Azərbaycanın “Microsoft” şirkəti ilə əməkdaşlığının böyük gələcəyi var
19.06.2020 [08:59]
Yeni növ koronavirus (COVID-19) pandemiyası yer kürəsində insanları sosial izolyasiyaya məcbur edib, özünü təcrid etməni ön plana çıxarıb. Pandemiyaya dair bu çağırışlar “gözəgörünməz düşməndən” qorunmanın ən effektli üsulları, koronavirusdan xilas yolu hesab olunsa da, eyni zamanda, cəmiyyətin normal və dinamik inkişafına maneələr yaradıb.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Deputat qeyd edib ki, insanların sağlamlığını təhdid altına alan, dünya iqtisadiyyatına ciddi zərbələr vuran bu virus təhlükəsi təhsil sahəsindən də yan keçmədi. Koronavirus epidemiyasına görə həyatımızın bütün sahələrində yaranmış müvəqqəti durğunluq tədris prosesində də özünü göstərdi. Ölkəmizin “Microsoft” şirkəti ilə əməkdaşlığı bu çətin vəziyyətdən çıxmaq üçün uğurlu və zamanında atılmış addım oldu. “Microsoft Teams” platformasından istifadə təlim-tədris prosesinin məsafədən təşkilini təmin etdi.
İyunun 16-da “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında keçirilən videokonfransda ölkəmizin “Microsoft”la informasiya texnologiyalarının təhsildə tətbiq edilməsi ilə bağlı əməkdaşlığına da toxunulub. Hazırda Azərbaycanda rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işlənir və bu məsələdə ölkəmizin “Microsoft”la yaxşı əməkdaşlıq edə biləcəyinə böyük ümid var. Dövlətimizin başçısı bu proqramın növbəti 5 il üçün planlaşdırıldığını deyib: “Eyni zamanda, süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlər də bizim gündəliyimizdədir. Kibertəhlükəsizlik hər zaman gündəlikdədir, çünki bu, bütün ölkələrin hazırlıqlı olmalı olduğu məsələdir. İndiyədək bizdə belə böyük hallar olmayıb, lakin heç kim sığortalanmayıb. Ona görə bu da bizim gələcəyimiz üçün prioritetlər sırasında qalır. Əlbəttə, mən icra olunmuş layihələrin siyahısına baxdım. Aramızdakı əməkdaşlıq çox təsirləndiricidir və əminəm ki, bu, qarşıdakı illərdə tərəfdaşlığımızı gücləndirəcək. Həmçinin pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq”.
Şirkətin vitse-prezidenti Filip Roq təhsil mövzusundan bəhs edilərkən “Microsoft”un Azərbaycanın təxminən 1 milyon tələbəsi üçün əlaqə qura bildiyini söyləyib. Həmçinin bildirib ki, digər ölkələrdə üzləşdiyi problem evlərdəki qurğuların sayının məhdud olmasıdır: “Anlayıram ki, bu, sizdə problem deyil. Bu isə yaxşı xəbərdir. Çox ölkələr, əslində, yetəri qədər qurğular əldə etmək üçün çətinlik yaşayıblar. Ana, ata və uşaqlar evdədirlər və kompüterdən istifadə uğrunda mübarizə aparılır. Lakin görünür, sizdə bu problem yoxdur və bu, yaxşı xəbərdir”.
Bu gün ali məktəblərimizin əksəriyyətində müəllim və tələbələrin ünsiyyəti “Microsoft Teams” proqramı vasitəsilə tamamilə və ya qismən də olsa təşkil olunub. Yəni, respublikanın əksər universitetləri zərurətdən çıxış edərək distant təhsilin tətbiqinə keçid alıb. Müəllim-professor heyətinin və tələbələrin hamısı bu sistemə qoşulmasa da, böyük əksəriyyətin distant təhsil prosesində iştirakı təmin olunub. Lakin bunu bütün təhsil müəssisələrimiz haqqında söyləmək mümkün deyil. Heç də hər təhsil müəssisəsində belə ünsiyyət təşkil olunmayıb. Bu da şagirdin, tələbənin təhsildən geri qalmasına səbəb olur. Beləliklə, bu sistem sayəsində şagird təhsil müəssisəsindən və müəllimindən fərqli məkanda olmasına baxmayaraq, vaxt itirmədən təhsilini davam etdirə bilir. Pandemiyanın nə vaxt bitəcəyini bilmədiyimiz üçün məsafədən idarəetmə və distant təhsil sistemini qura bilməyən təhsil müəssisələrimiz bu sahədə müəyyən işlər aparılmalı, yeni nəsilin təhsilini distant formada davam etdirməsi aktuallaşdırılmalıdır.
Sevindirici yeniliklərdən biri də “Microsoft”un süni intellekt platforması Azərbaycan dilini tezliklə dərk edəcəyi və Azərbaycan dilində tərcümə xidmətinin istifadəyə veriləcəyi olub.
Daha bir qürurverici məqam Azərbaycanın artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilməsinin videokonfransda vurğulanması oldu. Əsas strategiya karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq və innovasiyalar, yeni texnologiyalar və müasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır.
Müasir dövrün yeni çağırışları “Microsoft”la 15 ildən çoxdur davam edən əməkdaşlığımızı daha da gücləndirəcək.
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26

