/ / Prezident İlham Əliyev: Pandemiya dövründə Azərbaycan digər məsuliyyətli ölkələr kimi, ilk növbədə, vətəndaşların sağlamlığını nəzərə alır
Prezident İlham Əliyev: Pandemiya dövründə Azərbaycan digər məsuliyyətli ölkələr kimi, ilk növbədə, vətəndaşların sağlamlığını nəzərə alır
11.04.2020 [11:28]
Dövlət başçısının imzaladığı müvafiq Sərəncamla zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükünə 97 milyon manat vəsaitin ayrılması koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir
Bu günlərdə Azərbaycanda koronavirus pandemiyasına qarşı səhiyyə tədbirlərinin gücləndirilməsi məqsədilə daha bir mühüm addım atılıb. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 9 aprel 2020-ci il tarixində “Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında” Sərəncam imzalayıb. Bəhs olunan Sərəncamla koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97,0 (doxsan yeddi) milyon manat vəsait ayrılıb. Şübhə yoxdur ki, dövlət başçısının Sərəncamına əsasən, səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, zəruri tibbi avadanlığın və digər tibb vasitələrinin tədarük edilərək ölkəmizə gətirilməsi respublikamızda koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması məqsədilə aparılan mübarizənin səmərəliliyini daha da artıracaq.
Azərbaycanda vətəndaşlar dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunublar
Son 16 ilin təcrübəsindən də bəlli olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasətin nəticəsində ölkəmizdə möhkəm xalq-iqtidar birliyi formalaşıb. Azərbaycan dövləti öz siyasətində bir qayda olaraq cəmiyyətdən gələn sosial sifarişləri əsas götürür və buna uyğun strateji fəaliyyət istiqamətləri müəyyənləşdirir. Respublikamızda gözəl ənənə formalaşıb - ən çətin məqamlarda dövlət vətəndaşların yanında olur, onların qayğısına qalır və yaranan problemləri qısa müddətdə aradan qaldırır. Belə ardıcıl və xəlqi siyasət öz növbəsində Azərbaycan cəmiyyətində dövlətə, Prezident İlham Əliyevə böyük inam yaradır. Bu gün mövcud olan möhkəm xalq-iqtidar birliyi Azərbaycanın böyük üstünlüyü, ölkəmizin inamlı inkişafını şərtləndirən əsas amillərdən biridir.
Azərbaycan dövləti çətin pandemiya şəraitində də öz vətəndaşlarının qayğısına qalır. Respublikamızda COVİD – 19-a ilk yoluxma faktı qeydə alınandan etibarən bütün aidiyyatı qurumlar dövlət başçısının tapşırıqlarına uyğun olaraq gücləndirilmiş və koordinasiya edilmiş şəkildə fəaliyyət göstərirlər. İndiyədək Prezident İlham Əliyev tərəfindən pandemiyanın ölkə ərazisində daha geniş miqyasda yayılmasının qarşısının alınmasını, eləcə də xarici mənfi tendensiyaların milli iqtisadiyyatımıza təsirinin azaldılmasını, epidemiyadan zərər çəkən sahələrdə çalışan insanların sosial müdafiəsinin təmin edilməsini və digər bu kimi mühüm məqsədləri hədəfləyən qərarlar qəbul edilib. Prezident İlham Əliyev bu günlərdə Sumqayıt Kimya Sənaye Parkında istifadəyə verilən tibbi maska istehsalı müəssisəsinin açılışından sonara xalqa müraciətində respublikamızda pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində mümkün olan hər şeyin edildiyini bildirərək vurğulayıb: “Azərbaycan dövləti bu ciddi vəziyyətlə üzləşərək yenə də öz gücünü göstərdi. Onu göstərdi ki, bizim əsas vəzifəmiz xalqımızı, dövlətimizi qorumaqdır. Buna nail olmaq üçün istənilən addımların atılması mümkündür və biz bunu edirik”.
Yaranmış vəziyyətdə ölkəmizdə insanların sağlamlığının qorunması, virusa yoluxma hallarının erkən mərhələdə aşkarlanması, xəstələrin müalicəsi və bu kimi digər məsələlər isə xüsusilə diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev insanların sağlamlığının qorunmasını aidiyyatı qurumların qarşısına əsas şərt kimi qoyub. Dövlətimizin başçısı bir qədər bundan əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən bu xüsusda fikirlərini bir daha nəzərə çatdıraraq vurğulayıb ki, bizim əsas məqsədimiz, ilk növbədə, vətəndaşların təhlükəsizliyidir, sağlamlığıdır və onların rifahıdır. “Pandemiya dövründə Azərbaycan digər məsuliyyətli ölkələr kimi, ilk növbədə, vətəndaşların sağlamlığını nəzərə alır”, - deyə dövlətimizin başçısı bildirib.
Respublikamızda pandemiyanın daha geniş miqyasda yayılmasının qarşısının alınması və insanların sağlamlığının qorunması məqsədilə həyata keçirilən səhiyyə tədbirlərinin miqyası kifayət qədər genişdir. Ölkəmizdə qısa müddətdə COVİD-19-a yoluxma hallarını dəqiqliklə qeydə almağa imkan verən laboratoriyalar quraşdırılıb. Əlamətdar haldır ki, artıq belə laboratoriyalar regionlarda da yaradılır ki, bunun da nəticəsində operativlik təmin edilir, həmçinin paytaxtdakı müvafiq səhiyyə qurumlarının yüklənməsininin qarşısı alınır.
