Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Muharrem Akkaya: Azərbaycanda seçkilər mükəmməl şəkildə keçib

Muharrem Akkaya: Azərbaycanda seçkilər mükəmməl şəkildə keçib

10.02.2020 [11:33]

Xarici müşahidəçilər Azərbaycanda keçirilən parlament seçkilərini yüksək qiymətləndirirlər.
AZƏRTAC xəbər verir ki, Türkiyənin DHA xəbər agentliyinə açıqlama verən Türkiyə Ali Seçki Komissiyasının sədri Muharrem Akkaya seçkilərin gedişindən razı qaldığını söyləyib.
“İki gündür Azərbaycandayıq. Səsvermə məntəqələrində müşahidələr aparırıq. Bu vaxtadək heç bir problemli vəziyyətlə üzləşməmişik. Hər şey mükəmməl gedir. Seçkilərin azərbaycanlı qardaşlarımıza xeyirli nəticələr gətirməsini diləyirik”, - deyə o bildirib.
Türkiyə Ali Seçki Komissiyasının sədri bu vəzifədə ilk xarici səfərini parlament seçkilərini izləmək üçün Azərbaycana etməsindən məmnunluğunu bildirib.

Paylaş:
Baxılıb: 351 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31