Georgi Tsereteli: ATƏT PA Azərbaycan ilə əlaqələrin inkişafına böyük maraq göstərir
31.01.2020 [10:22]
Yanvarın 30-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının (ATƏT PA) sədri Georgi Tsereteli ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonağı səmimi salamlayan Oqtay Əsədov bu səfər çərçivəsində keçiriləcək görüşlərin Azərbaycan ilə ATƏT PA arasında münasibətlərin inkişafına dəyərli töhfə verəcəyinə ümid etdiyini bildirib.
Qeyd edilib ki, Georgi Tseretelinin ATƏT PA-ya sədrliyi dövründə müstəqil Azərbaycan ilə bu qurum arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə qalxıb. Qonağın ədalətli mövqeyi, proseslərə obyektiv baxışı sayəsində təşkilatın qurumları ilə əlaqələrimiz normal məcrada inkişaf etməkdədir. Təqdirəlayiq haldır ki, Azərbaycan nümayəndə heyəti tərəfindən qurumda qaldırılmış təşəbbüslər Parlament Assambleyasında dəstəklənib. Azərbaycan gələcəkdə də qurumda fəaliyyətini bu istiqamətdə davam etdirmək niyyətindədir.
Qonağın parlament seçkiləri ərəfəsində ölkəmizə səfər etdiyini vurğulayan Sədr Oqtay Əsədov qurum rəhbərliyinin ölkə əhəmiyyətli bu prosesə diqqətini yüksək qiymətləndirib. Bildirib ki, qarşıdakı parlament seçkilərini ATƏT PA-nın xətti ilə 70-dən çox müşahidəçi izləyəcək. Ümumiyyətlə, parlament seçkilərini izləmək üçün 50 mindən artıq müşahidəçi qeydiyyata alınıb. Onlardan 429-u beynəlxalq müşahidəçilərdir.
Spiker deyib ki, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçki praktikası və qanunvericilik təkmilləşdirilib. O.Əsədov əmin olduğunu bildirib ki, 9 fevral seçkilərində seçicilər öz iradələrini sərbəst şəkildə ifadə edərək bəyəndikləri namizədə səs verəcəklər.
Söhbət zamanı, Oqtay Əsədov qonağın təmsil etdiyi təşkilatın bu siyasi prosesə obyektiv qiymət verəcəyinə inandığını bildirib.
Səmimi qəbula görə minnətdarlığını bildirən ATƏT PA-nın sədri Georgi Tsereteli ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşlərin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Milli Məclisin rəhbərliyi ilə artıq mütəmadi xarakter halını almış bu təmaslar münasibətlərimizin inkişaf dinamikasının göstəricisidir. “ATƏT PA Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır. Azərbaycan bizim üçün çox önəmli ölkədir”, - deyən Georgi Tsereteli Azərbaycan nümayəndə heyətinin təşkilatın işində fəaliyyətindən razı qaldığını vurğulayıb, gələcəkdə də bu fəaliyyətin yüksək səviyyədə davam etdiriləcəyinə əminliyini bildirib.
Sonra Georgi Tsereteli fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı fikirlərini bölüşüb.
Daha sonra tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Sədrinin müavini, ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri Bahar Muradova və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40