Həyata keçirilən müayinələrin sayı da ölkəmizdə pandemiyanın yayılmasına qarşı çox ciddi səhiyyə tədbirlərinin görüldüyünü təsdiqləyir. Qeyd edək ki, indiyədək respublikamızda 60 minə yaxın test aparılıb. Bu göstəriciyə görə Azərbaycan dünyanın aparıcı ölkələri sırasında yer alır. Yeri gəlmişkən, respublikamız pandemiyaya qarşı mübarizənin səmərəliliyini artırmaq üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə sıx əməkdaşlıq edir. Qurumun mütəxəssisləri ölkəmizin dəvəti ilə respublikamıza gəliblər. Onlar vəziyyətlə tanış olublar və ölkəmizdə görülən işlərə yüksək qiymət veriblər. Eyni zamanda, Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizə aparmaq üçün 5 milyon dollar vəsait ayırıb. Bu, respublikamızın ümumi işə, dünyanın üzləşdiyi problemin həllinə verdiyi dəyərli töhfədir.
Respublikamızda qısa müddətdə tibbi maska istehsalı üzrə müvafiq müəssisənin qurulması da pandemiyaya qarşı mübarizənin səmərəliliyini artırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Sumqayıt Kimya Sənaye Parkında yaradılan bu müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək. Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır. Bundan əlavə, Sumqayıt Kimya Sənaye Parkında yeni istifadəyə verilən istehsalat ölkəmizdə tibbi maska buraxan yeganə müəssisə olmayacaq. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq.
Qısa müddətdə respublikamızda həmçinin dezinfeksiya vasitələrinin istehsalı da təşkil edilib. Hazırda ölkəmizdə 6 şirkət dezinfeksiyaedici məhlullar istehsalı ilə məşğuldur.
Respublikamızın güclü səhiyyə infrastrukturu pandemiyaya qarşı səmərəli mübarizə aparmağa geniş imkanlar yaradır
Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizənin səmərəliliyini şərtləndirən əsas amillərdən biri də ölkəmizin güclü səhiyyə infrastrukturuna malik olması ilə bağlıdır. Prezident İlham Əliyevin bu günlərdə “Yeni klinika” tibb müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra xəstəxananın kollektivi ilə görüşdəki çıxışında da bildirdiyi kimi, bütövlükdə son illərdə ölkəmizin səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində böyük işlər görülmüşdür. 2004-cü ildən bu günə qədər 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. “Bu gün Azərbaycanda elə şəhər yoxdur ki, orada müasir tibb mərkəzi, xəstəxana olmasın. Üç-dörd şəhərdə mərkəzi rayon xəstəxanasının tikintisi davam edir və yaxın vaxtlarda orada açılışlar gözlənilir. Təkcə bu il Qazax, Goranboy və Şəmkir şəhərlərində mənim iştirakımla mərkəzi rayon xəstəxanalarının açılışı olmuşdur. Təsəvvür edin, əgər biz bu sahəyə fikir verməsəydik, bu gün bizim vəziyyətimiz əlbəttə ki, tələbatımızı təmin edə bilməzdi”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Zamanında respublikamızda qurulan güclü səhiyyə infrastrukturu bu gün pandemiyaya qarşı səmərəli mübarizə aparmağa geniş imkanlar yaradır. Hazırda ölkəmizdəki 20-dən çox xəstəxanada koronavirus xəstələrinin müalicəsi aparılır. Bu xəstəxanaların əksəriyyəti ən müasir tibbi avadanlıqlarla təchiz ediliblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə martın 28-də Bakıda açılışı keçirilən “Yeni klinika” tibb müəssisəsi də koronavirus xəstələrinin müalicəsinə cəlb edilib. Ölkəmizin ən müasir və ən böyük tibb müəssisəsi olan “Yeni klinika”da koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alacaqlar. Bu tibb ocağında quraşdırılan avadanlıq istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir. Tibb ocağı 575 çarpayılıqdır. Burada cərrahiyyə, terapiya, təcili tibbi yardım, poliklinika, ürək və damar cərrahiyyəsi, neyrocərrahiyyə, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Xəstəxanada 1500-dən artıq həkim və tibbi heyət çalışacaq.
Açılış mərasimində də bildirildiyi kimi, xəstəxananın istifadəyə verilməsi cari il yayın sonunda və yaxud payızın əvvəlində nəzərdə tutulurdu. Ancaq pandemiyaya görə işlər sürətləndirildi, əlavə vəsait ayrıldı, qüvvələr səfərbər olundu və beləliklə də, xəstəxananın mərhələli yollarla fəaliyyətə başlaması təmin edildi. Artıq birinci mərhələdə 100 çarpayı xəstələrin ixtiyarına verilib, növbəti mərhələdə isə daha 300 çarpayı hazırlanacaq. Prezident İlham Əliyev “Yeni klinika”nın koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə cəlb edilməsini yüksək dəyərləndirərək vurğulayıb: “Ölkəmizin bir nömrəli xəstəxanasını koronavirus xəstələrinin sərəncamına vermək – bundan böyük addım ola bilməz”.
Respublikamızda həmçinin pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində 6 modul tipli xəstəxananın inşasına start verilib. Prezident İlham Əliyevin 7 aprel 2020-ci il tarixində imzaladıı “Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 14,8 milyon (on dörd milyon səkkiz yüz min) manatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ayrılıb.
Respublikamızda pandemiyaya qarşı aparılan genişmiqyaslı səhiyyə tədbirlərindən söhbət açarkan digər bir mühüm məqamı da xüsusi qeyd edə bilərik. Söhbət həkimlərin fədəkarlığından gedir. Prezident İlham Əliyevin “Yeni klinika”nın açılış mərasimindəki çıxışında bildirdiyi kimi, əlbəttə ki, bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Dövlət başçımız həkimlərin fəaliyyətindən razılığını bildirərək “Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm”, - deyə vurğulayıb. Bu məqamda onu da nəzərə çatdıraq ki, ölkəmizdə koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

