/ / Bahar Muradova: Dalana dirənmiş danışıqları nəticəyə yönəlmiş prosesə çevirmək üçün bu debatı yeni bir başlanğıc hesab etmək olar
Bahar Muradova: Dalana dirənmiş danışıqları nəticəyə yönəlmiş prosesə çevirmək üçün bu debatı yeni bir başlanğıc hesab etmək olar
19.02.2020 [10:14]
“Münxen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistan rəhbərləri arasında münaqişə tarixində ilk dəfə keçirilən debatda beynəlxalq diplomatiya ilə məhəllə təfəkkürü üz-üzə gəldi. 30 ildən sonra belə bir formatda keçirilən bu görüş diqqətləri Ermənistan rəsmilərinin Azərbaycan tərəfi ilə bu günədək niyə yalnız bağlı qapılar arxasında “konfidensial” danışıqlara üstünlük verməsinə, eləcə də Minsk qrupu həmsədrlərinin bunun üçün vasitəçilik etdikləri görüntüsünü yaratmalarına yönəltdi.
Mənə görə, bu iki səbəbdən dalana dirənmiş danışıqları nəticəyə yönəlmiş prosesə çevirmək üçün bu debatı yeni bir başlanğıc hesab etmək olar”. Bu fikirləri Milli Məclisin Sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib.
B.Muradova bildirib ki, sülh danışıqlarının əsas iştirakçıları olan Azərbaycan və Ermənistan respublikasının vətəndaşları, o cümlədən danışıqlarda maraqlı tərəflər kimi keçən Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları bir daha kimin nəyə qadir olduğunu və öz xalqını necə təmsil etdiyini əyani şəkildə gördülər. O cümlədən dünya ictimaiyyəti, bu konfransda iştirak edən dövlət rəsmiləri, siyasətçilər və ekspertlərin gözü qarşısında təcavüzkar siyasətə haqq qazandırmağın daha mümkün olmadığı üzə çıxdı.
“İndi məni bir sual maraqlandırır. Görəsən, yüz illərlə böyük Ermənistan yalanları ilə dünyanın gözünə kül üfürən, öz xalqını isə zombi kimi uydurma tarix naminə bu günündən və gələcəyindən keçməyə sövq etməyə çalışan erməni “başbilənləri” tarixin qaranlıq səhifələrində eşələnən bir “küçə demokratı”nın elə həmin tarixdən kəsilməsini həzm edə biləcəklərmi?
Eyni zamanda, erməni xalqının məntiqi təfəkkürü, insanlıq dəyərlərini inkar etməyən kəsiminin bu taleyə boyun əyməyin perspektivsiz bir iş olduğunu anladığını qəbul edərək səslərini qaldırıb-qaldırmayacaqları kifayət qədər əhəmiyyətli bir məsələdir. Onlar indi “həqiqətlərlə yalanların” mübarizəsində öz xalqının yerini heç olmasa bundan sonra harada gördüklərini açıq demək üçün imkan əldə etmişlər. İkinci bir sual isə ondan ibarətdir ki, bu imkan erməni ziyalıları və öz xalqını düçar olduqları bu çıxılmaz vəziyyətdən xilas etmək gücündə olan əsl vətənpərvərlər tərəfindən lazımınca dəyərləndiriləcəkmi? Yoxsa bu dəfə də özlərinin söylədiyi kimi, “əzabkeş erməni xalqının mənafeyi diletant baş nazirin öz “makro inqilabının” nəticələrini qorumaq üçün “mikro inqilablar” seriyası kimi sərsəm planları vasitəsilə daha uzun müddətə əldən veriləcək? Baxaq, görək!!!” - deyə B.Muradova vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

