/ / Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətiyyətli mövqeyi tarixi faktlara və beynəlxalq hüquqa əsaslanır
Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətiyyətli mövqeyi tarixi faktlara və beynəlxalq hüquqa əsaslanır
20.05.2020 [20:36]
Prezident İlham Əliyev: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, bütün dünya tərəfindən qəbul edilmiş BMT-nin Nizamnaməsi və Helsinki Yekun Aktı çərçivəsində həll edilməlidir
Sirr deyil ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və 1 milyondan çox soydaşımız doğma yurd- yerlərini tərk edərək, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan havadarlarının köməyi ilə işğal altına aldığı ərazilərdə vandalizm, talançılıq siyasəti həyata keçirir, Azərbaycanın maddi və mədəniyyət abidələrini özününküləşdirməyə cəhdlər göstərir.Təbii ki, Azərbaycan Ermənistanın hərbi işğalı nəticəsində yaranan status-kvonun saxlanılmasına razı deyil. Ölkəmiz özünün ərazi bütövlüyünün təmin olunmasında qətiyyətli mövqe nümayiş etdirir.
Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tutduğu qətiyyətli mövqeyində tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanır. Bunu Prezident İlham Əliyev Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" (“Milli müdafiə”) jurnalının may buraxılışında dərc olunan müsahibəsində bir daha nəzərə çatdırıb.“Həm tarixi ədalət, həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Həqiqətən də, Dağlıq Qarabağın Ermənistana bağlılığını təsdiqləyən hər hansı bir tarixi mənbə yoxdur. Əksinə, həm İslama qədərki dövrdə, həm də İslamın qəbulundan sonrakı mərhələdə əcdadlarımızın burada yaratdıqları maddi və mədəniyyət abidələri, tarixən formalaşan adət-ənənələr, toponimlər əyani şəkildə təsdiqləyir ki, Dağlıq Qarabağ məhz Azərbaycana məxsusdur. Elə “Qarabağ” toponiminə diqqət yetirək. Bu sözün erməni dili ilə hansısa bir bağlılığı varmı? Qətiyyən! Prezident İlham Əliyev bəhs olunan müsahibəsində Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyən çoxsaylı tarixi faktlara və sənədlərə istinad edib. “Tarixdən məlumdur ki, 1805-ci ildə Qarabağ xanı İbrahim xan tərəfindən Rusiya ordusunun generalı Sisiyanovla imzalanmış sazişə görə Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeliyinə keçib. Kürəkçay sazişi adlanan bu sənədin mətnini internetdə tapmaq olar. Həmin sənəddə Qarabağın erməni əhalisi barədə heç nə deyilmir. 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri əsasında Azərbaycanın qalan əraziləri də Rusiya imperiyasının tərkibinə keçib. Həmin dövrdə erməniləri İrandan və Şərqi Anadoludan Azərbaycanın Qarabağ regionuna köçürməyə başlayıblar. Beləliklə, yüz minlərlə erməni köçkün tarixi Azərbaycan torpağına gəlib çıxıb”, - deyə dövlətimizin başçısı bildirib.
Sonralar - ötən yüzilliyin əvvəllərində cərəyan edən hadisələr də hər kəsə bəllidir. Sirr deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri İrəvanın Azərbaycanın tərkibindən çıxardılaraq Ermənistana verilməsi və onun paytaxtı elan edilməsi ilə bağlı olub. Başqa bir tarixi fakta diqqət yetirək: 1921-ci ildə bolşeviklər partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması haqqında qərar qəbul edib. Bəzi erməni alimləri tarixi özlərisayağı saxtalaşdırmağa çalışaraq bu qərarı Dağlıq Qarabağın Azərbaycana verilməsi kimi şərh etməyə çalışırlar. Halbuki, bu, belə deyil. Sözügedən sənəddə söhbət Dağlıq Qarabağın məhz Azərbaycanın tərkibində saxlanılmasından gedir. Bundan sonra 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb.
