmin olunması üçün məqsədyönlü və kompleks xarakterli tədbirlər həyata keçirilir. Ölkəmizdə yeni infrastrukturların yaradılması və uğurlu təbliğatın aparılması buna tam imkan verir. Bəllidir ki, ölkədə təkmil idman infrastrukturu yaradılıb və bu proses davamlı xarakter daşıyır. Digər əsas məsələ media vasitəsilə genişmiqyaslı təbliğatın aparılması, insanların idmanla məşğul olmağa təşviq olunmasıdır.
Sağlamlığın təmin olunmasının çox mühüm vasitələrindən biri olan idmanla məşğul olmağın həyat tərzinə, fərdi və kollektiv xarakterli sosial vərdişə çevrilməsi üçün media orqanlarının bu barədə sistemli təbliğat aparması çox mühüm əhəmiyyətə malikdir. Yeri gəlmişkən, dövlətimizin başçısı bəhs olunan çıxışı zamanı bu məqamlara toxunaraq “Bizim mətbuat orqanları gərək bu sahədəki fəaliyyətini gücləndirsinlər. Düzdür, bizim bəzi televiziya kanallarında aerobika, başqa fiziki fəallıqla bağlı verilişlər var. Bu verilişlərdə vətəndaşlara göstərilir ki, idmanın hansı növünü, hansı hərəkətləri ev şəraitində edə bilər. Amma hesab edirəm ki, bu, kifayət deyil. İdman kütləvi xarakter almalıdır, ona görə yox ki, biz daha çox medallar qazanmaq əzmindəyik, - halbuki bu da vacibdir, - ona görə ki, bizim millətimiz sağlam olsun, xəstələnməsin”, - deyə vurğulayıb.
Azərbaycan nüfuzlu idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi edir
Azərbaycanın ölkələr və xalqlar arasında əlaqələrin dərinləşməsində mühüm rol oynayan mötəbər idman yarışlarına ev sahibliyi etməsi də artıq ənənə halını alıb. Ölkəmiz 2015-ci ilin yayında dünyanın 50 ölkəsindən təxminən 6 min idmançının iştirakı ilə Bakıda keçirilən birinci Avropa Oyunlarının təşkilində yeni standartlar müəyyənləşdirib. Bununla yanaşı, böyük tamaşaçı auditoriyası 2017-ci ilin birinci yarısında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının həyəcanını yaşayıb. Digər tərəfdən, ölkəmiz Formula 1 yarışlarına uğurla ev sahibliyi edir. Bu tədbirlərin Bakıda keçirilməsi təsadüfi xarakter daşımır. Heç şübhəsiz, Azərbaycanın ümumi inkişafı, yüksək səviyyəli infrastruktura sahib olması, ölkəmizdəki etibarlı sabitlik, təhlükəsizlik mühiti, xalqımızın qonaqpərvərliyi və digər amillər bu qərarların verilməsində mühüm rol oynayıb.
Digər tərəfdən, Azərbaycanı müasir və güclü dövlət kimi fərqləndirən cəhətlərdən biri də ondan ibarətdir ki, ölkəmiz ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlərə, o cümlədən də idman yarışlarına böyük məsuliyyətlə yanaşır və özünün yüksək standartlarını tətbiq edir. Birinci Avropa Oyunlarının standartlarının Bakıda müəyyənləşməsi, eləcə də ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil etməsi mütərəqqi nümunələr yaratmaqla yanaşı, ölkəmizin imkanları və nüfuzunu nümayiş etdirmiş oldu.
Xüsusi vurğulanmalıdır ki, Azərbaycanın idman sahəsində beynəlxalq əlaqələrinin genişlənməsində, ölkəmizin nüfuzlu, mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsində Prezident İlham Əliyevin bu sahəyə qayğısı ilə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi təşkilat komitələrinin uğurlu fəaliyyətini də xüsusilə vurğulamaq lazımdır. Bu kontekstdə Azərbaycan və dünya ictimaiyyəti ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları zamanı Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinin bir daha şahidi oldu. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi təşkilat komitələri bütün təşkilati məsələləri nümunəvi şəkildə həll etdi. Bunun da sayəsində bəhs edilən mötəbər beynəlxalq idman yarışları ən yüksək səviyyədə keçirildi, bütün dünyada böyük tamaşaçı marağına səbəb oldu.
Azərbaycanın idman sahəsində uğurları beynəlxalq idman qurumları tərəfindən də olduqca yüksək qiymətləndirilir. Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi Azərbaycanın bu istiqamətdə gördüyü işlərin və əldə olunan müsbət nəticələrin təqdirəlayiq olduğunu ifadə edir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 678 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31