/ / MDB-nin Müşahidə Missiyası Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı aralıq hesabatını yayıb
MDB-nin Müşahidə Missiyası Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı aralıq hesabatını yayıb
06.02.2020 [09:58]
Müstəqil Dövlətlər Birliyinin (MDB) Müşahidə Missiyası fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı aralıq hesabatını yayıb.
AZƏRTAC xəbər verir ki, MDB İcraiyyə Komitəsinin saytında dərc olunmuş hesabat 19 yanvar-3 fevral dövrünü əhatə edir.
Hesabata görə, monitorinq çərçivəsində MDB-dən olan uzunmüddətli müşahidəçilər Bakı ilə yanaşı, 21 rayon və şəhərdə seçki kampaniyasını izləyiblər və bu qənaətə gəliblər ki, bu sayda namizədin seçki kampaniyasında iştirakı seçki sisteminin açıq olduğunu, ölkədə siyasi plüralizm və seçicilər üçün real seçim imkanının olduğunu göstərir.
Hesabatda deyilir ki, seçki komissiyaları seçkilərin qanunvericiliyə uyğun şəkildə təşkili üçün bütün lazımi tədbirləri görür. Deputatlığa namizədlərə və siyasi partiyalara təbliğat aparmaq üçün bərabər şərait yaradılıb, namizədlər və onların nümayəndələri seçicilərlə aktiv görüşləri davam etdirirlər.
Təbliğat kampaniyasının sakit keçdiyini deyən müşahidəçilər hesab edirlər ki, bu, keçirilən dövr ərzində hər hansı ciddi qanun pozuntusunun olmadığını göstərir.
Missiya Mərkəzi Seçki Komissiyası, Baş Prokurorluq, Ali Məhkəmə və Daxili İşlər Nazirliyinə müraciət edərək, seçki prosesinin pozulması ilə bağlı vətəndaşlardan daxil olan müraciətlər, onlara baxılmasının nəticələri haqqında məlumat verməyi xahiş edib. Cavablar öyrənildikdən və ümumiləşdirildikdən sonra müvafiq məlumat missiyanın yekun bəyanatında öz əksini tapacaq.
Hesabatda qeyd olunur ki, seçkilərdən sonrakı sənəddə missiya seçki kampaniyasının monitorinqinin nəticələri üzrə yekun rəyini açıqlayacaq.
Xəbər lenti
Hamısına baxSosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55

