/ / Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib
17.03.2020 [09:45]
Martın 16-da VI çağırış Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə komitənin sədri Səməd Seyidov deputat həmkarlarını Milli Məclisə üzv seçilmələri münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Komitə sədri Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasındakı çıxışında ölkəmizin beynəlxalq münasibətlərinə dair söylədiyi fikirləri bir daha komitə üzvlərinin diqqətinə çatdırıb. Bildirib ki, deputatlar Prezidentin proqram xarakterli çıxışındakı məsələləri daim diqqətdə saxlamalıdırlar.
Sonra Səməd Seyidov diqqətə çatdırıb ki, iclasın gündəliyinə 6 məsələ daxildir.
Deputatlar əvvəlcə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2020-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planını müzakirə ediblər. Komitə üzvləri Sevinc Fətəliyeva, Asim Mollazadə, Nəsib Məhəməliyev, Rasim Musabəyov, Azər Kərimli, Elman Nəsirov, Kamran Bayramov, Sabir Rüstəmxanlı və Cavanşir Feyziyev işlər planı barədə qeyd və təkliflərini bildiriblər. Müzakirələrdən sonra komitənin 2020-ci ilin yaz sessiyası üçün işlər planı təsdiqlənib.
Sonra komitədə bir sıra Sazişlər müzakirəyə təqdim edilib.
İclasda “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşulmaq barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının və Türkmənistanın rabitə operatorları tərəfindən Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında” Sazişin təsdiq edilməsi barədə, “2012-ci il 27 aprel tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokolun təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında pensiya təminatı haqqında” Sazişin təsdiq edilməsi barədə və “Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında diplomatik nümayəndəlik və konsulluq müəssisələri əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti növlərini həyata keçirmələri haqqında” Sazişin təsdiq edilməsi barədə məsələlər Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.
Bildirilib ki, bu sənədlər ölkəmizin beynəlxalq əlaqələrinin inkişafına xidmət edir.
Bununla da VI çağırış Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin yaz sessiyasında ilk iclası başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44

