/ / Çoxvektorlu və milli maraqlara əsaslanan xarici siyasət həyata keçirən Azərbaycan yüksək nüfuza malikdir
Çoxvektorlu və milli maraqlara əsaslanan xarici siyasət həyata keçirən Azərbaycan yüksək nüfuza malikdir
11.01.2020 [11:03]
Dünyada böyük etimad qazanan ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır
Azərbaycan dünyada böyük etimad qazanan ölkə, etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.
Ümumiyyətlə, beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanınan Azərbaycan regional və qlobal təhlükəsizliyə mühüm töhfələr verir. Azərbaycan eyni zamanda mühüm beynəlxalq tədbirlərin keçirildiyi ölkə kimi də diqqət mərkəzindədir. Bu baxımdan 2019-cu il də yaddaqalan olub. Ötən il Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu məqamlara toxunaraq “Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. İl ərzində 40-dan çox dövlət və hökumət başçısı Azərbaycana səfər etmişdir. Bizim ikitərəfli əlaqələrimiz böyük dərəcədə genişlənmişdir, çoxtərəfli formatda uğurla əməkdaşlıq edirik, ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Onların arasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşünü qeyd etməliyəm. Zirvə Görüşü nəticəsində Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etməyə başlamışdır. Qoşulmama Hərəkatının Zirvə Görüşü Azərbaycanda keçirilmişdir və 120 ölkənin yekdil qərarı ilə Azərbaycan bu böyük təsisata 3 il ərzində sədrlik edəcəkdir. Bu, bizə göstərilən böyük etimaddır. Bu, onu göstərir ki, dünya birliyinin böyük əksəriyyəti Azərbaycanı dəstəkləyir və bizə böyük hörmətlə yanaşır”, - deyə bildirib.
Ölkəmiz 2019-cu ildə mühüm beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi edib
Azərbaycanda keçən il keçirilən mühüm tədbirlər sırasında Dünya dini liderlərinin II Bakı Sammiti xüsusi qeyd edilməlidir. Sammitdə bəşəriyyət üçün aktual olan qlobal əhəmiyyətli məsələlər müzakirəyə çıxarılıb, səmərəli fikir mübadilələri aparılıb. Tədbir dünya ictimaiyyətinin diqqətinə mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq ənənələrinin təşviqi kimi məsələlərin çatdırılması baxımından xüsusi əhəmiyyətə malik olub. Bir daha dünya ictimaiyyətinin diqqətinə reallıqlar təqdim olunub, tədbir iştirakçıları tolerantlıq və multikulturalizm məkanı olan Azərbaycanın dünyada dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfələr verdiyini qətiyyətlə ifadə ediblər. Sammitdə həmçinin Azərbaycanın əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı məkan, tolerantlıq nümunəsi olduğu xüsusilə nəzərə çatdırılıb. Sammitin əhəmiyyətini dəyərləndirən ekspertlər bildiriblər ki, Azərbaycan öz təklif və təşəbbüsləri ilə sivilizasiyalararası dialoqun inkişafına, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, ümumbəşəri dəyərlərin, multikulturalizmin təbliği və təşviqinə, qlobal xarakterli problemlərin həllinə dəyərli töhfələr verir. Xüsusi olaraq vurğulanıb ki, ölkəmizin ev sahibliyi etdiyi qlobal əhəmiyyətli nüfuzlu tədbirlər qarşılıqlı anlaşma və əməkdaşlığa xidmət edir, sivilizasiyalararası dialoqun təşviqi və inkişafında yeni yanaşmaların, ideyaların meydana çıxmasına əlverişli zəmin yaradır.
Bununla yanaşı, paytaxt Bakıda keçirilmiş V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və VII Qlobal Bakı Forumu beynəlxalq müstəvidə böyük maraqla izlənib. Forumlarda bir çox ölkələrin və beynəlxalq təşkilatların yüksəksəviyyəli rəsmiləri iştirak ediblər. Forumlarda səsləndirilən fikirlər Azərbaycanın mədəniyyətlərarası dialoqda aparıcı dövlətlərdən biri olduğunu bir daha təsdiq edir. Eyni zamanda, bu il Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi də beynəlxalq müstəvidə Azərbaycana olan yüksək inam və etimadın əyani ifadəsidir. “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar.
Eyni zamanda, ölkəmizdə 2019-cu ildə həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçirilib. Heç şübhəsiz, bu, türkdilli ölkələr arasında çoxşaxəli əlaqələrin inkişafı, regional və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bunlarla yanaşı, 2019-cu ildə ölkəmizdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər toplantısı, Formula 1 Azərbaycan Qran-Pri yarışları, UEFA Avropa Liqasının final oyunu, 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı, BMT-nin Dövlət Xidmətləri Forumu, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası, Narkotiklərlə mübarizə üzrə 36-cı Beynəlxalq Konfransı, 26-cı Beynəlxalq Xəzər Neft və Qaz-2019 sərgisi, Bakutel-2019 və digər mötəbər beynəlxalq tədbirlər keçirilib.
Azərbaycanın regional və beynəlxalq təşkilatlara sədrlik etməsi ölkəmizə olan yüksək etimadın bariz nümunəsidir
Bu da bir həqiqətdir ki, Azərbaycana olan rəğbət daim artır, ölkəmizə yüksək hörmət və etimad göstərilir. Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, xüsusilə də 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin yüksək beynəlxalq nüfuzunun göstəricisidir.
Vurğulamaq gərəkdir ki, ölkəmiz bu il də nüfuzlu beynəlxalq təşkilatlara sədrlik edəcək. Bəlli olduğu kimi, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunması ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür. Qeyd edək ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.
Bununla yanaşı, Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) Şurasının 9-cu iclasında TÜRKPA-ya sədrlik Türkiyədən Azərbaycana keçib. Ötən il dekabrın 18-də qurumun Bakıda keçirilən 9-cu iclasında Azərbaycan tərəfi sədrliyi dövründə atacağı addımların istiqamətlərini açıqlayıb. Ekspertlər qeyd edirlər ki, Azərbaycanın sədrliyi dövründə TÜRKPA-ın beynəlxalq statusunun daha da möhkəmlənməsi proqnozlaşdırılır. Qarşıdakı dövrdə üzv ölkələrin milli qanunvericiliyinin yaxınlaşdırılmasının, model qanunların hazırlanmasının, komissiyaların fəaliyyətinin gücləndirilməsinin, parlament aparatları arasında təcrübə mübadiləsi proqramlarının həyata keçirilməsinin diqqət mərkəzində olacağı vurğulanıb. O da qeyd olunub ki, qurumun beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsinin önəmli fəaliyyət istiqamətlərindən biri olacağı da nəzərə çatdırılıb. Digər tərəfdən, ölkəmiz bu il digər iki regional təşkilata - GUAM-a və TRACECA-ya sədrliyi həyata keçirəcək. Məlumata əsasən, Azərbaycanın GUAM-a sədrliyi dövründə enerji, nəqliyyat, infrastruktur, gömrük və ticarət sahələrində layihələrə böyük diqqət yetiriləcək.
Bütövlükdə, Azərbaycanın regional və beynəlxalq təşkilatlara sədrlik etməsi həmin təşkilatların çoxsaylı üzv ölkələri tərəfindən ölkəmizə göstərilən etimadın bariz nümunəsidir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27

