/ / Ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir
Ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir
15.04.2020 [10:28]
Prezident İlham Əliyev: Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və həm də makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün 2,5 milyard manat və ya təqribən 1,5 milyard dollar vəsait ayrılmışdır
Yeni növ koronavirus infeksiyasının dünya miqyasında geniş yayılmasının fəsadlarından biri onun qlobal iqtisadiyyata vurduğu ziyanla bağlıdır. Pandemiya şəraitində mal və xidmətlərə istehlakın azalması səbəbindən tələb və təklif arasında balans pozulub və iqtisadi aktivlik əhəmiyyətli dərəcədə aşağı düşüb. Koronavirus pandemiyasının qlobal iqtisadiyyata vurduğu ziyanı dəyərləndirən beynəlxalq səviyyəli qurumlar bildirirlər ki, indiki iqtisadi geriləmə hətta 2008-2009-cu illər böhranını da üstələyəcək.
Yaranmış vəziyyətdə Azərbaycanda xarici mənfi proseslərin milli iqtisadiyyatımıza təsirlərini azaltmaq, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan sahibkarlara və muzlu işçilərə dəstək vermək, iş yerlərini qorumaq, əhalinin sosial müdafiəsini təmin etmək, həmçinin postpandemiya dövründə yeni iqtisadi inkişaf modelinin tətbiqi üçün real zəmin hazırlamaq məqsədilə operativ tədbirlər görülür. Nəzərdə tutulan bütün tədbirlər Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilir və dövlət başçısının tapşırığı ilə ölkənin bütün əlaqədar qurumlarının koordinasiya olunmuş fəaliyyəti təmin edilir. Yeri gəlmişkən, Prezident İlham Əliyev bu günlərdə Onun təşəbbüsü ilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşündəki çıxışında pandemiya şəraitində milli iqtisadiyyatın dövlət tərəfindən dəstəklənməsi, yaranmış çətin şəraitdə əhalinin həssas qruplarına diqqət və qayğının artırılması ilə bağlı həyata keçirilən tədbirlərdən ətraflı bəhs edib.
Qlobal pandemiya şəraitində ölkə iqtisadiyyatına xarici mənfi təsirləri azaltmaq üçün müvafiq tədbirlər görülür
Azərbaycan dövləti pandemiyanın və digər arzuolunmaz tendensiyaların milli iqtisadiyyatımıza mənfi təsirlərinin azaldılması istiqamətində konkret tədbirlər həyata keçirir. Pandemiya şəraitində iqtisadiyyatın funksionallığının təmin edilməsi məqsədilə nəzərdə tutulan tədbirlərin əhatə dairəsi kifayət qədər genişdir. İndiyədək dövlət başçısı müxtəlif istiqamətlərdə dövlət dəstəyi mexanizmlərini özündə ehtiva edən çoxsaylı sənədlər imzalayıb. Verilən qərarlar həm hüquqi bazanın yaradılmasını, həm praktiki müstəvidə zəruri işlərin görülməsini, həm də maddi dəstək tədbirlərini əhatə edir. Məlum olduğu kimi, Prezident İlham Əliyev 19 mart 2020-ci il tarixində “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalayıb. Bəhs olunan sənədə əsasən, 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyard manat ayrılıb. Eyni zamanda Azərbaycan Respublikasının Baş Naziri 4 aprel 2020-ci il tarixində dövlət başçısının bəhs olunan Sərəncamının icrasını təmin etmək məqsədilə Tədbirlər Planını təsdiqləyib.
Sənəddə müxtəlif istiqamətlərdə konkret tədbirlərin reallaşdırılması nəzərdə tutulur və artıq onların bir çoxunun icrasına start verilib. O cümlədən banklar tərəfindən sahibkarlara yeni verilən 500 milyon manat həcmində kreditlərin 60 faizinə dövlət zəmanəti təmin olunacaq. Zəmanət verilən kreditlər üzrə faiz dərəcəsinin yarısı dövlət büdcəsinin vəsaitləri hesabına subsidiyalaşdırılacaq. Dövlət zəmanəti olmayan 1 milyard manat həcmində mövcud bank kreditləri üzrə faiz dərəcəsinin 10 faiz bəndi subsidiyalaşdırılacaq. Bu tədbirin əsas məqsədi pandemiya səbəbindən faizlərin ödənilməsində çətinliklərlə üzləşmiş sahibkarlara kömək etməkdir.
