/ / Azərbaycanda hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir
Azərbaycanda hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir
09.04.2020 [13:31]
Hərbçilərin mənzillərlə təmin olunmaları Azərbaycan Ordusunun mənəvi-psixoloji, döyüş əhval-ruhiyyəsinin yüksək tutulması, dövlət təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir
Müharibə şəraitində yaşayan Azərbaycanda güclü ordu quruculuğu dövlət siyasətinin prioritetlərindən birini təşkil edir. Ölkəmizin iqtisadi-maliyyə imkanları genişləndikcə Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artırılması istiqamətində ardıcıl işlər görülür, ordu quruculuğu sahəsində tədbirlər uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan məqsədyönlü tədbirlərin məntiqi nəticəsi olaraq Azərbaycan ordusunun maddi-texniki bazası, kadr potensialı əhəmiyyətli dərəcədə möhkəmlənib və döyüş qabiliyyəti artıb. Bu gün Silahlı Qüvvələrimiz dünyanın 50 ən güclü ordusu sırasında yer alır və istənilən döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməyə hazırdır.
Müstəqil Azərbaycanın müasir və güclü ordu quruculuğu siyasəti bir sıra spesifik cəhətləri ilə fərqlənir. Bu sahədə uğurlarımızı şərtləndirən əsas amillərdən biri isə dövlətin öz həyatlarını Vətənin müdafiəsinə həsr edən hərbi qulluqçuların sosial müdafiəsini davamlı olaraq gücləndirməsi ilə bağlıdır. Əsgər və zabitlərin xidmət şəraitinin yaxşılaşdırılması, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, Silahlı Qüvvələrimizdə xidmət göstərənlərin əməkhaqlarının davamlı olaraq artırılması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, mənzil-məişət problemlərinin həlli respublikamızda hərbi qulluqçulara göstərilən dövlət qayğısının əhatə dairəsinin kifayət qədər geniş olduğunu təsdiqləyir.
İnkaredilməz reallıqdır ki, şanlı Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin gücünü, işğal altındakı torpaqlarımızı azad etməyə qadir olduğunu düşmənə göstərdi. İşğalçı qüvvələrə sarsıdıcı zərbələr vurulması və bir sıra strateji əhəmiyyətli məntəqələrin geri qaytarılması ilə nəticələnən Aprel döyüşləri Silahlı Qüvvələrimizin döyüş tarixində həmişə qürurla xatırlanacaq. Belə bir şanlı zəfərin növbəti ildönümü ərəfəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının yeni mənzillərlə təmin olunması isə böyük rəmzi məna daşıyır.
Xəbər verildiyi kimi, bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Suraxanı rayonunun Hövsan qəsəbəsində salınan yeni yaşayış kompleksinin açılışı olub. Qeyd edək ki, ölkə Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanı ilə yaradılan komissiyanın müraciəti əsasında hərbi qulluqçuların mənzillərlə təmin olunması məqsədilə kompleksdə tam təmirli 436 mənzil ayrılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, mənzillər tam təmirli olmaqla yanaşı, zəruri mebel avadanlıqları, fərdi kombi sistemi ilə də təchiz edilib. Kompleksin daxilində yaşayış üçün bütün infrastruktur yaradılıb. Belə ki, 1920 şagird yerlik məktəb binası, hər biri 90 yerlik iki uşaq bağçası inşa olunaraq sakinlərin ixtiyarına verilib. 20 hektar ərazidə inşa olunan kompleksin həyətində işıqlandırma sistemləri qurulub, yaşıllıq sahəsi salınıb, ətraf abadlaşdırılıb, uşaqların asudə vaxtının səmərəli təşkili üçün park və mini futbol meydançaları yaradılıb. Bütün bunlar da şəhərcik sakinlərinin rahatlığının təmin olunmasına əlverişli şərait yaradır.
Mənzillər təqdim olunan hərbi qulluqçular və onların ailə üzvləri yaradılan şəraitə, göstərilən qayğıya görə Ali Baş Komandana, Birinci vitse-prezidentə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. “Dövlətin daim qayğısı ilə əhatə olunan hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə icra olunan mühüm layihələr bundan sonra da ardıcıl xarakter alacaq. Hər bir hərbiçi, müharibə əlili, şəhid ailəsi tam əmin ola bilər ki, dövlətimiz daim onların yanında olacaq və öz qayğısını yüksək səviyyədə göstərməyə davam edəcək”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında vurğulanıb.
Azərbaycan Ordusunu güclü və yenilməz edən amillərdən biri respublikamızda cəmiyyətin Silahlı Qüvvələrlə, əsgər və zabitlərimizlə sıx həmrəylik nümayiş etdirməsidir. Azərbaycanın hər bir vətəndaşı ordumuza dayaq durmağa, ona bacardığı qədər dəstək verməyə hazırdır. Belə bir həmrəylik, vəhdət isə öz növbəsində Silahlı Qüvvələrimizin gücünə əlavə güc qatır. Cəmiyyətin dəstəyi, dövlətin qayğısı hərbi qulluqçuları öz xidməti vəzifələrini daha yüksək səviyyədə yerinə yetirməyə ruhlandırır.
Deyilənlər baxımından hərbçilərə yeni mənzillərin verilməsi də olduqca əhəmiyyətli hadisədir. Bunu sadəcə hərbçilərə ev verilməsi kimi yox, daha əhəmiyyətli hadisə - Azərbaycan Ordusunun mənəvi-psixoloji, döyüş əhval-ruhiyyəsinin yüksək tutulması, dövlət təhlükəsizliyimizin təmin olunması konteksində qiymətləndirmək doğru olardı. Orduda xidmət göstərən hərbi qulluqçu da bir vətəndaşdır, onun da qayğıları öz həllini tapmalıdır və tapır da. Aprel döyüşlərinin növbəti ildönümü ərəfəsində Silahlı Qüvvələrimizin təmsilçilərinə yeni mənzillərin verilməsi göstərdi ki, Azərbaycan dövləti daim hərbçilərimizin bütün sosial məsələrini həll edir. Bu amil, öz növbəsində, hərbçilərin diqqətini daim Vətənin müdafiəsinə yönləndirmiş olur. Bütün bunlar isə qüdrətli ordumuzun döyüş qabiliyyətinin artırılması baxımından olduqca əhəmiyyətlidir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50

