Türkiyə parlamentində 20 Yanvar faciəsi ilə bağlı fotosərgi açılıb
22.01.2020 [11:19]
Azərbaycanın Ankaradakı səfirliyi tərəfindən Türkiyə Böyük Millət Məclisində 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunan fotosərgi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, sərginin açılışında səfir Xəzər İbrahim və Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop çıxış ediblər.
Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsini xatırladan çıxışçılar əminliklə bildiriblər ki, ölkələrimiz və xalqlarımız arasındakı tarixi qardaşlıq münasibətləri getdikcə daha da möhkəmlənəcək.
Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərini xatırladan səfir bildirib ki, iki ölkə birgə səyləri davam etdirməklə gələcəkdə daha böyük uğurlar əldə edəcək. Digər məsələlərdə olduğu kimi, 20 Yanvar hadisələri ilə bağlı Türkiyənin sərgilədiyi doğma münasibət də qardaşlığımıza bariz nümunədir.
Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar Azərbaycanda və digər ölkələrdə geniş şəkildə anma mərasimlərinin təşkil olunduğunu diqqətə çatdıran parlament sədri Mustafa Şəntop bildirib ki, hər zaman Azərbaycanın acısına şərik olan Türkiyə ölkəmizə qarşı qardaşlıq münasibətlərini bundan sonra da davam etdirəcək. O deyib ki, parlamentdə keçirilən bu tədbirin məqsədi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycanda törətdiyi ağır cinayəti dünyaya bir daha tanıtmaqdır. İyirmi Yanvar hadisələri tarixə qərənfillərin ağladığı gün kimi yazılıb. Bu hadisə Azərbaycan xalqının milli iradəsini və azadlıq sevgisini qırmaq üçün həyata keçirilən hərbi təcavüz və qətliamdır.
Çıxışlardan sonra sərgi ilə tanışlıq olub. İştirakçılara 20 Yanvar hadisələrini əks etdirən materiallar paylanılıb.
Sərgi bir həftə davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