Yuxarıda bəhs olunan çıxışında Prezident İlham Əliyev diqqəti ölkəmizdə pandemiya şəraitində iqtisadiyyatın dəstəklənməsi məqsədilə reallaşdırılan tədbirlərin geniş əhatəsinə çəkərək bildirib ki, Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və həm də makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün 2,5 milyard manat və ya təqribən 1,5 milyard dollar vəsait ayrılmışdır. “Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabineti Tədbirlər Planı hazırlamış və təsdiq etmişdir. Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, görərik ki, 600 minə yaxın insan bu vəziyyətdən daha çox əziyyət çəkir. Sahibkarlara müraciət olunmuşdur ki, iş yerləri ixtisar edilməsin. Qırx dörd min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsini dövlət ödəyəcək. Həmçinin dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaqdır. Bu proqramlar, ümumilikdə, 600 minə yaxın insanı əhatə edir. Ümumilikdə, dövlət sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilmişdir. İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yeri yaradılacaqdır. Qeydiyyata düşmüş işsizlər üçün birdəfəlik ödəmələrə başlanmışdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Daha bir məqamı da xüsusi qeyd etmək lazımdır. Məlum olduğu kimi, respublikamızda həyata keçirilən sosial təcrid tədbirləri nəticəsində əhali tərəfindən elektrik enerjisi sərfi artıb. Bu nəzərə alınaraq əhalinin kommunal ödəmələrinə güzəşt edilib. Belə ki, dövlət başçısının tapşırığı əsasında Azərbaycan Respublikasının Baş Naziri 13 aprel 2020-ci il tarixində “Əhali üzrə elektrik enerjisinin aylıq istehlak həcminin tənzimlənməsi ilə bağlı tədbirlər haqqında” qərar imzalayıb. Sənədə əsasən, “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 17 nömrəli Qərarı ilə müəyyən edilmiş əhali üzrə elektrik enerjisinin 7 qəpik/kilovat-saat tarifi tətbiq olunan aylıq istehlak həcmi 2020-ci ilin aprel ayından etibarən ardıcıl iki hesabat ayı müddətində 100 (yüz) kilovat-saat artırılaraq, 400 (dörd yüz) kilovat-saat müəyyən edilib.
Hazırlanan on dəstək proqramı iqtisadi inkişaf dinamikasına müsbət təsir göstərəcək
Respublikamızda pandemiya şəraitində iqtisadi inkişaf dinamikasını təmin etmək üçün on istiqamət üzrə dəstək proqramı hazırlanıb. Prezident İlham Əliyev bir qədər bundan əvvəl İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən əminliyini bildirərək vurğulayıb ki, bu genişmiqyaslı iqtisadi və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, eyni zamanda, həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaqdır.
Həmin qəbulda İqtisadiyyat naziri Mikayıl Cabbarovun verdiyi məlumata əsasən, dəstək proqramları dövlət başçısının tapşırığına uyğun olaraq hökumətin ümumi koordinasiyası ilə, həmçinin nazirliklərin, komitələrin, Azərbaycan Banklar Assosiasiyasının, Mərkəzi Bankın, kiçik və orta biznesin, Sahibkarlar Konfederasiyasının nümayəndələrini cəlb etməklə hazırlanıb.