Bütün bunlar Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu təsdiqləyən inkarolunmaz tarixi faktlardır. Eyni zamanda, işğalçı Ermənistan Dağlıq Qarabağa iddia etməklə beynəlxalq hüquqa da etinasızlığını ortaya qoyur. Beynəlxalq huquqda bir dövlətin zor gücünə başqa bir dövlətin ərazisini ilhaq etməsi birmənalı şəkildə yolverilməz sayılır. Təssüf doğuran haldır ki, biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı uzun illərdir aparılan danışıqların substantiv nəticələrini görmürük. Belə münaqişələrin həllində selektiv yanaşmalar, ikili standartların tətbiqi dünya üçün təhlükəli presedentlərə yol aça bilər. Prezident İlham Əliyev bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, bütün dünya tərəfindən qəbul edilmiş BMT-nin Nizamnaməsi və Helsinki Yekun Aktı çərçivəsində həll edilməlidir.“Biz beynəlxalq ictimaiyyəti və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini bu təcavüzkar ölkəyə ciddi təzyiq göstərməyə çağırırıq ki, sülhyaratma prosesi yerində saymasın”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə böyük dəstək ifadə edir
Son 25 ilin nəticələri əyani şəkildə təsdiqləyir ki, işğalçılıq siyasəti Ermənistanın özünə də heç bir fayda gətirməyib. Əksinə, aydın şəkildə görünür ki, Ermənistan apardığı işğalçılıq siyasətinin girovuna çevrilib. Hazırda bu forpost dövlət dalan ölkə sayılır və heç bir iqtisadi perspektivi yoxdur.
Azərbaycanın mövqeyi isə tamam fərqli rakrusdan diqqəti cəlb edir. Dünya birliyi respublikamızın ərazi bütövlüyünə və suverenliyinə böyük dəstək ifadə edərək ölkəmizlə siyasi, iqtisadi və digər istiqamətlərdə əlaqələrini genişləndirməyə çalışırlar. İndiyədək ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən çoxsaylı sənədlər qəbul ediblər. Buna diqqət çəkən Prezident İlham Əliyev bildirib: “Buraya BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların qətnamələrini, həmçinin “Dağlıq Qarabağ respublikası” adlandırılan qanunsuz qurumun heç bir ölkə tərəfindən tanınmamasını da əlavə etsək görərik ki, münaqişə Azərbaycanın ərazi bütövlüyünün tanınması və onun suverenliyinə hörmət müstəvisində həll edilməlidir. Erməni qoşunları işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmalı, bu torpaqlardan qovulmuş qaçqınlar və məcburi köçkünlər öz tarixi yurdlarına qaytarılmalıdır. İşğal edilən təkcə Dağlıq Qarabağ deyil. Ona bitişik 7 rayon da işğal olunub. Həmin 7 rayonda heç vaxt ermənilər yaşamayıblar”.
Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq birliyin münasibəti barədə söhbət açarkən qeyd etmək yerinə düşər ki, bu yaxınlarda erməni təbliğatına və bütövlükdə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistanın mövqeyinə növbəti böyük zərbə vurulub. Əslində, bu zərbəni separatizmi dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanın və qondarma “DQR”-in rəhbərləri özləri özlərinə vurublar. Əlbəttə, Azərbaycanın fəal xarici siyasəti, ardıcılşəkildə görülən məqsədyönlü işlər, beynəlxalq təşkilatlarla qurulan intensiv əlaqələr Ermənistana və “DQR”-ə dünya birliyi tərəfindən vurulan zərbəni daha da gücləndirib. Söhbət “Dağlıq Qarabağ respublikası”nda bir qədər bundan əvvəl keçirilən qondarma “prezident seçkiləri”ndən gedir. Dövlət başçımızın qeyd etdiyi kimi, bu “seçkilər” bir daha göstərdi ki, heç kəs bu qanunsuz hərbi xunta rejimini tanımır. “Seçkilər”dən sonra aparıcı beynəlxalq təşkilatlar onları tanımadı, bu barədə açıq bəyanatlar səsləndi. ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, ABŞ və Fransa bəyanatla çıxış etdilər. ATƏT-in Parlament Assambleyası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Avropa Parlamenti bəyanatlarla çıxış etdilər. Bütün bu təşkilatlar həmin “seçkiləri” tanımadılar və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu, bir daha nümayiş etdirdi, - mən bunu demişəm, bir daha demək istəyirəm, - Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”, - deyə Prezident İlham Əliyev bildirib.
Yeri gəlmişkən, yuxarıda deyilənlər baxımından Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın bir qədər bundan əvvəl 28 May – Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktub da istisna deyil. Həmin məktubda birmənalı şəkildə vurğulanır ki, Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

