/ / Deputat: Prezidentin çıxışı islahatları təmin edəcək siyasi iradənin qətiyyəti kimi qəbul edilə bilər
Deputat: Prezidentin çıxışı islahatları təmin edəcək siyasi iradənin qətiyyəti kimi qəbul edilə bilər
13.03.2020 [09:17]
Azərbaycan Prezidentinin altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışı məzmun etibarilə konseptual, çağırışlar etibarilə tarixi çıxış idi. Əslində, bu çıxışda irəli sürülən fikirlər və vəzifə kimi müəyyənləşdirilə biləcək tövsiyələr siyasi sistemimizdə və ictimai münasibətlər sistemimizdə yeni tarixi mərhələ yaradacaq keyfiyyət mərhələsinin başlanğıcı da hesab edilə bilər. Çünki Prezident İlham Əliyev siyasi sistemimizin möhkəmləndirilməsi, siyasi proseslərin sağlam zəmində gücləndirilməsinin vacibliyi, genişmiqyaslı siyasi islahatların aparılması və yeni siyasi konfiqurasiyadan danışdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Deputat deyib ki, bunlar önümüzdə nə qədər dərin və məzmunlu islahatların həyata keçiriləcəyinin anonsu, bu islahatları təmin edəcək siyasi iradənin qətiyyəti kimi qəbul edilə bilər. Elə yeni parlamentin tərkibi və parlament rəhbərliyinin çoxpartiyalı əsaslarda formalaşması da bunun əyani sübutudur. Çünki bu vaxta qədər parlamentarizm tariximizdə Milli Məclisin sədr müavinlərinin birinin müxalifət partiyasının təmsilçisi olması təcrübəsi yox idi və altıncı çağırışda bu, bir ilk oldu. Paralel olaraq komitə sədri və müavinlər səviyyəsində də müxalif və bitərəflərin iştirakçılığının təmin olunması artıq Milli Məclisdə yeni siyasi konfiqurasiya yaratdı ki, bu da ayrıca bir yenilikdir.
Hikmət Babaoğlu əlavə edib ki, aparılan islahatlar kontekstində bu islahatların bütövlükdə siyasi sistemimizi tam əhatə edəcək qədər dərinləşməsini də proqnozlaşdırmaq olar. Azərbaycan Prezidentinin nitqində ən əsas məsələlərdən biri də deputatlarla seçicilər arasında yeni münasibətlərin yaradılmasının zəruriliyi ilə bağlı idi. Bu vaxta qədər deputat-seçici münasibətləri bəzi hallarda elə seçki dövrü ilə məhdudlaşırdı ki, bu da seçicilərin problemlərinin həlli, yaxud onların məmnun edilməsi məsələsində ciddi problemlər yaradırdı. Önümüzdəki mərhələdə bu xoş olmayan hal da aradan qalxacaq və beləliklə, seçici səs verdiyi deputatla sıx ünsiyyətdə olmaqla qarşılıqlı etimada əsaslanan münasibətlər qura biləcək. Nəticə etibarilə, həm problemlər həll ediləcək, həm də ümumi əlaqələrimizdə ictimai etimad mühiti formalaşacaq ki, bu da cəmiyyətin və siyasi sistemimizin inkişafı baxımından olduqca əhəmiyyətli sosial amildir. Əminəm ki, hər bir deputat Azərbaycan Prezidentinin çıxışını özünün fəaliyyət proqramı kimi qəbul etməklə siyasi sistemimizin daha da güclənərək yeni keyfiyyət mərhələsinə qədəm qoymasına öz töhfəsini verəcək.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