Bəhs olunan sənədlərdən biri pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektində çalışan muzdlu işçilərin əməkhaqlarının ödənilməsi üçün birbaşa maliyyə dəstəyi proqramıdır. Digər proqramla pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi mikrobiznes subyektlərinə və fərdi sahibkarlara maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur və artıq prosesə başlanılıb. Hər iki proqramın başlıca şərti və çərçivəsi iş yerlərinin azaldılmamasına yönəldilib. Sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramı ilk növbədə, mənfi təsir altında olan sektorlara ünvanlanıb. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit zəmanəti dəstəyi proqramının maliyyə yükü 500 milyon manat təşkil edir. Hazırlanan beşinci proqram pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit zəmanət dəstəyi proqramıdır. İqtisadiyyat Nazirliyinin rəsmisinin bildirdiyinə görə, bu, daha böyük həcmdə olan - 1 milyard manatlıq bir proqramdır. Burada həm qismən dövlət büdcəsinin, həm də ki, Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulur. Növbəti proqram əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün nəzərdə tutulan social paketdir. Bundan başqa, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramının müzakirəsi aparılır. İpoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı səkkizinci istiqamət kimi müəyyənləşdirilib. Bu proqramın həm tikinti sahəsinin fəallığının davam etdirilməsinə, genişləndirilməsinə, həm də əhali üçün hər zaman vacib olan mənzil probleminin həllinə böyük töhfə verəcəyi gözlənilir. Doqquzuncu proqramın istiqaməti əhalinin kommunal ödənişlərə, ilk növbədə, elektrik enerjisinə mövsümü nəzərə alaraq dəstək proqramıdır. Nəhayət, sonuncu – onuncu proqram barədə. Məlum olduğu kimi, respublikanın bir sıra həyati vacib sərnişindaşıma fəaliyyəti ilə məşğul olan dövlət və özəl şirkətləri obyektiv səbəblərə görə fəaliyyətini dayandırıb. Onuncu proqram məhz həmin müəssisələrə dəstək mexanizmlərini əhatə edir.
Gələcəkdə pandemiya şəraitində iqtisadiyyata və əhaliyə dövlət dəstəyi tədbirlərinin əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulub. Dövlət başçımızın Türk Şurasının bəhs olunan Zirvə görüşündəki çıxışında da bildirdiyi kimi, bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş aparılır.
Pandemiyadan zərər çəkən sahələrdə çalışan muzdlu işçilərə və sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə başlanılıb
Artıq respublikamızda xarici mənfi tendensiyaların milli iqtisadiyyatımıza mənfi təsirlərini azaltmaq məqsədilə hazırlanan proqramların icrasına start verilib. O cümlədən pandemiyadan zərər çəkən sahələrdə çalışan muzdlu işçilərə və sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə başlanılıb. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, 14 aprel tarixinə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 10.914 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 16.502 fərdi (mikro) sahibkar, cəmi 27.416 vergi ödəyicisi müraciət edib.
Qeyd edək ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi layihəsi çərçivəsində müraciət etmiş 10.914 vergi ödəyicisində çalışan muzdlu işçilərin sayı 124.510 nəfərdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu müraciətlərdən 78.068 işçini əhatə edən 8.487 vergi ödəyicisinin müraciətləri araşdırılaraq təsdiq edilib və ayrılacaq maliyyə vəsaitinin vergi ödəyicilərinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Bu proqram üzrə indiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 33,78 mln. manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 16,9 mln. manat təşkil edir. Aprelin 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 2.636 vergi ödəyicisinə 24.463 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 5,31 mln. manat vəsaitin köçürülməsi təmin edilib.
Eyni zamanda, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 16.502 vergi ödəyicisindən müraciət daxil olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 15.689 müraciət araşdırılaraq təsdiq edilib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Bu proqram üzrə indiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 15,48 mln. Manat təşkil edir. Aprelin 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən maliyyə dəstəyi çərçivəsində 3,53 mln. manat vəsaitin 3.041 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.
Müraciətlərin operativ qaydada araşdırılması üçün müvafiq işçi heyət intensiv olaraq çalışır və bu barədə ictimaiyyətə gündəlik məlumat veriləcəkdir. Maliyyə dəstəyi proqramı çərçivəsində edilmiş müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə məlumat bildiriş formasında vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergi ödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı Mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər.
Beləliklə, pandemiyadan zərər çəkən sahələrdə çalışan muzdlu işçilərə və sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə başlanılması nəzərdə tutulmuş və həyata keçirilən tədbirlər çərçivəsində mühüm əhəmiyyətə malikdir. Bu, həm də Azərbaycan dövlətinin öz vətəndaşlarının yanında olduğunu, eləcə də ölkə iqtisadiyyatının dayanıqlı inkişafına xidmət edən məqsədyönlü addımların davamlı xarakter daşıdığını bir daha təsdiq edir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

